Xəbər lentiwidget-title-icon

İlham Əliyev sərəncam imzalayıb
Azərbaycanda ali təhsil ocağı ləğv edildi
Qarabağ universiteti və tələbələri üçün xüsusi imkanlar yaradılacaq
Azərbaycan beynəlxalq yarışda 7 ixtisas üzrə təmsil olunacaq
“Baku ID 2026” innovasiya festivalı başa çatıb
Bakıda iki bağça fəaliyyətə başlayıb
Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI
SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI
Magistratura imtahanlarının modeli dəyişə bilərmi?- AÇIQLAMA
21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
LDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
“Tələbələri bu qədər sıxmaqla nəyə nail olmaq istəyirsiniz?”
Tələbələri təhdid edən şəxslə bağlı iddia: Yenidən universitetə bərpa olunacaq?
Məktəblər açıldı, təmir isə hələ bitmədi — uşaqlar məktəbə hansı yoldan gedir?
Şagirdlər dərsdə özbaşınadır? - Məktəbdə canlı yayım açmalarına REAKSİYA
Qazax kollecində “acı bağırsağı” kim uzadır?
Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi məktəb rəhbərlərinin görüşü keçirilib - FOTO - VİDEO

Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalanan müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən, Milli Müdafiə Universitetində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin üçtərəfli görüşü keçirilib.

Müdafiə Nazirliyindən TƏHSİL MEDİA-ya verilən xəbərə görə, Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev qonaqları salamlayaraq aparılan qarşılıqlı müzakirə və təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Ölkələrimiz arasındakı sıx əməkdaşlığın regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət etdiyini qeyd edən general-leytenant H. Piriyev bu cür görüşlərin hərbi təhsil müəssisələrinin professor, zabit və müəllim heyətləri arasında dostluğun daha da möhkəmləndirilməsinə mühüm təkan verəcəyinə əminliyini bildirib.

Görüşün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlıqlarını ifadə edən Türkiyə Respublikası Quru Qoşunları Məktəbinin rəisi general-mayor Gültekin Yaralı və Gürcüstan Milli Müdafiə Akademiyasının rektoru briqada generalı Mamia Balaxadze bu cür görüşlərin keçirilməsinin hərbi təhsil müəssisələri arasında təcrübə mübadiləsinin, birgə proqramların, layihələrin reallaşdırılmasına layiqli töhfələr verəcəyini vurğulayıblar.

Qonaqlar universitetin "Xatirə kitabı"na ürək sözlərini yazıb.

Sonra türkiyəli və gürcüstanlı nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.

Ümummilli Lider Heydər Əliyevin abidəsi və institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının xatirəsinə ucaldılan Xatirə kompleksi ziyarət olunub, gül dəstələri düzülərək ehtiram nümayiş etdirilib.

Qonaqlar hərbi institutun ərazisindəki muzeydə Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotostendlə tanış olublar.

Sonra Hərbi institutda görüş keçirilib. Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Fizuli Salahov qonaqlarla hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edib. Xüsusi təyinatlı təhsil müəssisəsinin tarixi və fəaliyyəti barədə brifinq təqdim olunub.

Daha sonra nümayəndə heyətləri təhsil müəssisəsinin ərazisi, tədris korpusları, maddi-texniki bazası, həmçinin burada kursantlar üçün yaradılan şəraitlə tanış olub və keçirilən tədris prosesini izləyiblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi məktəb rəhbərlərinin görüşü keçirilibBakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi məktəb rəhbərlərinin görüşü keçirilibBakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi məktəb rəhbərlərinin görüşü keçirilibBakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi məktəb rəhbərlərinin görüşü keçirilibBakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi məktəb rəhbərlərinin görüşü keçirilibBakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi məktəb rəhbərlərinin görüşü keçirilib
 
 TƏHSİL MEDİA 

Oxşar xəbərlər

Bütün xəbərlər