Xəbər lentiwidget-title-icon

Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?
Nazir müavini Həsən Həsənli Ağdaş rayonuna səfər edib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
Prezident Xalq şairinin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
Yeni təmayül tədris modeli: hüquqi və pedaqoji ziddiyyətlər modeli
9-cu siniflər üçün VACİB xəbər - Kolleclərdə ən aşağı keçid ballı İXTİSASLAR
5 qat RFO qalibi Qarabağ Universitetini seçib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan turnirə yekun vuruldu
Elmin İnkişafı Fondu tərəfindən keçirilən qrant müsabiqəsində qalib LAYİHƏ
BMU-da ikili diplom proqramı çərçivəsində 4 ixtisas üzrə qəbul davam edir
Beynəlxalq könüllülük layihəsinə qeydiyyata start verilib - WFID 7ci forumu
Yeni təmayül tədris modelinə niyə maraq yoxdur?
Vilayət Vəliyevin yerinə rektor təyin olundu
Mədəniyyət təhsilində yeni istiqamət
Natiq Əliyevə “Firidun bəy Köçərli” mükafatı təqdim olunub
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artıb
Məleykə Abbaszadə Yüksəlişin qalibləri ilə görüşüb

Universitetlərdə tələbə praktikasına daha erkən başlamalıdır?

Universitetlərdə tələbələr üçün istehsalat və ya peşə praktikası adətən sonuncu kursun son semestrində başlayır. Bu isə bir çox hallarda tələbələrin oxuduqları ixtisas üzrə yetərincə praktiki bilik və bacarıq qazanmamasına səbəb olur və nəticədə işəgötürənlər üçün müəyyən çətinliklər yaradır.

Son günlərdə praktikaya 3-cü kursdan etibarən başlanması ilə bağlı təkliflər irəli sürülür. Bu, tələbənin kadr kimi daha dolğun formalaşmasına imkan verə bilər.

Maraqlıdır ki, bu yanaşma yaxın gələcəkdə tətbiq oluna bilərmi və tətbiq olunarsa, hansı üstünlükləri və mümkün mənfi cəhətləri ola bilər?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov danışıb.

O, bildirib ki, əgər tələbələrin praktikası və təcrübə proqramı düzgün qurulubsa, bu, onların gələcək karyerasına kifayət qədər müsbət təsir göstərir:

"Əvvəlki illərdə praktika adətən 2-ci və ya 3- cü kursda keçirilirdi. Daha sonra ali təhsil proqramlarında dəyişikliklər edildi və praktika 4-cü kursun 8-ci semestrinə salındı. Mən deməzdim ki, bu dəyişiklik effektivliyi zəiflətdi. Əslində, bir çox ölkələrdə praktika son kursda və ya 3-cü kursu bitirdikdən sonra keçirilir. Bunun əsas səbəbi ondan ibarətdir ki, tələbələr əvvəlcə ixtisas fənlərini öyrənməli, daha sonra praktika keçməlidirlər.

Qeyd etdiyim kimi, formal təhsildə 1-ci və 2-ci kursdan sonra keçirilən praktika çox da effektiv olmaya bilər. Çünki 1-ci kursda əsasən ümumi fənlər tədris olunur, ixtisas fənləri isə azdır. Lakin 3-cü kursun sonu və ya 4-cü kursda keçirilən praktika, düşünürəm ki, daha faydalıdır.

Müşahidələrim onu deməyə əsas verir ki, əgər tələbələrin praktikası və təcrübə proqramı düzgün qurulubsa, bu, onların gələcək karyerasına kifayət qədər müsbət təsir göstərir. Eyni zamanda bu proses real iş təcrübəsi də sayılır. Əvvəllər son kurslarda təcrübə proqramları yay aylarında təşkil olunurdu və tədris semestri bitdiyi üçün həmin dövrdə effektivlik nisbətən zəif olurdu".

Üç ay müddətində keçirilən bu təcrübə proqramları tələbələrin gələcəkdə iş tapmalarına müsbət təsir göstərir:

"Yay aylarında müəssisələr daha sakit və stabil dövrə daxil olur, məzuniyyətlər çoxalır və şirkətlərin fəaliyyəti müəyyən qədər passivləşir. Hamısı olmasa da, əhəmiyyətli bir hissəsi bu vəziyyətdə olur. Hazırda isə praktika və təcrübə proqramları semestrin daxilində keçirilir ki, bu da şirkətlər üçün daha aktiv dövrdür. Eyni zamanda həmin müddətdə fənlər olmadığı üçün tələbələr praktikaya tam fokuslana bilirlər.

Üç ay müddətində keçirilən bu təcrübə proqramları tələbələrin gələcəkdə iş tapmalarına müsbət təsir göstərir. Dəyişikliklərin əsas məğzi ondan ibarətdir ki, universitetin Elmi Şurası və ya fakültələrin Elmi Şuraları praktikanın vaxtını özləri müəyyənləşdirə bilirlər. Bu, ixtisasdan ixtisasa və fakültədən fakültəyə görə dəyişə bilər. Bəzi fakültələrdə praktikanın 3-cü kursdan sonra, bəzilərində isə 8-ci semestrdə keçirilməsi daha effektiv hesab olunur.

Bu məsələnin konkret və məcburi şəkildə müəyyənləşdirilməsi düzgün olmaz. Çünki bu, universitetin və müvafiq proqramın xüsusiyyətlərindən asılıdır. Burada əsas məqsəd praktikanın formal xarakter daşımaması, həqiqətən effektiv keçirilməsidir. Yəni təcrübəçilər iş prosesində bir iş iştirakçısı kimi bütün mərhələləri öyrənməli, eyni zamanda öz zəif tərəflərini də müəyyən etməlidirlər ki, gələcəkdə həm yumşaq, həm də sərt bacarıqlarını inkişaf etdirərək iş həyatına hazır olsunlar.

Bu baxımdan təcrübə proqramı təhsil prosesinin ayrılmaz bir hissəsi kimi ciddi qəbul edilməli və diqqətlə izlənməlidir. Çünki tələbənin praktika dövründə əldə etdiyi təcrübə onun gələcək karyerasının formalaşmasında mühüm rol oynayır".

Oxşar xəbərlər

Bütün xəbərlər