ARTİ xarici dil fənni üzrə illik plan nümunələri hazırlayıb
2026/2027 tədris ilində ümumi təhsil müəssisələrinin 1-ci və 2-ci siniflərində əsas xarici dil fənninin həftəlik tədris saatı artırılıb.
Tehsilmedia.org xəbər verir ki, bu ildən etibarən uşaqlar həftədə 1 saat deyil, 2 saat xarici dil öyrənəcəklər.
Dərs saatının artması ilə əlaqədar olaraq xarici dil müəllimlərinə (ingilis dili) metodiki dəstək məqsədilə ARTİ tərəfindən tövsiyə xarakterli illik plan nümunələri hazırlanıb. Sənədə hər sinif üzrə 1 dərsi əhatə edəcək gündəlik dərs icmalı da əlavə edilib.
Qeyd edək ki, bu fəaliyyətin davamı olaraq yaxın günlərdə xarici dil müəllimləri üçün silsilə vebinarların təşkilinə başlanılacaq.




























