Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

Aqşinin anası: “Oğlumun İdman Akademiyasında oxumaq arzusu ürəyində qaldı”

Aqşinin anası: “Oğlumun İdman Akademiyasında oxumaq arzusu ürəyində qaldı”

Ötən gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Əsirlikdən azad edilən azərbaycanlı hərbçilərdən biri Aqşin Bəbirovdur.

tehsilmedia.info xəbər verir ki, AzEdu.az Təhsil Portalı Aqşin Bəbirovun anası Dürdanə Bəbirova ilə əlaqə saxlayıb.

Həyəcan və sevincdən səsi titrəyən ana, oğlunun məktəb illərindən və təhsili ilə bağlı arzularından danışıb.

Bildirib ki, Aqşin təhsil aldığı müddətdə oxuyan şagird olub:

“Sadəcə olaraq, maddi vəziyyətimiz yaxşı olmadığı üçün onu hazırlıqlara göndərmədim və nəticədə ali məktəbə qəbul ola bilmədi. Aqşinin həvəsi daha çox idman sahəsinə olduğu üçün karete, qaydasız döyüş və boksa gedirdi, öz üzərində daima çalışırdı. Ən böyük arzusu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almaq idi. Az öncə də qeyd etdiyim kimi, arzusu ürəyində qaldı”.

D.Bəbirova bir ana kimi Aqşin ilə hər zaman fəxr etdiyini söyləyib:

“Övladlarım hər zaman məndən çəkinən uşaqlar olub. Aqşin 2-ci övladımdır. Böyük övladım isə qızdır. Sakit, eyni zamanda sözəbaxan uşaqdırlar. Aqşin çox böyük ürəyə sahib olan oğuldur. Hansısa dostunun bir söhbəti olsa, yeməyini belə yarımçıq qoyub tez ora gedirdi. Elə olanda mənə deyirdi ki, “ana mən gedib sülh yaradıram”. O qədər sevgi dolu uşaq idi ki, heç kimi incitməzdi”.

Müsahibimiz Aqşinin müəllimləri və dostları arasında hər zaman sayılıb-seçilən biri olduğunu qeyd edib:

“Aqşin Ramana qəsəbəsi, Südçülük Sovxozu 137 nömrəli tam orta məktəbi bitirib. Məktəbin müəllimləri onu çox istəyirdilər. O, demək olar ki, bütün müəllimlərin sevgisini qazanmışdı. Bütün kənd camaatı deyir ki, “Aqşin kişi kimi oğuldur”. Adı gələn yerdə uşaqdan-böyüyə hər kəs müsbət danışmağa başlayırdı.

Bir valideyn kimi oğlumu hazırlıqlara qoyub, təhsilinə dəstək olmalıydım. Çox təəssüf edirəm ki, buna nail ola bilmədim. Amma sevinirəm ki, övladlarımı qürurla böyütmüşəm. Bütün dostları, tanışları bu çətin günlərdə Aqşini soruşmaq üçün daima bizimlə əlaqə saxlayırlar. Hətta onun gəlişi üçün 25 qurban deyiblər. Bir ana kimi övladlarımla fəxr edib, qürur duyuram. Başda cənab Prezident İlham Əliyeva minnətdarlığımı bildirirəm. Dəmir yumruğunu bir daha sıxıb, bütün dünyaya sübut etdi. Bu günə çox şükürlər olsun”.

Oxşar xəbərlər

Bütün xəbərlər