Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

“Praktikaya getməyən tələbədən yaxşı mütəxəssis yetişdirmək olmaz” - Professor

“Praktikaya getməyən tələbədən yaxşı mütəxəssis yetişdirmək olmaz” - Professor

Azərbaycan universitetlərinin bir çoxunda təcrübə məsələsinə o qədər də diqqət yetirilmir. Müəssisələrə sadəcə formal olaraq gündəlikləri imzalatmaq və möhürlətmək üçün gedirlər. Ancaq beynəlxalq təcrübəyə istinad etsək, təcrübənin nəzəriyyədən daha çox qiymətləndirildiyini görərik. Bəs ölkəmizdə nə üçün buna yetəri qədər diqqət göstərilmir?

tehsilmedia.info xəbər verir ki, mövzu ilə bağlı azedu.az-a danışan telejurnalist və publisist, BDU-nun professoru Qulu Məhərrəmli deyib ki, tələbələrin təcrübəyə göndərilməsi birbaşa tədrisin keyfiyyətinə, mütəxəssis yetişdirməyin əsaslarına təsir edən məsələdir:

“Praktikaya getməyən tələbədən yaxşı mütəxəssis yetişdirmək olmaz” - Professor

“Hesab edirəm ki, bu, çox ciddi bir məsələdir. Birbaşa tədrisin keyfiyyətinə, mütəxəssis yetişdirməyin əsaslarına təsir edir. Elə ixtisaslar var ki, yalnız prarika sayəsində profesionallaşa bilərsən. Müəllimlik, komputer proqramçılığı, həkimlik, jurnalistika və s. kimi ixtisaslarda praktikanın böyük önəmi var”.

Professor təklif edir ki, yaxşı mütəxəssis hazırlamaq istəyiriksə, tədris müəssisələrinin istehsalat yerləri ilə normal müqaviləsi olmalıdır:

“Mən öz sahəm üzrə deyə bilərəm ki, əvvəllər jurnalistikada I kursdan praktika başlayırdı. Tələbələr qəzetlərdə olur, II kursda televiziya və radionu mənimsəyirdilər. III kursda seçdikləri ixtisas üzrə bütün KİV-lərdə praktika keçirdilər. Amma hazırda I-II kursda praktika yoxdur. Sonrakı kurslarda praktika var, ancaq bir çoxları üçün deyə bilərik ki, bu formal xarakter daşıyır. Nə tələbələr istehsalat müəssisəsinə gedir, nə də həmin müəssisədə onları həvəslə qarşılayırlar. Tələbələr sadəcə gündəlikləri möhürlətmək üçün gedirlər. Bunlar həqiqətən də var və danmaq olmaz. Əlbəttə ki, yaxşı mütəxəssis hazırlamaq istəyiriksə, tədris müəssisələrinin istehsalat yerləri ilə normal müqaviləsi olmalıdır. İstehsalat təcrübəsinin bu üstünlüyü də var ki, müəssisə özü üçün yeni gənc kadr əldə edə bilər. Məncə bu bütün sahələrdə belədir”.

Q.Məhərrəmlinin sözlərinə görə, bir sıra tələbələr ixtisasını təcrübədə öyrənməyə başlayır:

“Bir sıra ixtisaslar var ki, təcrübə keçilməsə, yaxşı mütəxəssis yetişə bilməz. Ona görə də bəzən gənc məzunlar universiteti bitirdikdən sonra istehsalat yerində iş tapırlar və müəyyən vasitələrlə işə düzəlirlər. Daha sonra işi elə orda yenidən öyrənməyə başlayırlar. Bunlar hamısı tədrisin keyfiyyətinin aşağı olmasından xəbər verir. İstehsalat təcrübəsinə lazımi diqqət yetirilmir. Buna görə də qeyd olunan sahələri seçmiş tələbə həmin sahə üzrə istiqamətləndikdə ciddi problemlərlə üzləşir. Məncə ciddi məsələdir və buna ciddi şəkildə də diqqət yetirilməlidir”.

Oxşar xəbərlər

Bütün xəbərlər