Xəbər lentiwidget-title-icon

Azərbaycanda ali təhsil ocağı ləğv edildi
Qarabağ universiteti və tələbələri üçün xüsusi imkanlar yaradılacaq
Azərbaycan beynəlxalq yarışda 7 ixtisas üzrə təmsil olunacaq
“Baku ID 2026” innovasiya festivalı başa çatıb
Bakıda iki bağça fəaliyyətə başlayıb
Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI
SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI
Magistratura imtahanlarının modeli dəyişə bilərmi?- AÇIQLAMA
21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
LDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
“Tələbələri bu qədər sıxmaqla nəyə nail olmaq istəyirsiniz?”
Tələbələri təhdid edən şəxslə bağlı iddia: Yenidən universitetə bərpa olunacaq?
Məktəblər açıldı, təmir isə hələ bitmədi — uşaqlar məktəbə hansı yoldan gedir?
Şagirdlər dərsdə özbaşınadır? - Məktəbdə canlı yayım açmalarına REAKSİYA
Qazax kollecində “acı bağırsağı” kim uzadır?
Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat

Şərqşünas alimin məqaləsi Təbrizdə “Aydın gələcək” jurnalında dərc olunub

Şərqşünas alimin məqaləsi Təbrizdə “Aydın gələcək” jurnalında dərc olunub

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqları olan Ermənistandan deportasiyası” adlı məqaləsi Təbrizdə “Aydın gələcək” jurnalında dərc olunub.

Bu barədə "tehsilmedia.info"a institutdan məlumat verilib.

Məqalədə azərbaycanlıların 1948-1953-cü illərdə tarixi və əzəli torpaqlarından zorla köçürülməsi tarixi faktlara, sənədlərə, arxiv materiallarına, fotolara, maddi-mənəvi və tarixi abidələrə, elmi ədəbiyyata və qəbul edilmiş qərarlara istinad edilərək elmi cəhətdən sübut edilir.

Müəllif məqalədə qeyd edir ki, Sovet hakimiyyəti dövründə azərbaycanlıların Ermənistandan köçü planlı və düşünülmüş şəkildə davam etdirilib. Bu proses xüsusən İkinci Dünya müharibəsindən sonra güclənib və SSRİ-nin süqutuna qədər daimi tendensiya davamlı olaraq həyata keçirilib. 1943-cü il Tehran konfransı zamanı SSRİ-İran münasibətləri müzakirə edilərkən, erməni diasporunun SSRİ xarici işlər naziri V.Molotovdan İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş etdiyini yazan müəllif, Molotovun Tehranda məsələni SSRİ KP MK-nın sədri İ.Stalinə çatdırdığını, ermənilərin köçürülməsinə razılıq verildiyini, Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Q.Arutyunovun bundan istifadə edərək xaricdəki ermənilərin Ermənistana köçü bəhanəsi ilə azərbaycanlıların Ermənistandan zorla çıxarılması barədə qərar verilməsinə nail olduğunu bildirir.

Bundan başqa, məqalədə azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi barədə SSRİ Nazirlər Sovetinin qərarları əksini tapıb. Azərbaycanlıların tarixi və əzəli torpaqlarından deportasiya edilməsi başa çatdırıldıqdan sonra orada yaşayan azərbaycanlı əhalinin azalmasını bəhanə edərək, rayon və respublika miqyasında müəyyən vəzifələr tutan azərbaycanlı kadrların ermənilərlə əvəz edilməsinə başlanılması məsələləri qeyd olunur.

Dosent S.Talıblı məqalədə yazır ki, 1997-ci il dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” imzaladığı Fərmanla həmin hadisəyə ilk dəfə hüquqi-siyasi qiymət verildi. Fərmanda bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, Azərbaycan SSR rəhbərliyinin öz xalqının taleyinə biganəliyi, vətəndaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı qeyd olunur.

Şərqşünas alim bildirir ki, azərbaycanlıların bu faciəsi hüquqi cəhətdən 1948-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyasının qəbul etdiyi qərarın II maddəsinə uyğun olaraq soyqırımı və etnik təmizləmə kimi qiymətləndirilməli, dünya ictimaiyyətinə, beynəlxalq və regional təşkilatlarına çatdırılmalı, dünyanın aparıcı KİV-lərində məqalələr yazılmalı, xarici ölkələrdə konfrans, seminarlar təşkil edilməlidir.

Oxşar xəbərlər

Bütün xəbərlər