Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

UNEC növbəti ilkə imza atıb

UNEC növbəti ilkə imza atıb

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) növbəti ilkə imza atıb.

UNEC-dən "tehsilmedia.info"a bildirilib ki, Ömürboyu Təhsil Mərkəzi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifi əsasında hazırlanan “Liderlik” Mini-MBA sertifikat proqramına start verilib.

Rektor professor Ədalət Muradov mini-MBA proqramının UNEC tarixində yeni layihə olduğunu diqqətə çatdıraraq, universitetə göstərilən diqqət və etimada görə nazir Muxtar Babayevə təşəkkürünü bildirib. O, UNEC-in peşəkar təlimçiləri tərəfindən aparılacaq təlimlərin hər iki tərəf üçün əhəmiyyətli olacağını deyib.

Ə.Muradov UNEC-də ekologiya və ekologiya mühəndisliyi ixtisasları üzrə mütəxəssislər hazırlandığını da diqqətə çatdırıb. Həmin tələbələrin nazirlikdə, eləcə də tabeli qurumlarda təcrübə keçməsi üçün əməkdaşlıq barədə təklif irəli sürüb.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev UNEC-in ölkədə aparıcı universitet olduğunu diqqətə çatdıraraq, məzunu olduğu universitetlə əməkdaşlıqdan məmnunluğunu bildirib. Nazirliyin əməkdaşlarının liderlik bacarıqlarının yüksəldilməsində proqramın mühüm rol oynayacağından əminliyini ifadə edən nazir, digər dövlət və özəl qurumların da bu proqrama qoşulmasının faydalı olacağını qeyd edib.

Sonra rəqəmsallaşma üzrə prorektor dosent Raqif Qasımov “Liderlik” mini-MBA sertifikat proqramı barədə təqdimatla çıxış edib. Bildirib ki, proqram nazirliyin tabeliyində çalışan əməkdaşların liderlik və idarəetmə istiqamətində zəruri bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Təlimlər 8 modul - liderlik, strateji düşünmə və idarəetmə, komanda quruculuğu, vaxtın idarə edilməsi, problem həlletmə, dəyişikliklərin idarə olunması, çevik və dizayn əsaslı istiqamətlər üzrə təşkil olunacaq.

Təlimin sonunda iştirakçıların bilik və bacarıqları “Capstone Project/Case” əsaslı dəyərləndiriləcək və iştirakçılar sertifikat əldə edəcəklər. Proqram İsraildə “Soft Skills: təlimçilərin təlimi” beynəlxalq proqramı üzrə kvalifikasiya təlimlərinin sertifikatlarını qazanan UNEC-in peşəkar mütəxəssisləri tərəfindən aparılacaq.

Təqdimatdan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər