Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

Hyustonda Heydər Əliyevin 100 illiyi və Zəfər Günü qeyd edilib - FOTO

Hyustonda Heydər Əliyevin 100 illiyi və Zəfər Günü qeyd edilib - FOTO

ABŞ-nin Texas ştatının Hyuston şəhərində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə və 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

tehsilmedia.info xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ABŞ-Azərbaycan İnteqrasiya Mərkəzinin (USACI) təşkilatçılığı ilə baş tutan tədbirdə yerli ictimaiyyətin, ölkəmizə dost icmaların nümayəndələri və soydaşlarımız iştirak ediblər.

Günel Ağasoyun moderatorluğu ilə aparılan tədbiri giriş sözü ilə USACI-nin rəhbəri, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin üzvü Samir Novruzov açaraq, soydaşlarımızı xalqımızın misilsiz bayramı – Zəfər Günü münasibətilə təbrik edib. Bildirib ki, yaşadığı dövrün bütün çətinliklərinə baxmayaraq, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ölkəmizin dünya birliyinə inteqrasiya olunmasında müstəsna xidmətləri olub.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev Texas ştatında yaşayan soydaşlarımızı Azərbaycanın Zəfər Günü, Dövlət Bayrağı Günü, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası münasibətilə təbrik edib. Bu il dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ-da “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər keçirildiyini vurğulayan sədr müavini ulu öndərin vətənimiz qarşısında misilsiz xidmətlərindən danışıb, onun əsas arzusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu tərəfindən yerinə yetirildiyini xatırladıb. “Ulu öndərin öz kökünə, xalqına məhəbbətini ifadə edən məşhur “Mən fəxr edirəm ki, azərbaycanlıyam” misrasını hamımız qəlbimizdə məhəbbətlə daşıyırıq. Hesab edirik ki, Heydər Əliyev irsi həm xalqımız, həm də dünya təcrübəsi üçün mühüm məktəbdir. Milli-mənəvi, eləcə də ümumbəşəri dəyərlərə söykənən bu irs Qələbəyə aparan yoldur”, - deyə o, vurğulayıb.

Azərbaycanın ABŞ-dəki səfirliyinin konsulu Mahmud Mahmudov, Dallas Universitetinin müəllimi, astrofizika üzrə professor Dürdanə Balakişiyeva, jurnalist Sofiya Tabarovskaya ulu öndərlə, onun ABŞ-a və Hyustona səfərləri ilə bağlı xoş xatirələrini bölüşüblər. Sofya Tabarovskayanın Heydər Əliyevin 30 il öncə Texasa səfəri zamanı yerli radioya müsahibəsinin bir hissəsini səsləndirməsi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Natiqlər Zəfər və Bayraq günlərinin xalqımızın və dünya azərbaycanlıların həyatında rolundan danışıblar.

ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın Heydər Əliyevlə bağlı xatirələri, azərbaycanlı tarixçi, “Bakının sirləri” televiziya layihəsinin müəllifi və teleaparıcı Fuad Axundovun tarixi hadisələrlə əlaqəli çıxışı tədbir iştirakçılarına video formatda çatdırılıb.

Tədbir ulu öndər Heydər Əliyevə həsr olunmuş və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə ərsəyə gəlmiş “Böyük sənət hamısı” sənədli filminin nümayişi ilə davam edib.

Bədii hissədə Davud Əsgərlinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri, o cümlədən Müslüm Maqomayevin “Azərbaycan” mahnısı səsləndirilib.

Hyustonda Heydər Əliyevin 100 illiyi və Zəfər Günü qeyd edilib - FOTO

Hyustonda Heydər Əliyevin 100 illiyi və Zəfər Günü qeyd edilib - FOTO

Hyustonda Heydər Əliyevin 100 illiyi və Zəfər Günü qeyd edilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər