Xəbər lentiwidget-title-icon

Yazını süni intellekt yazır, tələbə danışa bilmir - Şifahi imtahanlar geri qayıdır?
"Dünyanın ən yaxşı müəllimi" seçilən Andria 35 dildə dərs deyir
Fizika dərslikləri sadələşdirilməlidir - şagirdlər çətinlik ÇƏKİR
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti
Ali Məhkəmə cinayətkar Eldar Mahmudovu və oğlunu müdafiə edib. Bu necə ola bilər?
Yeni yaradılacaq Ələt Universitetinin diplomu Türkiyədə tanınacaqmı?
8-ci sinifdən beynəlxalq arenaya: Kənan Vəlizadənin uğur hekayəsi
GERİLƏYİRİK!!! Təhsilin "Qara Dəliyi": Üç Qurum, Sıfır Nəticə!
Azərbaycan təhsili dünyada neçəncidir? - REYTİNQ
Universitetdə 3 vakansiya: hər kəs müraciət edə bilər
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib
UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub
Qlobal Təhsil Koalisiyası Azərbaycanda rəqəmsal bacarıqlar üzrə görülən işlər barədə məlumatlandırılıb
Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR

Məktəb təhsil ocağıdır, yoxsa?…

Məktəb təhsil ocağıdır, yoxsa?…


Təhsil, çörək və sudan sonra, xalqın əsas zəruri ehtiyacıdır. Bu fikri söyləyən böyük italyan şairi, italyan ədəbi dilinin banisi, qədim zadəgan nəslindən olan , Bolonya Universitetində təhsil almış, hüquq və fəlsəfəni dərindən öyrənən Dante Aligyeri XIV əsrdə nə biləydi ki, vaxt gələcək, çörək, su bir xalqın təhsilindən daha vacib olacaq?!

İtalyan ədəbi dilinin banisinin dediyi əsrə bərabər fikrin üstündən cəmi yeddi əsr keçəndən sonra təhsili bəzi “müəllim”lər arxa plana atdılar. Ona görə arxa plana atdılar ki, onlar öz zəruri ehtiyaclarını təhsildən daha vacib bildilər.

Görünür qədim şumerlər ilk məktəbin yaradılmasındaa bu gün təhsildə olan biabırçılıqları nəzərə almayıblar. Türklər demiş, malasef.

2022-ci ildə redaksiyamıza Bakı şəhərinin Nizami rayonunda yerləşən 3 saylı xüsusi internat məktəbindən vaxtilə orada direktor işləmiş Bahar Kərimovanın özbaşınalıqlarından, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsindən bəhs edən silsilə yazılar paylaşdıq.

Məlum oldu ki, Bahar Kərimova dövlətin təhsil sisteminin balansında olan məktəbi “ata ocağı”na çevirib başına fırlanırmış. Ürəyi istədiyi kimi məktəbdə muəllimlərin dərs saatlarını azaldır və digər maliyyə maxinasiyaları edirdi.

Bu gün həmin faktları yenidən yazmağı, sözün düzü, qarşımıza məqsəd qoymadıq. Bu barədə kifayət qədər araşdırma yazılarımız olub. Aidiyyatı qurumlar həmin faktları təsdiqlədi, Bahar Kərimova isə vəzifəsindən azad edildi.


Məktəb Bahar Kərimovanın əsarətindən azad olunandan sonra, sözün düzü, məktəbin müəllimləri, şagird və valideyin kollektivi sevindi. Amma bu sevinc yarıyolda qırıldı. Məktəbin gələcəyinə ümid bağlayanların ümidi vaxtsız açan gül kimi soldu.

19 dekabr 2023-cü il tarixdə məktəb rəhbərliyi Tariyel Əkbərovla əvəzləndi. Rəhmətlik nənəm demişkən, “gördüyünü qoyub, görəcəyinə niyə gedirsən?” İndi oranın müəllimləri, nənəmin dediyi kimi, görəcəklərini məktəbdə görürlər.

Məktəbdə olan etibarlı mənbələrimiz daş atıb baş yarırlar ki, bəs, hali-qaziyə məktəbdə o qədər dəyişib ki, mərdi qova-qova namərd edirlər. Dərs saatı azalan müəllimlər, yeni gələn direktorun “komanda”sının əzələ nümayişinə güc gələ bilmirlər. Səsini çıxarıb haqqını tələb etmək istəyənlər müxtəlif yollarla təhdid olunur, məktəbdən qovulacaqları ilə hədələnirlər.

Olaylar məktəbdə o qədər çoxdur ki, adam bilmir hansından başlayıb hansında qurtarsın. Məktəbdə baş verən hadisələri təsbeh dənələri kimi bir-bir növbəti məqalələrdə qələmin imkanlarından istifadə edib düzəcəyik. Hələlik isə qələmimiz məktəbə təyin olunan direktor Tariyel Əkbərov haqqında eşidib-bildiklərimizdən bir-iki kəlmə yazmaq istəyir.

