Xəbər lentiwidget-title-icon

​"Monitorinq Teatrı Bitdi: Pərdəarxası Zülmün Hesabını Kim Verəcək?"
Şagirdlər niyə yerdəyişmə edir?
I qrupların nəzərinə: Riyaziyyatda hansı tip suallar gözlənilir?
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI

Xeyriyyəçilik - əxlaqi kodeksdir

 Xeyriyyəçilik - əxlaqi kodeksdir

Su həyat mənbəyidir. Bu fikir suyun həyatımızda rolunu, ümumiyyətlə həyatımızın sudan ibarət olduğunu tam şəkildə ifadə edir. Elmdən bizə məlumdur ki, insan bədəninin 80 %-ni, yer kurəsinin 3/4 hissəsini su təşkil edir. Canlıların bioloji strukturlarının böyük bir hissəsini təşkil edən su, doğuş, böyümə və inkişaf dövrlərində bütün canlılar üçün əvəzolunmaz həyati dəstəkdir..

tehsilmedia.info xəbər veir ki, xeyriyyəçilik - insanların təfəkküründə şəfqət, ehtiyacı olanlara könüllü və təmənnasız kömək etmək, halına yanmaq kimi keyfiyyətlərlə ehtiva olunur. Xeyriyyəçilik fəaliyyətinin dairəsi, məhdud mənada, əhalinin zəif sosial təbəqəsinin üzvlərinə müxtəlif yöndə köməkliklərlə əhatələnir. Bu isə sübut edir ki, xeyriyyəçiliyin kökü qədim zamanlara gedib çıxır. Bir çox filosoflar da məhz, formalaşdırdıqları etik görüşlərində ən çox xeyirxahlığın, xeyriyyəçiliyin mahiyyətini açmağa çalışıblar.
Zərdüştün əxlaqi kodeks kimi ortaya qoyduğu “xoş fikir, xoş söz, xeyirxah əməl” formulu məhz o dövrdən başlayan xeyriyyəçilik məfhumunun fundamentini təşkil edir.
Sokrat qeyd edib ki, xeyriyyəçilik əsil nəcib, alicənab insanlara aiddir. O, xeyirxahlığı əxlaq normaları, qanunlar kimi əbədi və dəyişməz hesab edirdi: “Xeyirxahlığı dərk etmək əxlaqi kamilliyə, xeyirxahlığa nail olmağa hazırlıqdır”.
Xalqımızın humanizmə və insansevərliyə əsaslanan zəngin və qədim xeyriyyəçilik ənənələrini öz əməllərində yaşadan - Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev və bir sıra başqa şəxslərin adları Azərbaycanda filantropiya tarixinə qızıl hərflərlə yazılmışdır...

Gəncə şəhər qəbirstanlığında “8 Noyabr- Zəfər Günü” ilə bağlı Şəhidlərin, İmamların və vaxtsız dünyasını dəyişən gənc iş adamı Ruslan Məmmədovun xatirəsinə inşa edilmiş bulaq kompleksi istifadəyə verilib.
Ulu öndərimiz yenidən hakimiyyətə qayıtdıqdan sonra mənfur düşmənlərimizə qarşı mübarizədə əsas faktorlardan biri kimi diaspora fəaliyyətinin inkişifana diqqət və qayğını artırdığı günlərdə, Şimali Osetiya-Alaniya Respublikasıda “Azərbaycanlıları Konqresini” yaradıb fəaliyyətə başlayan Şahin Məmmədov sonradan bu konqresin fəxri prezidenti kimi fəaliyyət göstərməyə davam etdi. Xalqımızın siyasi və milli-mənəvi dəyərlərini Rusiya Federasiyasında layiqincə təmsil edən, ümummilli lider Heydər Əliyevin və Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasətinə sadiqliyi ilə seçilən diaspor nümayəndəsi Şahin Məmmədov Şimali Osetiya-Alaniya Respublikasıda Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyevlərin qoyduğu irsi davam etdirərək bir çox xeyriyyəçilik işlərini həyata keçirmiş və bu işə davam etməkdədir.
“Ot kökü üstə bitər” demişdir atalarımız. Vətənpərvərliyi və xeyriyyəçiliyi ilə yaddaşlarda özünə əbədi bir abidə ucaldan Ruslan Məmmədov Vətənə, torpağa bağlılığı hələ körpə yaşlarından atası Şahin Məmmədovdan öyrənmişdi.
50 ildən artıq bir zamandır ki, bu qəbirstanlıqda su olmadığından insanlar öz doğmalarının məzarlarında təmizlik işləri aparmaqda əziyyət çəkiblər. Əkilən yaşıllıqların tamamı susuzluqdan məhv olub.
Qeyd edək ki, Gəncə Şəhidlər xiyabanı ərazisində qazılan artezian quyuları nəticəsində 2 bulaq çəkilərək insanların istifadəsinə verilib. 3-cü bulağın çəkilişi məqsədilə mütəxəsislər tərəfindən əraziyə baxış keçirilib, iş aparılır.
Bulaq kompleksinin çəkilib istifadəyə verilməsinə görə, şəhid ailələri və məzarlıqda dəfn edilən insanların yaxınları Gəncə şəhərinin ziyalı oğlu, hörmətli Şahin Məmmədova öz təşəkkür və minnətdarlıqlarını bildiriblər.
Gəncə şəhəri üçün ağır itki hesab olunan Ruslan Məmmədovun vaxtsız vəfatından kədərləndiklərini bildirən tədbir iştirakçıları başsağlıqlarını ifadə edərək, ailəsinə səbr diləyiblər.
Sonda Şəhidlərin, İmamların, Ruslan Məmmədovun və məzarlıqda dəfn edilən insanların əziz xatirəsinə dualar oxunub.

 Xeyriyyəçilik - əxlaqi kodeksdir

 Xeyriyyəçilik - əxlaqi kodeksdir

Oxşar xəbərlər

Bütün xəbərlər