Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

AZMİU- da “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçirilib

AZMİU- da “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçirilib

23-24 noyabr 2023-cü il tarixində Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçirilib.

tehsilmedia.info xəbər verir ki, festival-konqresdə dövlət rəsmiləri, millət vəkilləri, universitet rektorları, o cümlədən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Festival-konqres çərçivəsində Naxçıvan Muxtar Respublikasında yerləşən Heydər Əliyev Sarayında Qərbi Azərbaycana həsr olunmuş sərgiyə baxış olub. Sərgidə bu əzəli yurd yerimizə aid ədəbiyyat nümunələri, elmi araşdırmalar, məqalələr toplusu, rəsm əsərləri nümayiş etdirilib.

AMEA-nın müxbir üzvü, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri Misir Mərdanov Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresində çıxışı zamanı deyib: “Bu gün yaşadığımız qürurlu və sevincli günləri görmək üçün xalqımız 200 ildir ki, yaşadı, yaratdı, zəngin adət-ənənələrini qoruyub saxladı. Vətən müharibəsindəki parlaq qələbəmiz sayəsində bu günləri görmək bizə nəsib oldu. Bu formatda ilk tədbirin məhz Naxçıvanda keçirilməsi təsadüfi deyil. Ulu Öndərimiz Heydər Əliyev başda olmaqla Azərbaycana böyük şəxsiyyətlər bəxş edən Naxçıvan həm də həmin çətin günlərdə Qərbi azərbaycanlı soydaşlarımıza qucaq açıb. Təsadüfi deyil ki, deportasiyaya uğrayan Qərbi azərbaycanlıların böyük əksəriyyəti Naxçıvanda məskunlaşıb”.

Türkiyə Respublikasının Hacettepe Universitetinin rektoru, professor Mehmet Cahit Güran çıxışında Qərbi Azərbaycan torpaqlarının yüz illər boyunca azərbaycanlıların yaşadığı ərazilər olduğunu vurğulayıb. Rektor qeyd edib ki, Ermənistan tərəfindən zaman-zaman aparılan deportasiya siyasəti azərbaycanlıları öz torpaqlarından didərgin salıb, hüquqları tapdalanır: Bildirilib ki, bu gün “iki dövlət, bir millət, tək yumruq” müstəvisində bölgədə yeni bir güc yaranıb. Bu güc Qarabağ zəfərinə qovuşdurdu. Əminik ki, yeni reallıqlar Qərbi azərbaycanlı soydaşlarımızın da hüququnu bərpa edəcək, onlar öz doğma yurdlarına dönəcəklər.

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov bildirib ki, Prezident cənab İlham Əliyevin dəstəyi ilə Qərbi Azərbaycan İcmasının yaradılması Qarabağ Zəfərindən sonra mühüm mərhələ təşkil edir. İcmanın ötən dövrdəki fəaliyyəti, verilən bəyanatlar, görülən tədbirlər Qərbi azərbaycanlıların ləyaqətli və təhlükəsiz şəkildə yurduna qayıtmasına böyük hüquqi və təşkilati dəstək kimi diqqətəlayiqdir.

Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü, Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova, Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədri, Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü Abel Məhərrəmov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Türkiyənin Qazi Universitetinin rektoru, professor Musa Yıldız, Türkiyənin Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti, professor Aygün Attar festivalda çıxış ediblər. Çıxışlarda festivalın işi Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına elmi yanaşma kimi yüksək qiymətləndirilib.

Festival bədii hissə ilə davam edib.

Oxşar xəbərlər

Bütün xəbərlər