Xırdalan şəhər 2 saylı məktəb yoxsa bazar? - ŞİKAYƏT

"Mən son zamanlarda yazdığım əsaslı məlumatların nəticəsiz qalmasından belə qənətə gəldim ki, AXRTİ Xırdalan 2 nömrəli məktəbin direktoruna söz deyə bilmir.
Hələ məktəbdən əldə etdiyim məlumata görə, direktor Gülnaz Kərimova MİQ imtahanının müsabiqə mərhələsində komissiya sədri olub və işə qəbulda fəal iştirak edəcək. Maraqlıdır, məktəbdə öz ixtisası olan riyaziyyat fənnini tədris edə bilməyən bir şəxs, hansı biliklərinə görə bu işə layiq görülüb? Bir məktəbdə müəllimləri təhqir edib onlarla kobud danışan bir şəxs, işə qəbul zamanı gənc kadrların tale yükünü necə öz çiyinlərində daşıyacaq?
Regional İdarə Gülnaz Kərimovadan necə çəkinirsə, məktəblə bağlı bütün şikayətlər, özbaşınalıqlar həmən dəqiqə sosial şəbəkədən yığışdırılır. İdarə müdiri bir yana, müdir müavinləri belə ona söz deyə bilmir.
Sentyabr ayında məktəbdə bazar od tutub yanır. Dərs bölgüsü və siniflərin birinci növbəyə keçirilməsi. Bu barədə növbəti dəfə yazacam. Faktları dəqiqləşdirim sonra.
Deməli, sistem bağlı olduğu halda, Kerimova hər valideynden 300-500 manat alaraq uşaq sənəd qəbulunu təşkil edib, uşaqların sənədlərini məktəbə qəbul edir.
Yaxınlarda sinif rəhbərlərini çağıraraq, iclas keçirib və tapşırıq verib ki, məktəb başlayır. Bir sinifdə iki müəllim dərs deyirsiz, hər sinfə 150 manat maya qoyun öz cibinizdən, sinifləri təmir edin. Maraqlıdır ki, yeni təmirdən çıxmış məktəbdə Kərimova niyə belə soyğunçuluq edir?
Nə qədər ki, Gülnaz Xirdalan şəhər 2 nömrəli məktəbdə direktor olacaq, hər gün onun etdiyi cinayət əməllərini hem sosiallaşdırıb, həm də hüquq-mühafizə orqanlarina teqdim edəcəm, sizin də bu cinayətlərə göz yummağınızı yuxarı orqanlara çatana kimi paylaşacam."


























