Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

TƏKLİF: Təcrübə müddətində tələbələrə məvacib verilsin!

TƏKLİF: Təcrübə müddətində tələbələrə məvacib verilsin!

b]Ali təhsil müəssisələrində bir sıra ixtisaslar istisna olmaqla digər tələbələrin təcrübə müddəti axırıncı kursun son semestrinə təsadüf edir. Onlar bir semestr ərzində sahələri üzrə təcrübi biliklərə yiyələnirlər.
[/b]

Bəs görəsən, tələbələr 1 semestr ərzində seçdikləri sahə üzrə lazımi təcrübələri toplaya bilirlərmi? Xarici ölkələrin təcrübələrində bu barədə nələr mövcuddur?
Mövzu ilə əlaqədar təhsil eksperti Elçin Süleymanlı tehsilmedia.info - a açıqlama verib.
Ekspert bildirib ki, universitetlərin təcrübə müddətləri əvvəlki illərdə II və III kursun sonunda 4 həftəlik təşkil olunurdu: “Bu üsul effektiv hesab olmurdu. Müəssisələr yay rejiminə keçdiyi üçün bəzi yerlərdə təmir işləri gedirdi. Həmçinin professor-müəllim heyətinin yay tətilində olmağından dolayı tələbələrin təcrübə müddəti formal xarakter daşıyırdı.
Son illərdəki təhsil proqramlarındakı dəyişikliklə təcrübə müddəti 8-ci semestrdə 14 həftəlik təşkil olunur”.
Ekspert qeyd edib ki, əksər inkişaf etmiş ölkələrdə də son semestrdə tələbələr istehsal təcrübəsinə yollanır: “Təcrübələrə əsasən tələbələr nəzəri bilikləri qavradıqdan sonra praktikaya yönəlməkləri daha əlverişli hesab olunur. Əvvəlki illərə nəzərən son semestr təcrübəyə yönələn tələbələr daha ciddi rejimdə çalışırlar. Çoxsaylı müşahidələrə əsasən deyə bilərəm ki, istehsalat təcrübəsində olan tələbələrin bir çoxu həmin müəssisədə daimiləşərək fəaliyyətlərinə davam ediblər. Düşünürəm ki, 3 aylıq müddətdə iş yerləri gələcək kadrlar üçün bacarıqlı tələbələri asanlıqla seçə bilərlər”.
E.Süleymanlı vurğulayıb ki, təcrübə müddətinin uzadılması işlə təmin olunmanı asanlaşdıra bilər: “Düşünürəm ki, ən az üç aylıq müddətdə nəzəri biliklərin praktikada tətbiqi mütləqdir. Xüsusi ilə tətbiqi sahələrdə təcrübəyə daha çox ehtiyac var. Təcrübə müddətinin uzadılması həm tələbələr üçün həm də iş yerlərinin gələcək kadrları seçməsində müstəsna rol oynayar.”
Müsahibimiz təklif edib ki, istehsalat təcrübəsində tələbələrə müəyyən məvaciblər verilə bilər: “ Dünya təcrübəsinə nəzər salsaq bəzi ölkələrdə istehsalat təcrübəsinə yönələn tələbələrə müəssisə tərəfindən müəyyən ödənişlər verilərək, həmin müddət işçinin iş stajına əlavə edilir”.
Müəssisələr istehsalat təcrübəsi üçün bəzən işçi kontingenti ayırmırmağa maraqlı deyillər: “Müəssisələr təcrübəçiləri qəbul etməyə çox da maraqlı deyillər. Bu mexanizmi təkmilləşdirmək lazımdır. Düşünürəm ki, təcrübə üçün iş yerlərinə bir qədər dəstək verilə bilər, həmçinin universitet müəssisə əməkdaşlığında əvvəlcədən müəyyənləşdirilməlidir ki, hansı müəssisədə hər il neçə tələbə təcrübə keçəcək. Sovet dövründə bu proses vahid sistemdə olduğu üçün mexanizm tətbiq etmək daha rahat idi. Ancaq indiki özəl şirkətlər dövlətin yönəldirməsinə dəqiqliklə riayət etməyə bilirlər. Çünki müəssisə təcrübəçi qəbul etməkdə sərbəst hüquqludur”.
Düşünürəm ki, qanunvericilikdə müəyyən təkmilləşdirmələr edilə bilər: “Qanunvericiliyə müəssisələrin sosial məsuliyyət proqramı daxil edilməlidir. Bununla əlaqəli effektiv təcrüəblərə nəzər salsaq görərik ki, Azərcell, SOCAR, BP-nin təcrübə proqramları təqdirə layiqdir. Ancaq onlar da böyük kütlə arasında daha hazırlıqlı və keyfiyyətli tələbələri seçirlər. Nəzərə alsaq ki, bütün tələbələrin istehsalat təcrübəsində olmaq hüquqlarıdır. Buna görə də hər bir tələbənin iştirak edə biləcəyi keyfiyyətli mexanizm yaradılmalıdır”.

Oxşar xəbərlər

Bütün xəbərlər