Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

Dövlət İdarəçilik Akademiyasında elmi konfrans keçirilib

Dövlət İdarəçilik Akademiyasında elmi konfrans keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) elmi konfrans keçirilib.

Bu barədə "tehsilmedia.info"a DİA-dan məlumat verilib.

Tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov ölkənin son iyirmi ildə bütün sahələrdə böyük uğurlar əldə etdiyini söyləyib. O, ölkənin uğurlu inkişafı sayəsində dövlətçilik ənənələrimizin möhkəmləndiyini, iqtisadi və siyasi gücümüzün artdığını bildirib. Qeyd edilib ki, müstəqil Azərbaycan Respublikası bu gün hər bir soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib.

Akademik U.Ələkbərov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə Vətən müharibəsi zamanı qazandığımız böyük Qələbədən, ərazi bütövlüyümüzün təmin olunmasından, Xankəndidə və digər işğaldan azad olunmuş şəhər və ərazilərimizdə Azərbaycanın Dövlət Bayrağının qaldırılmasının əhəmiyyətindən söz açıb. Rektor bildirib ki, Qələbəmizin başlıca amili Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü xalq və güclü ordu strategiyası olub.

Diqqətə çatdırılıb ki, son 20 ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında bir çox sahələrdə olduğu kimi, elm sahəsində də yüksək uğurlara imza atılıb. Belə ki, 2003-2023-cü illərdə elmin inkişafı dövlət siyasətinin strateji əhəmiyyətli prioritetlərindən birinə çevrilib, dövlət və vətəndaş cəmiyyəti quruculuğunda elmin yeri və rolu müəyyənləşdirilib, elmi fəaliyyətin stimullaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.

Akademik U.Ələkbərov xatırladıb ki, 2018-ci ildə ölkələrin inkişafını dəyərləndirmək üçün inklüziv inkişaf indeksi təklif edildi. Bu göstərici ölkənin indiki və gələcək nəsillərin hərtərəfli və əhatəli inkişafına nə dərəcədə hazır olduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin ölkədə, ilk növbədə, işğaldan azad edilmiş ərazilərdə davamlı inkişaf edən inklüziv cəmiyyətin formalaşmasını milli prioritet kimi müəyyənləşdirməsi uzaqgörənliyin və perspektivlərin düzgün hədəflənməsinin bariz təzahürüdür. Son 20 ildə Azərbaycan Respublikası inklüziv inkişafın səmərəli idarəedilməsi sahəsində dünya liderinə çevrilib. Dünya Bankı və Davos Dünya İqtisadi Forumunun dərc etdiyi rəsmi hesabatlara əsasən Azərbaycan Respublikasının İnklüziv İnkişaf İndeksi 4,69 bərabərdir və bu göstərici ilə ölkəmiz dünyada 25-ci yerdədir. Nəzərə alınmalıdır ki, iqtisadi imkanlarına görə ölkəmiz dünyada 83-cü yerdədir. Bu o deməkdir ki, ölkəmizdə unikal dövlət idarəçilik texnologiyaları tətbiq edilir. Adətən iqtisadi imkanlarla inklüziv inkişaf sahəsində dünya ölkələrinin reytinqi ya üst-üstə düşür və ya çox yaxın olur. Nisbətən məhdud imkanlarla yüksək nəticənin qazanılması yalnız uğurlu idarəetmənin nəticəsi ola bilər. Azərbaycan Respublikasında Prezident İlham Əliyevin son 20 ildə reallaşdırdığı uğurlu siyasət bu nailiyyətlərin qazanılmasını təmin edib.

Konfransda Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri, siyasi elmlər doktoru, Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu, Tarix kafedrasının müdiri dosent Firdovsiyyə Əhmədova, Hüquq kafedrasının müdiri professor İsaxan Vəliyev və digərləri çıxış edərək dövlət müstəqilliyimizin bərpası uğrunda gedən mübarizələrdən, əldə olunan uğurlardan bəhs ediblər.

Çıxış edənlər Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsini xalqımızın tarixində böyük hadisə kimi qiymətləndirib, ölkənin əldə etdiyi nailiyyətlər barədə fikirlərini bölüşüblər. Bildirilib ki, müstəqilliyi qoruyub saxlamağın onu qazanmaqdan qat-qat çətin olduğunu tarix dəfələrlə sübut edib. Azərbaycan xalqı bu il əlamətdar günləri öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.

Vurğulanıb ki, əldə edilən bütün uğurların, bu tarixi hadisənin yaradıcısı, memarı Prezident İlham Əliyevdir. Xankəndidə Azərbaycanın Dövlət Bayrağının ucaldılması ilə xalqımızın və dövlətimizin inkişafında yeni mərhələ başlanır.

Oxşar xəbərlər

Bütün xəbərlər