Xəbər lentiwidget-title-icon

Məktəbdə nöqsanlar aşkarlandı: Direktor işdən çıxarıldı
Bu fənlər buraxılış imtahanına salınsa, repetitor bazarı genişlənəcək - Əməkdar müəllimdən ETİRAZ
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
ARTİ xarici dil fənni üzrə illik plan nümunələri hazırlayıb
BMU NASA-nın beynəlxalq hakatonuna tərəfdaş oldu
"Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - ŞİKAYƏT
Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib
Qarabağ Universiteti regiona həyatın qaytarılması prosesində mühüm rol oynayır
Türk Tarix Qurumu Azərbaycan aliminin iki cildlik əsərini çap edib
25 milyonluq məktəb tender - Azərbaycan qiymətləri xarici nümunələrdən niyə bu qədər yüksəkdir?
Təhsil İdarəsindən məktəbdəki dava ilə bağlı AÇIQLAMA
Fənnini bilmək kifayət deyil - Müəllimlərin rəqəmsal savadı da ölçülməlidir
Məktəbdə tədris olunmur, imtahanda soruşulur - Ekspertdən SƏRT İRAD
Dövlət qulluqçuları müəllimlik edə biləcək? – Yeni QANUN
Gəncə Regional Kollecinin yeni direktoru kollektivə təqdim olunub
Hərbi xidmətə və mülki işə qəbul imtahanı keçiriləcək
Dərs bölgüsü üstündə müəllim həmkarını döydü - Biri xəstəxanalıq oldu
Bağça müəllimlərinin işə qəbulu üzrə müsahibə BAŞLAYIR
Azərbaycan və Türkiyə müdafiə sənayesi üzrə təhsil əməkdaşlığını genişləndirir
Məktəblilərin dostu, yoxsa direktorun nəzarətçisi?
Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?

Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?

Səhər saatlarında məktəb və universitetlərin ətrafında yaranan mənzərə Bakının gündəlik nəqliyyat problemini ən aydın göstərən tablolardan biridir: dayanacaqda gözləyən gənclər, məktəb qapısında bir-birini əvəz edən avtomobillər, sıxlıq içində yolu keçməyə çalışan piyadalar... Şəhərdə hərəkət etmək getdikcə daha çox vaxt, pul və səbir tələb edir. Ancaq məsələ tıxacla da bitmir.

Şagirdin, tələbənin məktəbə necə və hansı nəqliyyat vasitəsilə getməsi onların təhlükəsizliyi, fiziki fəallığı və ailənin gündəlik nəqliyyat xərcləri və s. baxımından da əhəmiyyətlidir.

Bəs şagird və tələbələr üçün təhsil müəssisəsinə gedişin daha təhlükəsiz, rahat və sərfəli yolları hansılardır?

Bir çox Avropa şəhərlərində bu sualın cavabı təkcə avtobus, metro və ya taksidən istifadə ilə məhdudlaşmır. Velosiped, təhlükəsiz məktəb marşrutları, ictimai nəqliyyata inteqrasiya olunan mikromobillik vasitələri və gənclər üçün xüsusi tariflər nəqliyyat siyasətinin mühüm hissəsinə çevrilib. Niderland bu yanaşmanın ən tanınmış nümunələrindəndir. Ölkənin rəsmi statistika qurumu CBS-in məlumatına görə, 2023-cü ildə velosiped bütün səfərlərin 27 faizini təşkil edib və avtomobildən sonra ən çox istifadə edilən nəqliyyat vasitəsi olub. Niderland sakinləri il ərzində orta hesabla 1 065 kilometr velosiped sürür.

Almaniyada velosipedin payı Niderlanddakı qədər yüksək deyil, amma gündəlik mobilliyin vacib hissəsidir. Almaniyanın “Mobillik 2023” araşdırmasına əsasən, ölkədə bütün səfərlərin 11 faizi velosipedlə həyata keçirilir və burada piyadaların payı 26 faizdir. Almaniya Nəqliyyat Nazirliyinin 2023-cü ildə təqdim etdiyi statistikaya görə, 14–69 yaş aralığında olanların 39 faizi velosiped və ya pedal dəstəkli elektrikli velosipeddən hər gün və ya həftədə bir neçə dəfə istifadə edir. Bu statistika insanların velosipedlərə üstünlük verməsinin təkcə şəxsi həvəslə bağlı olmadığını göstərir. Təhlükəsiz zolaqlar, velosipedlərin parklanması üçün xüsusi yerlərin mövcudluğu, iş və təhsil müəssisələrinin yaxınlığında rahat infrastruktur vətəndaşları bu qərara təşviq edir.

