Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

“Türk dünyasının mümtaz oğlu Salman Mümtaz” kitabı Bişkekdə nəşr edilib

“Türk dünyasının mümtaz oğlu Salman Mümtaz” kitabı Bişkekdə nəşr edilib

Bişkekdə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Azərbaycan dilində “Türk dünyasının mümtaz oğlu Salman Mümtaz” adlı kitab nəşr olunub.

tehsilmedia.info xəbər verir ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Ana Hümmətlinin nəşrə hazırladığı bu yeni kitab böyük türk oğlu, Azərbaycan ədəbiyyat və mədəniyyətinin görkəmli nümayəndələrindən biri, ədəbiyyatşünas, mətnşünas, dilçi, şair, publisist Salman Mümtazın (1884-1941) yaradıcılığına həsr olunub. Kitabın elmi məsləhətçisi filologiya elmləri doktoru, professor Paşa Kərimov, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Yaqubqızı və şərqşünas, böyük elmi işçi Hacı Mustafa Mailoğludur.

Kitabda filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Ana Hümmətlinin Salman Mümtazın elmi, ədəbi, əlyazma irsi ilə əlaqədar apardığı tədqiqatların nəticəsində aşkar etdiyi dəyərli faktlardan, xüsusilə, repressiya illərində itmiş və nəhayət, uzun illərdən sonra arxivlərdən hissə-hissə böyük bir qismini (70-ə yaxın şair barədə) tapdığı, toplayıb tədqiqata cəlb etdiyi “100 şair” əsərindən bəhs edilir. Kitabda həmin təzkirədən hissələr (10 şair barədə) ərəb qrafikalı əski əlifbamızdan transfoneliterasiya edilərək ixtisarla ilk dəfə oxuculara təqdim edilir. Eyni zamanda, Salman Mümtazın köhnə latın qrafikasında nəşrə hazırladığı, bu günədək məlum olmayan və dil tarixi baxımından dəyərli “Ədəbi lüğət”indən də bir hissə ilk dəfə müasir əlifbamızda çap olunaraq diqqətə çatdırılır.

Qeyd edək ki, transfoneliterasiya, tərtib və “Salman Mümtaz: özü və sözü” adlı geniş “Ön söz” Şəlalə Ana Hümmətliyə məxsusdur. O, kitaba yazdığı “Bir neçə söz”də hələlik kiçik bir hissəsini təqdim etdiyi bu iki qiymətli əsəri (“100 şair” və “Ədəbi lüğət”) qarşıdan gələn yubiley ilində (2024-cü ildə Salman Mümtazın anadan olmasının 140 ili tamam olur) tam şəkildə nəşrə hazırlayaraq yubileyə hədiyyə etmək arzusunda olduğunu bildirib.

Sovet dövrünün 30-cu illər repressiyasının qurbanlarından olan, Vətəni, milləti, Türk dünyasını bütün varlığı ilə sevən, ədəbiyyat və mədəniyyət sahəsində misilsiz xidmətlərilə seçilən fədakar bir şəxsiyyətin – Salman Mümtazın yaradıcılığına həsr olunmuş bu kitabın qardaş Qırğızıstanda, Bişkekdə, “Uluu Toolor” nəşriyyatında nəşri Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Prezidenti, Azərbaycan həqiqətlərinin, ədəbiyyat və mədəniyyətinin yorulmaz təbliğatçısı Nüsrət Məmmədovun öz xalqına daha bir gözəl töhfəsi kimi dəyərləndirilməlidir.

Qeyd edək ki, fond öz ənənəsinə sadiq qalaraq kitabı pulsuz yayacaq. Fond gələcəkdə kitabı qırğız və rus dillərinə də tərcümə etdirməyi nəzərdə tutur.

Oxşar xəbərlər

Bütün xəbərlər