Xəbər lentiwidget-title-icon

Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır
155 azərbaycanlı dünyanın TOP-10 universitetlərində təhsil alacaq - Nazir müavini
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
5000-dən çox müəllim üçün müsahibə mərhələsi başladı
Yenə səhv suallar, yenə müəllimlərin taleyi ilə oynanılmağa davam edir...
1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?

Məktəbə telefon aparmaq qadağan olunur? – Şura üzvündən dəstək

Məktəbə telefon aparmaq qadağan olunur? – Şura üzvündən dəstək

Xəbər verdiyimiz kimi, Türkiyədə məktəbə telefonla gəlmək qadağan olunub. Bu barədə ölkənin milli təhsil naziri Yusuf Tekin məlumat verib. Onun sözlərinə görə, şagirdlər telefonlarını dərsə girməzdən əvvəl təslim edəcəklər:

“Müəllimlərimizi narahat edən nizam-intizam tədbirləri və şəxsi həyatın toxunulmazlığı ilə bağlı problemləri həll etmək üçün cib telefonları ilə bağlı tənzimləmələr etdik”.

Qurum rəhbəri müəllimlərin də pis nümunə olmamaq üçün sinfə telefonla girməyəcəklərini vurğulayıb.

Qeyd edək ki, bu məlumatdan sonra Azərbaycan ictimaiyyətində analoji məsələ ətrafında fikir mübadiləsi aparılmağa başlanıldı. Kimi telefonun dərs prosesini pozmasını iddia edərək, şagirdlərin məktəblərə smartfon gətirməsini pislədi, kimi isə internet, telefon əsri olduğunu bildirərərək bu halı alqışladı.

Maraqlıdır, Azərbaycanda da qardaş ölkədəki kimi analoji qərar verilə bilərmi?

Məktəbə telefon aparmaq qadağan olunur? – Şura üzvündən dəstək

tehsilmedia.info xəbər verir ki, təhsil eksperti, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov azedu.az-a bildirib ki, smartfonların məktəbə gətirilməsinin qarşısını almaq üçün belə bir qərar verilməsinin tərəfdarıdır:

“Türkiyə təhsil nazirinin verdiyi qərarla tanışam. Düşünürəm ki, kifayət qədər ədalətlidir. Azərbaycanda belə bir qərarın qəbul olunmasının tərəfdarıyam. Buna mütləq şəkildə ehtiyac var”.

Şura üzvü diqqətə çatdırıb ki, smartfonlar tədris vəsaiti deyil və onun istifadəsi yolverilməzdir:

“Dərs prosesində yalnız lazım olan ləvazimatlar istifadə oluna bilər. Smartfonlar tədris vəsaitləri deyil. Onların istifadəsinə imkan vermək olmaz. Mənim də övladım var. Övladım orta məktəbdə oxuyarkən, razılaşmışdıq ki, o, telefondan istifadə etməyəcək. Universitetə qəbul olunduqdan sonra bunun nə qədər doğru bir qərar olduğunu gördük. Çünki mobil telefon dərslərə kifayət qədər mane olur. Nəinki smartfonların dərsdə istifadə olunması, ümumiyyətlə məktəbə gətirilməsi yolverilməzdir”.

Ekspertin fikrincə, şagirdlərin telefonla dərs prosesini pozması özünütəsdiq ehtiyacının nəticəsidir:

“Azərbaycanda telefonların məktəbə gətirilməsi kifayət qədər problemlərə səbəb olur. Məktəb yaşlı uşaqlarda daha çox psixoloji olaraq özünütəsdiq ehtiyacı var. Bu səbəbdən onlar dərsdə telefonla müxtəlif şəkildə ya çəkilişlər edib, ya da dərsi pozub ətrafındakı həmyaşıdlarının diqqətini cəlb etməyə çalışırlar.

Şagird davranış qaydaları ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şurada kifayət qədər müzakirələr aparılıb. Bu müzakirələr nazirliyin rəsmiləri, şöbələrin rəhbərləri, nazir müşavirlərinin iştirakı ilə təşkil olunub. Düşünürəm ki, sözügedən məsələ şagird davranış qaydaları ilə birbaşa əlaqəlidir”.

Oxşar xəbərlər

Bütün xəbərlər