ABŞ-də tətbiq olunan “Məktəbə təhlükəsiz marşrutlar” (“Safe Routes to School”) proqramları da bu baxımdan diqqət çəkir. Bu layihələr yol infrastrukturu, piyada keçidləri, velosiped marşrutları, valideynlərlə iş və şagirdlərin yol hərəkəti ilə bağlı maarifləndirilməsini birləşdirir. Nəticədə, üç il ərzində məktəbə piyada gedənlərin payı təxminən 7-8 faizdən 15-16 faizə yüksəlib, velosipedlə gedişlərin payı isə 1 faizdən 2 faizə çatıb. Bu, kiçik görünən, lakin gündəlik vərdişlərə təsir edən dəyişiklikdir.

Şəhər mobilliyinin sağlamlığa təsiri də diqqətdən kənarda qalmamalıdır. Ümumdünya Səhiyyə Təşkilatı 5-17 yaşlı uşaqlara hər gün orta hesabla ən azı 60 dəqiqə orta və ya yüksək intensivlikli fiziki aktivliyi tövsiyə edir. Məktəbə və ya universitetə piyada, velosipedlə, yaxud ictimai nəqliyyatla birləşdirilmiş gedişlər bu fəallığa töhfə verə bilər. Elmi araşdırmalar velosiped sürməyin xüsusilə gənclər arasında ürək və ağciyərlərin fəaliyyətini gücləndiyini göstərir. Müntəzəm fəal mobilliyin bütün səbəblər üzrə ölüm riskini azaltdığı da müəyyən edilib.

Bəs bu modellər Bakı üçün nə dərəcədə realdır? Şəhərdə hər gün minlərlə şagird və tələbənin etdiyi qısa, lakin mürəkkəb səfərləri daha təhlükəsiz və münasib etmək üçün hansı həllər təklif edilə bilər?

Nəqliyyat üzrə ekspert Aslan Əsədov “Azərbaycan müəllimi”nə açıqlamasında qeyd edib ki, innovativ yeniliklərə rəğmən velosiped və skuterlə hərəkət etmək daha perspektivli sayıla bilər: “Bu gün istər velosipedlərin, istər skuterlərin gənclər arasında daha çox populyarlıq qazanması və onların istifadəsi müsbət hal kimi qiymətləndirilə bilər. Ümumiyyətlə, velosipedlə hərəkət etmək dünya prizmasında daha perspektivli sayılır. Lakin biz bunu Bakının küləkli keçən günləri üçün xarakterizə edə bilmərik. Çünki il ərzində şəhərdə 160–180 gün küləkli olur. Qarlı, yağışlı, çovğunlu günlərdə velosiped və skuterin necə hərəkət edə biləcəyi sual doğura bilər.

Lakin gündəlik nəqliyyat seçimlərinin dəyişməsi, məktəbli avtobuslarından və ictimai nəqliyyatdan daha geniş istifadə olunması, eləcə də bu nəqliyyat vasitələri arasında koordinasiyanın qurulması nəqliyyat axınlarının düzgün idarə olunmasına kömək edə bilər”.

Ekspert bildirib ki, gənclər arasında velosiped və skuterlərin daha çox populyarlaşması üçün daşınma şirkətlərinin müxtəlif addımlar ata bilməsi mümkündür:

“Daşıma şirkətlərinin bu prosesdə təsiri çox müsbət ola bilər. Tələbələr və şagirdlər üçün xüsusi endirim kartının, şagirdlər üçün isə pulsuz, ödənişsiz ictimai nəqliyyatın təşkili nəqliyyat sektorumuza rəng qatar, onun prosedural həllərini tezləşdirər”.

Velosiped və skuter icarəsi xidməti göstərən “Apar” şirkətinin həmtəsisçisi Samir Kərimov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, məktəbli yaşında olan uşaqların ailələri təhlükəsizlik səbəbindən onları tək buraxmaq istəməyə bilər və bu halda velosiped və ya skuter hər kəs üçün uyğun nəqliyyat vasitəsinə çevrilmir. Lakin gənclərin bu nəqliyyat vasitəsindən daha çox faydalanması mümkündür.

Həmtəsisçi bildirib ki, velosiped və skuterlər müəyyən marşrut xətlərində və bir sıra hallarda alternativ ola bilər, lakin hazırkı şəraitdə bütün istifadəçilər üçün real və universal nəqliyyat həlli sayılmamalıdır.

Samir Kərimovun sözlərinə görə, “Apar” ötən il Tələbə Gənclər İttifaqı ilə birgə kampaniya keçirib və tələbələrə 50 faiz endirim tətbiq edib. Şirkət bu təşəbbüsü cari ildə də bərpa etməyi nəzərdən keçirir. “İstəyirik ki, bu il də həmin kampaniyanı yenidən həyata keçirək və daha çox tələbəyə çataq”, – o qeyd edib.

Oxşar xəbərlər

Bütün xəbərlər