Qeyd üçün deyək ki , Tariyel Əkbərov bu vəzifəyə təyin olunmamışdan qabaq Masallı RTŞ-nin mudiri olub.
Qəbul imtahanında 700 mümkün baldan cəmi 47 (?!) bal toplayaraq, Azərbaycan Memarlıq və İnşaat Universitetinin mühəndis iqtisadiyyatı fakültəsinə daxil olub, 2000-ci ildə bakalavr səviyyəsini bitirib. Hərbi xidmətdən sonra Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsində “böyük mühəndis”, faktiki isə həmin rəsmi qurumda qapıçı vəzifəsində işləyib.

2016-cı ildə rayonun təhsil şöbəsinin müdiri vəzifəsinə gətirilən Əkbərov Tariyel savadsızlıqda ittiham olunur. “Xahiş” sözünü “xayiş” kimi “sentyabr” sözünu “sentiyabır” kimi yazan adam hansı savadın yiyəsi olmalıdır?via.az

Masallı RİH-də işləyə-işləyə Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının ixtisasartırma kursunda əyani təhsil alaraq, “riyaziyyat və informatika müəllimi” “ixtisasına yiyələnmişdir”.

Maraqlıdır, Masallı RİH-dən işdən çıxdıqdan sonra bir gün də pedaqoji təcrübəsi olmayan Əkbərov Tariyel hansisa sehrli əlin köməyilə Şıxlar kənd 2 nömrəli ümumi orta məktəbinə direktor təyin edilir. 3 il sonra – 2010-cu ildə yenə həmin sehrli əl Əkbərov Tariyeli Şıxlar kənd ümumi orta məktəbin direktor kreslosundan birbaşa Masallı RTŞ-nin müdir müavini kreslosuna gətirir. Mudir müavini kimi illərlə “Dovlət Qulluğuna qəbul” imtahanından keçə bilməyən Əkbərov Tariyel hansı yollasa imtahandan azad edilib. Nəticə də maraqlıdır: sadəcə, bu “lazımlı kadr” “müsabiqədən” keçməklə, müdir müavini vəzifəsinə gətirilib. İxtisasartirma kursundan aldığı diplom Təhsil Nazirliyin əməkdaşları tərəfindən saxta elan edildikdən sonra məcbur olaraq yenə də hansı yollasa Azərbaycan Dövlət Pedaqoji Universitetində riyaziyyat müəllimliyi ixtisası üzrə ikinci ali təhsil diplomu əldə edə bilib.

Maraqlıdır, ilk təhsil sənədi saxta olan, ixtisası üzrə riyazi və informatik bilikləri 4-cü sinif səviyyəsinin tələblərinə cavab verməyən Əkbərov Tariyel ikinci ali təhsili necə alıb? (İxa.az)

İnterneti bir balaca “silkələyəndə” Tariyel Əkbərov haqqında o qədər məlumat çıxır ki, adam bilmir hansını oxusun. Acgözlüklə birnəfəsə hamısını oxumaq istəsəm də, vaxtıma heyfim gəlir. Çünki Tariyel Əkbərov qısa zamanda özünü o qədər “yaxşı ” tanıdıb ki , onun haqqında yazan qələm dostlarımızın mürəkkəbi qurtarıb.

Masallı rayon təhsil idarəsinin keçmiş müdiri, bu gün isə 3 saylı xüsusi internat məktəbinin direktoru olan Tariyel Əkbərov Masallıda vəzifəsini itirəndə rayon və kənd məktəbləri Masallıda və ətraf rayonlarda pir – ziyaretlerdə ehsanlar paylayıb.

Eks baş naziri Novruz Məmmədovun bacısı oğlu ilə yaxın münasibəti olduğunu, kimsənin ona toxuna bilməyəcəyini fəxrlə deyən” (via.az)
Tariyel Əkbərov Masallıda çalışdığı illərdə rayon məktəblərinin bir çox müəllimləri direktorun özbaşınalıqlarından, rayon məktəblərində tədris planı üzrə dərs bölgüsü aparılarkən mövcud təlimati tələblər gözləmədiyindən, eləcə də müəllimləri qəbul edərkən etik-davranış qaydalarını kobud şəkildə pozdugundan, ölkə başçısına, respublikanın birinci vitse-prezidentinə, Təhsil Nazirliyinə “şanlı məktublar” yazılıb. Aparılan arasdirmalar da vaxtilə faktlarla öz əksini tapıb. Tariyel Əkbərovun Masalli rayon təhsil şöbəsinin müdiri vəzifəsindən kənarlaşdırılması Masallı Rayon İcra Hakimiyyətinin “Facebook” hesabında qeyd olunub.konkret.az

