Xəbər lentiwidget-title-icon

Qarabağ Universiteti direktor vakansiyası ELAN EDİR
Tələbələr üçün nəqliyyat güzəştləri tətbiq edilməlidir - Vüqar Bayramov
Daha 24 məktəbdə inklüziv təhsil təşkil olunacaq – MÜTDA
Qarabağ Universitetinin tələbələri bu universitetin də diplomunu alacaq - AÇIQLAMA
Repetitor, yoxsa məktəb? — Ekspert təhsildəki aktual problemi açıqladı
Məktəbli çantasının ideal çəkisi nə qədər olmalıdır?
Rusiyada tədrisin ilk günündə məktəbdə insident: Yaralananlar var
Müəllim olmaq istəyənlərə DİQQƏT - Magistr təhsili tələbə oluna bilər?
Bu ixtisas üzrə Azərbaycanda ilk dəfə tədris proqramı hazırlanıb
Bu gün dünyanın bir çox yerində ilk dərs günüdür - ÖLKƏLƏR
"Mən vaxtında Təhsil İnstitutu rəhbərliyinə "Pandorra yeşiyini açırsınız" deyə xəbərdarlıq etmişdim" - ŞİKAYƏT
TOEFL iBT imtahanı keçiriləcək
5 peşə sahəsi üzrə mütəxəssislərin bilikləri qiymətləndirilib
Azərbaycan dili və ədəbiyyatı müəllimliyinin keçid balı ən çox bu universitetdə ARTIB
Ali təhsil və kolleclərə boş plan yerləri üzrə ixtisas seçimi davam edir
Tərbiyəçi-müəllim olmaq istəyənlərin müsahibə mərhələsinin tarixi açıqlanıb
Bakı Dövlət Universiteti 107 yaşını qeyd edir
BMU Çin tərəfdaşı ilə beynəlxalq elmi layihənin icrasına başlayır
Universitetlərə SƏRT ÇAĞIRIŞ - “Praktika yoxdursa, ixtisas da olmasın”
Sertifikatlaşdırmada ilk dəfə iştirak edən müəllimlərin müsahibə tarixləri məlum oldu
Təkrar sertifikatlaşdırılan müəllimlərin müsahibələri elektron mərkəzlərdə keçiriləcək
Paytaxt təhsil işçilərinin sentyabr konfransına start verilib
Məleykə Abbaszadə ilə bağlı iddialara RƏSMİ CAVAB - DİM-dən GEDİR?
Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
Sentyabrda buraxılış imtahanı olacaq

Peşə təhsilində şübhəli ezamiyyətlər: Bakıdakı mərkəzin referenti, rayonlardakı mərkəzləri hansı əsasla yoxlayır?

Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Bakıdakı peşə təhsili mərkəzlərinin əməkdaşlarının rayonlarda yerləşən mərkəzlərə ezamiyyətə göndərilməsi ilə bağlı maraqlı məlumatlar var. 

Təhsilmedia.com-un əldə etdiyi məlumata görə, 2026-cı il ərzində eyni şəxsin Şirvan, Salyan, Cəlilabad, İsmayıllı, Xaçmaz, Şamaxı, Biləsuvar, Şabran və digər mərkəz və müəssisələrə ezam olunması olduqca böyük maraq yaradıb. Söhbət Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində referent vəzifəsində çalışan Camalova Səbinə Cərkəz qızından gedir.

Daxil olan məlumatlara əsasən, Camalova 2026-cı il ərzində sözügedən mərkəzlərə yoxlama məqsədilə ezam olunub. 

Maraqlıdır, Bakıdakı bir peşə təhsili mərkəzində referent vəzifəsində çalışan əməkdaşın digər peşə təhsili müəssisələrində yoxlama aparmaq səlahiyyəti varmı?

Məlumata görə, Camalova Səbinə Cərkəz qızı Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təxminən iki ilə yaxındır referent vəzifəsində çalışır və nə qədər qəribə olsa da bir gün olsun işə gəlməyib.

Onun bu vəzifəyə Peşə Təhsili üzrə Dövlət Agentliyindən sözügedən mərkəzə Keyfiyyət Təminatı şöbəsinin müdiri Kənan Həsənli və şöbənin baş mütəxəssisi Elsəvər Saleyavinin dəstəyi ilə göndərildiyi iddia olunur. Həmçinin iddia edilir ki, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor əvəzi Nail Bayramov da bu əzifəyə 2 ildir təyin ounub və sözügedən şəxslərlə yaxın dost münasibətdədir.

Lakin araşdırmanın diqqətçəkən hissəsi ezamiyyətlərin rəsmiləşdirilməsi ilə bağlıdır.

Məlumata görə, Səbinə Camalovanın müxtəlif rayonlardakı peşə təhsili müəssisələrinə ezam olunması üçün hər dəfə Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor əvəzi Nail Bayramov Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlıya müraciət edir.

Belə müraciətlərdə Nail Bayramov Agentlik direktorundan Səbinə Camalova ilə bağlı göstəriş verməsini Agentlik direktorundan xahiş edir. 

Agentliyin direktoru İlqar Bayramlı da müraciətin üzərinə dərkənar qoyaraq ezamiyyətə razılıq verir.. Və nəticədə Bakıdakı Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin referenti Şirvan və Salyan peşə mərkəzlərinə ezam olunaraq orada sənədlərin saxlanılmasına baxış keçirir.

Təbii ki, bu fakt böyük sualları cavabsız qoyur. 

Əgər Peşə Təhsili üzrə Dövlət Agentliyinin müvafiq struktur bölmələri və sektorları mövcuddursa, nə üçün digər mərkəzlərdə yoxlama aparmaq üçün məhz başqa bir peşə təhsili mərkəzinin referenti seçilir? Referentin digər peşə təhsili müəssisələrində yoxlama aparmaq səlahiyyəti hansı sənədə əsaslanır? Bu şəxsin ezamiyyətlərinin hər biri hansı zərurətdən yaranıb? 2026-cı il ərzində bu ezamiyyətlərə nə qədər vəsait xərclənib? Və ən əsası, aparılan yoxlamaların nəticələri barədə hansı hesabatlar hazırlanıb?

Məsələnin digər diqqətçəkən tərəfi isə eyni şəxsin bir neçə rayon və mərkəzə ezam olunmasıdır. Əgər söhbət yalnız sənədlərin saxlanılmasına baxışdan gedirsə, nə üçün eyni əməkdaşın müxtəlif rayonlara dəfələrlə göndərilməsi zəruri olur? Digər tərəfdən, ezamiyyət zamanı dövlət vəsaitindən istifadə edildiyi nəzərə alınarsa, bu xərclərin əsaslandırılması da vacibdir.

Hazırda əsas suallardan biri isə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktorunun bu müraciətləri hansı əsaslarla təsdiqləməsi ilə bağlıdır.

İlqar Bayramlı bu sənədləri imzalayarkən Camalova Səbinə Cərkəz qızının digər peşə təhsili müəssisələrində yoxlama aparmaq səlahiyyətini araşdırırmı?
Agentlik rəhbərliyi İlqar Bayramlı eyni şəxsin müxtəlif mərkəzlərə təkrar-təkrar ezam olunmasının səbəblərindən xəbərdardırmı?
Yoxsa, İlqar Bayramlı sənədlərə baxmadan imzalayır?

Peşə Təhsili üzrə Dövlət Agentliyinin mövqeyini öyrənməyə çalışacağıq. Qurumun açıqlamasını dərc etməyə hazırıq.

Oxşar xəbərlər

Bütün xəbərlər