Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə ölkəmizdə, eləcə də Türkiyə və Gürcüstanda 12 dekabr - Ümummilli Lider Heydər Əliyevin Anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

tehsilmedia.info xəbər verir ki, Türkiyənin İstanbul, Gürcüstanın Tbilisi şəhərində ASAP nümayəndəlikləri tərəfindən 12 dekabr - Anım Günü ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin bu şəhərlərdə yerləşən abidələri ziyarət olunaraq gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Ölkəmizdə isə xarici universitetlərdə təhsil alan azərbaycanlı tələbə və məzunların iştirakı ilə  "Tarixi xatirələrdə Heydər Əliyev" adlı tədbir keçirilib. 

Tədbirdə ADA Universitetinin prorektoru, ASAP-ın sədri Fariz İsmayılzadə və ASAP-ın İcraçı direktoru Sevda Mansurova açılış nitqləri ilə çıxış ediblər.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda gənclər siyasətinin əsasını qoyaraq bu sahədə zəruri qanunvericilik bazasının formalaşdırılması və sistemli fəaliyyətin təmin olunması məqsədi ilə aidiyyəti icra orqanlarının yaradılmasını təmin edib. Qısa zaman ərzində gənclərin ölkənin ictimai-sosial həyatında aktiv iştirakçılığı təmin edilib, qəbul edilən Dövlət Proqramları gənclərin hər tərəfli inkişafına zəmin yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə bu siyasət özünün yeni yüksəliş mərhələsinə qədəm qoymuşdur ki, bu gün Azərbaycan gənclərinin həm ölkə daxilində, həm də beynəlxalq arenada əldə etdikləri nailiyyətlər bunun ən bariz göstəricisidir. 

Tədbirin ikinci hissəsi panel müzakirələri formatında davam edib. Ümummilli Lider Heydər Əliyevlə birgə çalışmış siyasi xadim, sabiq baş nazir Həsən Həsənov, Milli Məclisin deputatı Rafael Hüseynov və Azərbaycanın əməkdar artisti Tahir İmanov öz xatirələrini gənclərlə bölüşüblər.
Çıxış edən qonaqlar Ümummilli Liderin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması üçün atdığı addımlardan, ölkəmizin hərtərəfli inkişafı üçün həyata keçirdiyi fəaliyyətlərdən, Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması üzrə xidmətlərindən söhbət açıblar.

Gənclərin hər zaman Ulu Öndərin qayğısı ilə əhatələndiyini qeyd edən spikerlər bu gün də Prezident İlham Əliyevin ölkə gəncliyinə verdiyi yüksək dəyəri diqqətə çatdırıblar. Ölkə xaricində təhsil alan Azərbaycanlı tələbə və məzunların  ixtisaslaşmış kadr kimi formalaşması və ölkəmizə qayıdaraq Azərbaycanın inkişafına öz töhfələrini vermələri bu diqqət və qayğının real təcəssümü kimi vurğulanıb. 

Tədbir müzakirə formatında davam edib.

Oxşar xəbərlər

Bütün xəbərlər