Xəbər saytları və bir çox mətbuat səhifələrində Tariyel Əkbərov haqqında yer alan maraqlı məlumatlardan biri də budur ki, o, vaxtilə Masallıda təhsilə “yenilik” gətirib. ” Evdə təhsil ” proqramını isə salandan sonra rayon və kənd məktəblərinin şagirdlərinin dərsə gəlməməsini təşkil edib . Buna görə də 200 nəfər şagirdin hər biri üçün məktəb direktorlarından 350 manat pul alıb. Masallıda vəzifə səlahiyyətlərindən sui-istifadə edib büdcəsini bu yolla doldurmaq istəyən direktor oturub-durduğu məclislərdə arxasının güclü olduğunu hamıya çəkinmədən, gözüyumlu bəyan edib.millitv.az

Bu gün də Tariyel Əkbərov 3 saylı xüsusi internat məktəbində “bəyanat” lar verir. Ürəyi istəməyən müəllimin, yəni onun komandasında iştirak etməyənlərin sinfini bağlayır, məktəb kollektivinin iştirakı olmadan müəllimlərin dərs saatını azaldır, çatana çatır, çatmayana məktəbin həyətində olan daşlardan birini atır. O daşlar da gəlib şərəfli müəllim ömrü yaşayanlara dəyir.

Tariyel Əkbərov bu gün kollektivdə olduqca pis mühit yaradıb. Müəllimlərin bəzilərini hədə-qorxu, şantaj, hədyanlarla öz ətrafına çəkib. Bu sadaladıqlarıma tabe olmayanları isə direktor və onun komandasının dırnaqarası şər böhtanlarına, təzyiqlərinə məruz qalır.

Nəhayət, onu da qeyd etməyi özümüzə borc bildik ki, bu günlərdə məktəbdə yenə də müəllimlərin qanını qaraldıblar. Məktəb direktorunun müavini Firuzə Hacıyevanın təşəbbüsü ilə məktəbdə iki müəlliməyə direktor Tariyel Əkbərovun ad günü üçün adambaşına 20 manatdan pul yığılıb.

Rüzgar dəyişib. Dünən “dövran sürən bu gün can verir” (Allah sənə rəhmət eləsin, aşıq Əkbər Cəfərov). Bu gün adıçəkilən direktor müavini dünən yığdırdıgı “qəpik-quruşu” yenidən kollektivdə geri qaytarıblar.

Görünür, ya direktor bu “dilənçi pulu”nu götürməyi özünə sığışdırmayıb, ya da məlumatın bəzi aidiyyatı orqanlara çatma xəbəri pul yığdıran və yıganların kürkünə birə salıb.

Vallah adam bilmir ağlasın, yoxsa gülsün. Bu gün kabinetlərdə əlləri qandallanan məmurları TV-lərdə görsələr də, bəziləri sanki “fil qulağında yatıb”. Onlara çatmır ki, “bir gün bu dərənin də sahibi gələcək”. Bu özlərini “kiçik padşah” hesab edənlər dövlət başçısının xalqa xidmət nümunəsini də görmürlər?!

Görmürlərsə də, bu “kor yapalaq”lar niyə vəzifələrə gətirilirlər? Axı, “gözü çıxarılan qardaş”ından bunlar niyə nəticə çıxarmırlar? Bu qədər harın və qudurğandılar ki?

Vallah nə deyim? Əlim qalıb üzümdə…

Oxşar xəbərlər


Bütün xəbərlər

Yazını süni intellekt yazır, tələbə danışa bilmir - Şifahi imtahanlar geri qayıdır?
"Dünyanın ən yaxşı müəllimi" seçilən Andria 35 dildə dərs deyir
Fizika dərslikləri sadələşdirilməlidir - şagirdlər çətinlik ÇƏKİR
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti
Ali Məhkəmə cinayətkar Eldar Mahmudovu və oğlunu müdafiə edib. Bu necə ola bilər?
Yeni yaradılacaq Ələt Universitetinin diplomu Türkiyədə tanınacaqmı?
8-ci sinifdən beynəlxalq arenaya: Kənan Vəlizadənin uğur hekayəsi
GERİLƏYİRİK!!! Təhsilin "Qara Dəliyi": Üç Qurum, Sıfır Nəticə!
Azərbaycan təhsili dünyada neçəncidir? - REYTİNQ
Universitetdə 3 vakansiya: hər kəs müraciət edə bilər
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib
UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub
Qlobal Təhsil Koalisiyası Azərbaycanda rəqəmsal bacarıqlar üzrə görülən işlər barədə məlumatlandırılıb
Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM