Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

“Sufi fenomenologiya” monoqrafiyası çapdan çıxıb

“Sufi fenomenologiya” monoqrafiyası çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun İslam fəlsəfi şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin ikicildlik “Sufi fenomenologiya” monoqrafiyası işıq üzü görüb.

Bu barədə "tehsilmedia.info"a ​​​​ AMEA-dan bildirilib.

Qeyd olunub ki, bu əsər düşüncə tarixində yeni fəlsəfi sistemi təqdim edir. Burada ruhani təcrübə ilə şüur təcrübəsinin vahid strukturu işığında varlıq probleminə və idrak nəzəriyyəsinə yeni bir baxış bucağı açılır. Təməlində sufizm və fenomenologiya dursa da, monoqrafiyada vahid xəttin və başlıca ideyanın əsaslandırılması məqsədilə antik yunan dövründən başlayaraq bir çox filosofların əsərlərinə, fəaliyyət sahələrinə, hətta dəqiq elmlərə, xüsusilə kvant fizikasına müraciət olunur.

Əsər 17 ildən artıq müddətdə aparılan tədqiqatın nəticəsidir. Filosof alimin əvvəlki tədqiqatlarından fərqli olaraq əsərdə fəlsəfə tarixi cüzi yer tutur. Burada vahid ideya xəttini qorumaq üçün başqa filosofların, mütəfəkkirlərin oxşar məsələ ilə bağlı düşüncələrinə müraciət olunub, lakin onların təhlilinə ayrıca yer ayrılmır. Bu, hər oxucunun öz ixtiyarına buraxılır.

Yeni nəşrdə həm müqəddəs kitablara, həm də elmi dəlillərə müraciət edilir. Ancaq sufi fenomenologiya nə təfsirdir, nə elmin fəlsəfəsi. Bu üsulla sadəcə ruhani təcrübəyə və rasional şüura istinad edən düşüncələr əsaslandırılır. Monoqrafiyanın yazılmasında tanınmış filosof, fenomenologiyanın təməlini qoyan Edmund Husserlin “Saf fenomenologiya və fenomenoloji fəlsəfə haqqında ideyalar (I kitab)” əsəri nümunə olaraq götürülüb. Eyni zamanda, əsərdə məhz sufizmin prinsiplərindən istifadə olunub: bir tərəfdən, mülahizələr sadədən mürəkkəbə doğru hərəkət edir, digər tərəfdən, eyni mövzuya təkrar, hər dəfə daha dərin kontekstdə qayıdılır. Məqsəd həqiqəti bütöv şəkildə təqdim etməklə yanaşı, həm də mahiyyəti köməkçi ideyalardan ayırmaqdır.

Monoqrafiyanın birinci cildi sufi fenomenologiyaya girişi və yeni fəlsəfənin əsaslarını, ikinci cildi isə sufi fenomenoloji metodologiya və ağıl haqqında mülahizələri, təhlilləri ehtiva edir.

Qeyd edək ki, “Sufi fenomenologiya” Şərq düşüncə tarixində qadın filosof tərəfindən yazılmış ilk fəlsəfi sistemdir. Əsərin əsas ideyaları artıq bir neçə beynəlxalq konfransda təqdim edilib, nüfuzlu elmi jurnallarda dərc olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər