Xəbər lentiwidget-title-icon

Məktəbdə nöqsanlar aşkarlandı: Direktor işdən çıxarıldı
Bu fənlər buraxılış imtahanına salınsa, repetitor bazarı genişlənəcək - Əməkdar müəllimdən ETİRAZ
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
ARTİ xarici dil fənni üzrə illik plan nümunələri hazırlayıb
BMU NASA-nın beynəlxalq hakatonuna tərəfdaş oldu
"Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - ŞİKAYƏT
Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib
Qarabağ Universiteti regiona həyatın qaytarılması prosesində mühüm rol oynayır
Türk Tarix Qurumu Azərbaycan aliminin iki cildlik əsərini çap edib
25 milyonluq məktəb tender - Azərbaycan qiymətləri xarici nümunələrdən niyə bu qədər yüksəkdir?
Təhsil İdarəsindən məktəbdəki dava ilə bağlı AÇIQLAMA
Fənnini bilmək kifayət deyil - Müəllimlərin rəqəmsal savadı da ölçülməlidir
Məktəbdə tədris olunmur, imtahanda soruşulur - Ekspertdən SƏRT İRAD
Dövlət qulluqçuları müəllimlik edə biləcək? – Yeni QANUN
Gəncə Regional Kollecinin yeni direktoru kollektivə təqdim olunub
Hərbi xidmətə və mülki işə qəbul imtahanı keçiriləcək
Dərs bölgüsü üstündə müəllim həmkarını döydü - Biri xəstəxanalıq oldu
Bağça müəllimlərinin işə qəbulu üzrə müsahibə BAŞLAYIR
Azərbaycan və Türkiyə müdafiə sənayesi üzrə təhsil əməkdaşlığını genişləndirir
Məktəblilərin dostu, yoxsa direktorun nəzarətçisi?
Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?

Kollec direktoru anım günündə özünə ad günü keçirtdi

Azərbaycanda hər il 27 sentyabr tarixi Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsinə həsr olunaraq, Anım Günü kimi qeyd edilir. Bu anım günü Prezident cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamında öz əksini tapmışdır. Anım Günü elə bir gündür ki, vəzifəsindən, işindən-gücündən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı bu günümüz üçün Vətən uğrunda canından keçən şəhidlərin ruhunu yad etməli, böyük ehtiramla onların şanlı həyat yolunu xatırlamalıdır. Milli mentalitetimizə uyğun olaraq həmin günlər şadlıqlardan, ad günlərinin təşkilindən və sairə kimi xoşməramlı tədbirlərdən uzaq durulmalı, dediyimiz məsələlər anım günündən sonra qeyd edilməlidir.

27 sentyabr anım günü bu il təqvim cədvəlinə əsasən bazar gününə, yəni qeyri-iş gününə düşdüyü üçün, 25 sentyabrda həftənin 5-ci günü qeyd edilməsi tapşırıldı. Təbii ki, Qazaxda da bu tədbir yüksək səviyyədə qeyq edildi. Bəs Qazax Dövlət Sosial-İqtisadi Kollecinin 6 aydır təyin olunmuş direktoru Gülnar Qəhrəmanova üçün necə yadda qaldı?

Məlum oldu ki, sentyabrın 25-də Gülnar Qəhrəmanova şəhidlərin anım günü ilə bərabər, iş otağında öz ad gününü də qeyd etdirib. Direktora gül-çiçək dəstələri ilə yanaşı, tortlar da hədiyyə edilib. Şəninə “boğazdan yuxarı” təəriflər də deyilib. Bəli, nə yatdı ki, nə yuxu görən bu direktora bol-bol təriflər söylənilməsi kimlər üçün inandırıcı ola bilər? Təbiidir ki, tərif söyləyənlərin savad dərəcəsi aşağıdır ki, direktor gələcəkdə onları nəzərə alsın. Necə ki, yay semestrində yeni imtahan nəticələri köhnə nəticələrə qarışdırılıb yandırılıqdan sonra, günahkarların “gül üzünə püf” deyilməməsi kimi...

Direktor kollektivin avanqardı hesab olunur. Düzgün yolu və son qərarı tabeçiliyində olanlar ondan gözləyirlər. Bu gün direktor şəhidlərin ruhuna hörmətlə yanaşmayıb, özünü təriflədir, gül dəstəsi yığır və tort kəsdirirsə, ondan nə gözləmək olar? Yəqin ki, Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyinin direktoru, professor Ülkər Səttarova kollecə qoyduğu kadrı haqqında yenidən fikirləşməli olacaq.

Gələn gündən 6 nəfər müəllimi işdən azad edən, yerinə 6 nəfər götürən, texniki işçiləri və lobarantları işdən çıxarmaqla hədələyən, özünün yaxşı yaşaması naminə, kimlərinsə ailəsini ac qoymaq amalı ilə düşünən, bu gün dediyini sabah deməyən, müəllim nəvazişindən uzaq duran, işi iş bilməzlərə tapşıran kollec direktoru Gülnar Qəhrəmanova, doğrudan da, müxalifət ailəsində dünyaya göz açdığını aydın surətdə büruzə verir.
Müxalifət övladı demişkən, yaxşı yadımızdadır, kollecdə bir vaxtlar bacarıqlı, işini yaxşı bilən təsərrüfat işləri üzrə direktor müavini Əbülfət Məmmədov adlı şəxs işləyirdi. Onu, qatı müxalifətçi İbrahim İbrahimli ilə şəkil çəkdirdiyi üçün işdən azad etdilər. Belə halda, Gülnar Qəhrəmanova haqqında hansı tərzdə düşünmək olar?

Gülnar Qəhrəmanova heç də aydan arı, sudan duru adam deyil. Bu kadr haqqında kim müsbət düşünübsə, kobud səhvə yol verib. Yay tətili günlərində işlərinin yolunda olması üçün kollecin işçilərindən Qəhrəmanovanın evinə müsəlman qaydası ilə pay-pürüşün də aparılması söylənilir. Yəni, eşitdiyimiz budur. Atalar demişkən: “Yanlıc olar, yalan olmaz”. Necə ki direktorun anım günündə özünə ad günü keçirtdiyi kimi...

İlham Hacalı

Oxşar xəbərlər

Bütün xəbərlər