Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Müəllimlər hökumətə çağırış etdilər: “Niyə 30 bal yığanla 45 bal yığana fərq qoyulmur?”

Müəllimlər hökumətə çağırış etdilər: “Niyə 30 bal yığanla 45 bal yığana fərq qoyulmur?”

Təhsil ictimaiyyəti müəllimlərin sertifikasiya imtahanları ilə bağlı qızğın müzakirələr aparmaqdadır. Əsas müzakirələrdən biri sertifikasiyadan keçən müəllimlərin maaşına edilən 10 və 35%-lik əlavələrlə bağlıdır.

Məlum olduğu kimi, sertifikasiyanın test imtahanından 31-50 bal toplayanların maaşına 10%, 51-60 bal toplayanlarınkına isə 35% əlavə edilir.

Təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirak edən müəllimlər isə bu yanaşmanın ədalətsiz olduğunu vurğulayırlar.

Qeyd edək ki, sosial şəbəkələrdə sertifikasiyanın bu cür qiymətləndirilməsi kütləvi etirazlara səbəb olub. Müəllimlər sosial şəbəkələrdəki təhsil qruplarında öz etirazlarını açıq şəkildə ifadə edirlər.

Onlar Nazirlər Kabinetinə, Elm və Təhsil Nazirliyinə ünvanladıqları açıq müraciətlərdə 10%-lə 35%-in kəskin fərqinə diqqət etməyə çağırırlar.

Müraciətlərdə vurğulanır ki, 50 bal toplamış müəllimlə 30 bal toplamış müəllimə eyni artımın – 10%-in şamil olunması düzgün qərar deyil, ədalətsizlikdir.

tehsilmedia.info azedu.az-a istinadən, bəzi müəllimlərin sözügedən məsələ ilə bağlı fikirlərini təqdim edir:

Məsələn, riyaziyyat müəllimi Əmrah Hümbətov bildirib ki, sertifikasiyada uğur qazananlar 3 kateqoriyaya bölünməli və maaş artımı aşağıdakı kimi nəzərə alınmalıdır:

“30-40 bal - 10% əlavə;
41-50 bal - 20% əlavə;
51-60 bal - 35 % əlavə.

Bu daha ədalətli olardı”.

Xəyal Atakişiyev: “Mən 50 bal yığıb ağlayıram. 30 bal yığan isə sevinir. Xahiş edirik, bu məsələnin ədalətli həll olunmasına çalışasınız”.

Gündüz Novruzov: “Ədalətsiz yanaşmadir. Əgər 32 bal yiğanla 49 yiğanın arasında fərq qoyulmursa, bu gülüş doğurur”.

Nuridə Ağalarova: “30 bal yığanla 49, 50 bal yığan eyni tutulur. Bu nə meyar, nə ölçüdür? Sözümüzü kimə deyək? Hansı məntiqlə bu bölgü aparılır? Onda şagird qiymətləndirməsindəki meyarlar da iki səviyyədə olsun. Qiymət də yalnız “3” və “5” çıxarılsın”.

Vüsalə İbadullayeva: “Əgər 45-50 bal nəzərə alınmayacaqdısa, onda hamımız elə 31 bal üçün çalışardıq”.

Samirə Məmmədova: “48 bal toplamış bir müəllimə kimi deyirəm: 30 bal toplamış müəllimlə bizə niyə fərq qoyulmur? Bu nə dərəcədə doğrudu? Bizim artımı da 20-25 faiz etsinlər!”.

Zəhra müəllimə: Mən keçən il 49 bal yığmışam. Çox pis təsir etdi mənə. Hələ də özümə gələ bilmirəm. Çox bal yığa bilərdim. Bildiyim suallar qaldı. Vaxt çatmadı. Kompüterdə donmalar oldu. 49 balla 30 balın eyni dəyərləndirməsi adamı üzür".

İlhamə Qurbanova: “Fikrimcə, 50+ bal toplayanların əmək haqqı 35%, 30+ bal toplayanlarınkı isə 10% artırılırsa, o zaman 40+ bal toplayanların maaşı da 22,5% artırılmalıdır. Yəni bu iki rəqəmin ədədi ortası qədər".

Nəzakət Hacıyeva: “Mən də 50 bal topladım. Çox üzüldüm. 30 balla 50 bal eyni götürülür. Çox böyük haqsızlıqdır”.

Müəllimlər hökumətə çağırış etdilər: “Niyə 30 bal yığanla 45 bal yığana fərq qoyulmur?”

Qeyd edək ki, müəllimlər sosial şəbəkədə Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramova da kütləvi müraciət ünvanlayıblar.

Məsələyə münasibət bildirən deputat Vüqar Bayramov yuxarıdakı təklifləri maraqlı yanaşma hesab edib.

“Faizləri artırmaq da olar. Yəni maksimum 35% deyil, 40% və ya daha artıq etmək olar”, - deputat bildirib.

V.Bayramov narazı müəllimləri dəstəklədiyini qeyd edib:

“50-dən az bal toplayanlar üçün də differensial yanaşma məqsədəuyğundur. Bu təklifi də Milli Məclis iclaslarında təqdim edərik”.

Oxşar xəbərlər

Bütün xəbərlər