"Pulu ver istədiyin efirdə ekspert ol, təhsil oldu ya olmadı. Lap aparıcı da ola bilərsən" - TƏNQİD
"Neçə neçə ailəni xaricdə təhsil adı ilə aldadan Nigar Fərhad, axır ki, həbs edildi. Onun əri Samiri yaxşı tanıyıram. Tam əminəm ki, onu bu cinayətləri törətməyə arvadı məcbur edib.
Məsələ burdadır ki, peşəkar media diplomu olmayan, jurnalistika təhsili almayan biri TV kanalda veriliş apara bilib? Sual birinci burda yaranır. TV kanallar efiri pula görə hər kəsə verə bilir. İkinci sual bu Nigarı efirlərə ekspert kimi dəvət edən aparıcılar belə çıxır ki, kim oldu, dərhal pul alıb efirə hər kəsi çıxarda bilər. Niyə o aparıcıların cəzası olmur ?
Nigar bir misaldır. Əksər efirlərdə olan ekspertlər bir eşşəyin arpasını bölə bilməyəcək səviyyədə olan adamlardır. Neçə dəfə boşanmış ailə eksperti olur, təhsilsiz psixoloqlar, həkimlər, hüquqşünaslar və sairələr efirlərdə pul verib at oynadırlar. Adı gecə barlarında hallananlar, gəlib qeyrətli qadın obrazı yaradırlar. Çünki efirə pul verilər. TV kanallar da onlardan namuslu qadın, kişi düzəldirlər. Demək, bu cür fırıldaq və saxtakar insanların hər biri sabah Zaurlar, Xoşqədəm, Elgiz, Tolik, Lalə Azərtaş və digərlərinə rahat pul verib efirdə qəhrəman ekspert ola bilər!!! Sonra isə başlayarlar insanları aldatmağa !!! Çünki onları efirə dəvət edən aparıcılara güvənirlər! Sabah yenə pulunu verib saxtakar simalı aparıcılar sayəsində yenidən qəhrəman olacaqlar. !! Avam camaat yenə düşəcək onların tələsinə..
Bu məsələ bir şeyi ortaya çıxarır. Efirlər alınıb satılır. Azad media, media haqqında qanunvericilik və sairə dövlət fərman və sənədləri hamısı boş şeydir. Pulu ver istədiyin efirdə ekspert ol. Təhsil oldu ya olmadı. Lap aparıcı da ola bilərsən. Onsuz da dövlət TV kanallara nəzarət etmir ki, edənlər pulu olan şəxslər və reklam verən şirkətlərdir.
Nigar Fərhad əgər məhkəmədə cavab verəcəksə, təqsirləndirilən şəxslər içərisində bu aparıcıların olmasını tələb edirəm. Qoy gəlib cavab versinlər ki, saxtakar adamları nəyin müqabilində efirə dəvət edirlər və niyə sonra məsuliyyətdən qaçırlar!!!! TV kanalların rəhbərliyi də gəlsinlər cavab versinlər !!!
Niyə xalqı aldatmaqla məşğuldurlar? Nəyə görə saxtakar insanlar onların efirində var?"
Zaur Əliyev




























