57 yaşlı müəllim sertifikasiyada maksimum balı topladı

Bu gün müəllimlərin sertifikatlaşdırılması imtahanında iştirak edən 57 yaşlı müəllim maksimal – 60 bal toplayıb.
tehsilmedia.info xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov paylaşım edib.
O bildirib ki, bu, Salyan rayonunun Salman Cəfərov adına Yenikənd orta məktəbinin müəllimi Flora Dünyamalıyevadır.



























