Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

Məktəbliləri kiberhücumlardan necə qoruyaq? – “Maarifləndirilmə işləri aparılmır”

Məktəbliləri kiberhücumlardan necə qoruyaq? – “Maarifləndirilmə işləri aparılmır”

Sosial şəbəkələrin aktiv istifadə olunduğu dövrdə məxfiliyin qorunmasında bir sıra problemlər yaşanır. Xüsusilə də məktəblilərin şəxsi məlumatlarının əldən-ələ keçməsi, hətta intiharlara gətirib-çıxarır.

Bəs, görəsən məktəblərdə kibertəhlükəsizliklə bağlı maarifləndirilmələr necə təşkil olunmalıdır? Uşaqlar kiber aləmdə necə qorumalıdırlar?
tehsilmedia.info xəbər verir ki, mövzu ilə bağlı İnformasiya Texnologiyaları (İT) mütəxəssisi Rəşad Zeyvəliyev AzEdu.az-a açıqlama verib.

R.Zeyvəliyev bildirib ki, yetkin şəxslər, valideynlər belə, dələduzlarla qarşılaşdığı üçün onlar öz övladlarını kiberhücumlardan qoruya bilmirlər: “Mövcud cəmiyyət kibertəhlükəsizlik mövzusunda ən zəif halqadır. Bəzi hallarda valideynlər şəxsi kart məlumatlarının bölüşdürülməsi, onlayn iş təklifləri zamanı dələduzların qurbanlarına çevrilirlər. Bu problemləri həll etməyi bacara bilməyən valideynlər, övladlarına da kiberhücmlardan qorunma yollarını izah edə bilmirlər. Belə olduğu halda məktəblilərin müdafiəsi təhsil sisteminin öhdəliyinə düşür. Hazırda məktəblərdə kibertəhlükəsizliklə bağlı maarifləndirilmə işləri aparılmır. Həmçinin, bu mövzuda fənn tədris olunmur”.

Müsahibimiz bildirib ki, məktəblərdə kibertəhlükəsizlik fənni tədris olunmasa da, maarifləndirilmə işləri mütləq aparılmalıdır: “İl ərzində ən az 2-3 aydan bir şagirdlərin kiber aləmdə özlərini qorumaları ilə bağlı maarifləndirilmə işləri aparılmalıdır. Əgər maarifləndirmə işləri vaxtaşırı mövcud dələduzluq faktlarına əsasən seminarlar şəklində təşkil olunsa, məktəblilərdə bu mövzulara qarşı özünümdafiə mexanizmi formalaşmış olacaq. Məsələn, bu ay dələduzluq faktlı kimi “Piramida” dələduzları ilə insanların milyonlarla pulu oğurlandı. Bu mövzunu bir seminar üçün şagirdlərə əyani vəsait kimi təqdim etsək, onlarda fikir formalaşmış olacaq”.

IT mütəxəssisi qeyd edib ki, biz insanları media üzərindən maarifləndirməyə çalışdığımız kimi, azyaşlıları da seminarlarla maarifləndirməliyik: “Şagirdləri məktəbdə bir otaqda toplayaraq gələcəkdə qurbana çevrilməklərinə əngəl olmaq üçün daimi məlumatlar ötürməliyik. Təəssüf ki, qurbanlar arasında azyaşlıların olması faktları da az deyil. Müşahidələrimə əsasən onu deyə bilərəm ki, sosial şəbəkələrdə, müxtəlif forumlarda valideynlər yazır ki, uşaqlar icazəsiz kart məlumatlarını yazıb, paylaşıblar. Nəticədə də pul vəsaitləri silinir və 99% bu pullar geri qayıtmır”.

Həmsöhbətimiz vurğulayıb ki, dələduzların hədəf kütləsində uşaqlar dayandığı üçün onları “maraqlı” oyunlarla ələ alırlar: “Azyaşlıların qarşısına oyunlar çıxdıqda onlarda həvəs yaranır və girib oynayırlar. Oyunun çətinlik səviyyəsi artıqca, kart məlumatları tələb olunur. Uşaqların yazdığı məlumatlar zərərli şəxslərin əlinə keçərək müəyyən məbləğlərdə pullar oğurlanmağa başlayır. Bütün bu faktlarla bağlı mütləq maarifləndirilmə aparılmalıdır”.

R.Zeyvəliyev təklif edib ki, dərsliklərdə məqalə kimi kibertəhlükəsizlik mövzusu yazılmalıdır: “Bir neçə il öncəyə kimi ali təhsil müəssisələrində də kibertəhlükəsizlik üzrə fakültələrin adı olsa da tədrisi aparılmırdı. Hazırda müşahidə edirik ki, həmkarlarımız, gənc kadrlar universitetlərdə bu dərslərin tədrisi ilə məşğul olurlar. Bu sevindirici haldır ki, fakültələr ad kimi qalmayıb, mütəxəssis hazırlığı ilə məşğul olur. Bu addım mütləq ümumorta təhsil müəssisələrində də atılmalıdır”.

Oxşar xəbərlər

Bütün xəbərlər