Beynəlxalq fənn olimpiadalarının 9 qalibi Dövlət Proqramına qəbul olunub - FOTOLAR
Beynəlxalq fənn olimpiadalarında qalib olan 9 azərbaycanlı gənc 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramına qəbul çərçivəsində müsahibə mərhələsindən azad edilərək proqram iştirakçısı olub.
Bu barədə Tehsilmedia.com-a Dövlət Proqramının İdarəetmə Qrupundan məlumat verilib.
Qeyd edək ki, Dövlət Proqramı Azərbaycan vətəndaşlarının dünyanın nüfuzlu ali təhsil müəssisələrində prioritet ixtisaslar üzrə təhsil almasına imkan yaradır.






































