Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

Sabiq deputat: “...Ali məktəb diplomunun önəmi qalmayacaq”

Sabiq deputat: “...Ali məktəb diplomunun önəmi qalmayacaq”

Əvvəlki illərə nəzər saldıqda şahidi oluruq ki, peşə məktəblərinə elə də maraq yox idi. Lakin zaman keçdikcə peşə məktəblərinə tələbat xeyli artıb. Ümumilikdə son iki il ərzində peşə təhsili müəssisələrinə qəbul olunanların sayında 18 faiz artım müşahidə olunur.

Artıq məktəbi bitirən bir çox gənc ali təhsil almağı o qədər də önəmli hesab etmir. Həmçinin, bir çoxları düşünür ki, gələcəkdə universitet diplomuna ehtiyac duyulmayacaq.

Bəs ali təhsil müəssisələrini daha prestijli etmək üçün nə etməli?

tehsilmedia.info xəbər verirki mövzu ilə bağlı AzEdu.az-a danışan sabiq deputat, təhsil eksperti Sona Əliyeva vurğulayıb ki, Azərbaycanda peşə təhsilinə marağın artması olduqca sevindiricidir:

Sabiq deputat: “...Ali məktəb diplomunun önəmi qalmayacaq”

“Bir müddət sonra inkişaf edən cəmiyyətlərdə ali məktəb diplomunun elə də çox əhəmiyyəti qalmayacaq. İnsanları işə qəbul edərkən, onların bilik, bacarıq və səriştələri kimi dəyərlərə üstünlük verəcəklər. Təbii olaraq, universitetlərə maraq azalacaq. Ali təhsil müəssisələrini daha prestijli etmək məqsədiylə Azərbaycan üçün ən optimal variantlardan biri, dərslərdə nəzəriyyə və praktikanı balanslaşdırmaqdır. Məlumdur ki, universitetlərdə daha çox nəzəriyyəyə önəm verilir. Praktik cəhətdən tələbələrin istəkləri ödənilmir. Onu da qeyd edim ki, universitetin son kursu keçirilən praktika çox aşağı səviyyədədir. Bu həm pedaqoji, həm tibb, həm də, digər sahələrdə belədir”.

Ekspertin fikirlərinə görə, universitetlərin prestijini artırmağın digər istiqamətlərindən biri tədqiqat və innovasiya sahəsində tələbələrə geniş imkanların yaradılması ola bilər:

“Tələbələrin öz fikirlərini, “start-up” larını həyata keçirmək üçün imkanlar yaradılarsa, bu, həm özlərinin inkişafına xidmət edər, həm də ölkə iqtisadiyyatı üçün müsbət nəticələnər.

Düşünürəm ki, ali təhsil ocaqlarında çox güclü elmi tədqiqat mərkəzlərinin olması, əsasən də iqtisadiyyata yönələn tədqiqatların aparılması və güclü tərəfdaşlarla əməkdaşlıq, universitetləri daha yüksək səviyyəyə çatdırmaq olar. Bu, tələbələr üçün praktika sahəsində də çox əlverişli ola bilər. Eyni zamanda, onların gələcəkdə asanlıqla iş tapmasına zəmin yaradacaq.

Ölkəmizdə çox maraqlı bir təcrübə var. Bu “Yüksəliş” müsabiqəsidir. Burada yer tutan gənclər rəhbərlərin yanında mentorluq keçir. Düşünürəm ki, bu kimi istiqamətləri Azərbaycanda daha geniş yaymaq lazımdır. Bununla da sözügedən təcrübədən daha çox gənc və tələbə yararlana bilər”.

Onun sözlərinə görə, universitetlərdə könüllülük fəaliyyəti çox geniş yayılsa da, artıq tələbələr bu proqramı maraqla qarşılamırlar:

““Bir” tələbə-könüllü proqaramı birdən-birə həddindən artıq populyarlaşdığı üçün artıq əvvəlki imkanları tələbələrə təklif etmir. Bunu daha fərqli bir formada keçirmək olar. Ümumiyyətlə, universitetin öz daxilində sosial məsələlərə diqqət etmək lazımdır. Müxtəlif elmi, sosial missiya yerinə yetirən dərnəklər yaradıla bilər. Bunun universitetlər üçün olduqca böyük prestij qazandırması mümkündür. Çünki tələbələr yalnız təhsil almayacaq, bununla paralel olaraq həyat təcrübəsi qazanacaqlar”.

Oxşar xəbərlər

Bütün xəbərlər