Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Turizm və Menecment Universitetində Anım Günü qeyd olunub

Turizm və Menecment Universitetində Anım Günü qeyd olunub

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 27 Sentyabr - Anım Günü qeyd olunub.

Universitetdən "tehsilmedia.info"a bildirilib ki, Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükutdan sonra ATMU-nun rektoru İlham Mədətov erməni silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də II Qarabağ müharibəsinin başlandığını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda rəşadətli əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan mülki insanlarımızın, bütövlükdə xalqımızın böyük əzm, iradə və həmrəylik nümayiş etdirdiyini faktlarla diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında beli qırılan məkrli düşmən təxribatlara əl atdı, mülki insanları hədəf aldı.

Rektor İ.Mədətov II Qarabağ müharibəsində Silahlı Qüvvələrimizin 3000 nəfərədək hərbi qulluqçusunun həlak olduğunu, onlarla igid oğullarımızın itkin düşdüyünü, min nəfərdən artıq hərbi qulluqçumuzun isə yaralanıb, sağlamlığını itirdiyini ürək ağrısı ilə qeyd edib. Vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən xarici və daxili siyasəti, əsgər və zabitlərimizin rəşadəti sayəsində, şəhid və qazilərimizin qanı və canı bahasına Vətən torpaqlarımız işğaldan azad edilib.

Tədbirdə Dövlət Turizm Agentliyinin şöbə müdiri Məhəmməd Muradov gənclərimizin 30 illik Vətən həsrətinə 44 gün ərzində son qoyduğunu qürurla qeyd edib. “Heç bir müharibə itkisiz deyildir, lakin bu gün igid oğullarımız, Vətən uğrunda canından keçən, unutmağa, unutdurmağa haqqımız olmayan şəhidlərimiz sayəsində Azərbaycan xalqı Qələbə sevincinin nə olduğunu gördü və yaşadı”, - deyən M.Muradov şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.

ATMU-nun məzunu Anar Mahmudov 44 günlük döyüş yolundan söz açıb, Vətən naminə lazım gələrsə canından keçməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, ATMU-nun Biznes idarəçiliyi fakültəsinin menecment ixtisasının məzunu Məhəmmədəli Həsənzadə 2020-ci il noyabrın 6-da Xocavənd rayonunda gedən qanlı döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Yasin Səməndərov isə II Qarabağ müharibəsi qazisidir. Ümumiyyətlə, ATMU-nun 60 nəfərdən artıq tələbə və məzunu döyüş əməliyyatlarında misilsiz qəhrəmanlıq göstərdiklərinə görə Azərbaycan Respublikasının medalları ilə təltif edilib.

Tədbirin sonunda iştirakçılar şəhidlərimizin əziz xatirəsini daim minnətdarlıqla yad edəcəklərini bildiriblər.

Oxşar xəbərlər

Bütün xəbərlər