Xəbər lentiwidget-title-icon

Qarabağ Universiteti direktor vakansiyası ELAN EDİR
Tələbələr üçün nəqliyyat güzəştləri tətbiq edilməlidir - Vüqar Bayramov
Daha 24 məktəbdə inklüziv təhsil təşkil olunacaq – MÜTDA
Qarabağ Universitetinin tələbələri bu universitetin də diplomunu alacaq - AÇIQLAMA
Repetitor, yoxsa məktəb? — Ekspert təhsildəki aktual problemi açıqladı
Məktəbli çantasının ideal çəkisi nə qədər olmalıdır?
Rusiyada tədrisin ilk günündə məktəbdə insident: Yaralananlar var
Müəllim olmaq istəyənlərə DİQQƏT - Magistr təhsili tələbə oluna bilər?
Bu ixtisas üzrə Azərbaycanda ilk dəfə tədris proqramı hazırlanıb
Bu gün dünyanın bir çox yerində ilk dərs günüdür - ÖLKƏLƏR
"Mən vaxtında Təhsil İnstitutu rəhbərliyinə "Pandorra yeşiyini açırsınız" deyə xəbərdarlıq etmişdim" - ŞİKAYƏT
TOEFL iBT imtahanı keçiriləcək
5 peşə sahəsi üzrə mütəxəssislərin bilikləri qiymətləndirilib
Azərbaycan dili və ədəbiyyatı müəllimliyinin keçid balı ən çox bu universitetdə ARTIB
Ali təhsil və kolleclərə boş plan yerləri üzrə ixtisas seçimi davam edir
Tərbiyəçi-müəllim olmaq istəyənlərin müsahibə mərhələsinin tarixi açıqlanıb
Bakı Dövlət Universiteti 107 yaşını qeyd edir
BMU Çin tərəfdaşı ilə beynəlxalq elmi layihənin icrasına başlayır
Universitetlərə SƏRT ÇAĞIRIŞ - “Praktika yoxdursa, ixtisas da olmasın”
Sertifikatlaşdırmada ilk dəfə iştirak edən müəllimlərin müsahibə tarixləri məlum oldu
Təkrar sertifikatlaşdırılan müəllimlərin müsahibələri elektron mərkəzlərdə keçiriləcək
Paytaxt təhsil işçilərinin sentyabr konfransına start verilib
Məleykə Abbaszadə ilə bağlı iddialara RƏSMİ CAVAB - DİM-dən GEDİR?
Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
Sentyabrda buraxılış imtahanı olacaq

Peşə təhsilində sənəd qəbulu ilə bağlı narazılıq - Bakıda rəsmi qəbul alan şəxslərin sənədləri qəbul edilmir

Peşə təhsili müəssisələrinə şagird qəbulunun birinci mərhələsi başa çatmaq üzrədir. Rəsmi olaraq qəbul olunan şəxslər sənədlərini qəbul olunduqları peşə təhsili müəssisələrinə təqdim edirlər. Lakin redaksiyaya daxil olan məlumatlara görə, məhz sənəd qəbulu mərhələsində, xüsusilə Bakı şəhərində yerləşən əksər peşə təhsili müəssisələrində ciddi problemlər yaranır.

Təhsilmedia.com-a daxil olan çoxsaylı şagird və valideyn şikayətlərində qeyd olunur ki, əksər peşə təhsili müəssisələrində və mərkəzlərdə təlim-tərbiyə işləri üzrə müavinlərin davranışı qəbul olunan şəxslərin narazılığına səbəb olur.

Müraciətlərdə bildirilir ki, rəsmi şəkildə qəbul almış şəxslər sənədlərini təqdim etmək üçün müəssisəyə müraciət etdikdə onların geyiminə, xarici görünüşünə və digər şəxsi xüsusiyyətlərinə iradlar bildirilir. İddialara görə, bəzi hallarda bu şəxslərlə kobud rəftar edilir və müxtəlif səbəblərdən sənədlərin qəbulunda problem yaradılır.

Redaksiyaya daxil olan məlumatlarda həmçinin iddia olunur ki, bəzi hallarda təlim-tərbiyə işləri üzrə müavinlərin göstərişi ilə qəbul olunmuş şəxsin qarşısında ilk gündən müəyyən şərtlər qoyulur və onun haqqında mənfi fikir formalaşdırılır. Nəticədə isə rəsmi qəbul aldığı halda həmin şəxsin sənədlərinin qəbul edilməməsi ilə bağlı hallar yaşanır.

Bu məsələ ilə bağlı redaksiyaya onlarla müraciətin daxil olduğu, eyni zamanda sosial şəbəkələrdə də analoji problemlərin geniş müzakirə edildiyi bildirilir.

"Sənəd qəbulu zamanı özlərini "ağa" kimi aparan qeydiyyatçılar rəhbərliyin adından şagirdlərə qarşı ciddi şərtlər irəli sürürlər. Sənədləri götürmədən öncə şərtlərini qoyurlar. Mümkün çalışırlar ki, sənədləri qəbul etməsinlər. Görünür 3-cü mərhələni gözləyirlər ki, isdətiklərini öz şərtlərinə və cidblərinə uyğun həll etsinlər".

Diğər bir şikayətçi bildirir ki, Bakı şəhərində yerləşən Peşə Mərkəzlərindən birinə qəbul olub. Sənədlərini aparan zaman ona geyimi, danışığı irad olaraq tutulub: "Mənim geyimimi irad olaraq tutdular. Haqqını deyirsən, deyir səsini kəs... Mən açıq şəkildə bildirdim ki, hazırda sənəd verməyə gəlmişəm və siz mənim geyimimə irad bildirə bilmərsiz. Bu zaman özünü direktorun Tərbiyəvi İşlər üzrə müavini kimi təqdim edən qadın (çox kobud və özünü apara bilmirdi) "bizim məktəbin qaydaları var, əgər belə geyinəcəksinizsə, sizin sənədlərinizi qəbul etmirəm, gedin kimə şikayət edirsiz, edin" cavabını verdi. Qarşılığında ona cavab olaraq "hələ dərs başlamayıb və siz bunu mənə irad oaraq tuta bilmərsiz" cavabını verdim və sənədlərimi götürüb çıxdım. O qadından aidiyyatı üzrə şikayət etmişəm. Onları məhkəməyə verəcəm. Mən qəbul olmuşam və sənədlərimi təqdim etməliyəm" deyə bildirib. Şikayətçi bildirib ki, sözügedən Peşə Mərkəzi ilə bağlı artıq aidiyyatı qurumlara müraciət edib.

Hər peşə mərkəzində fərqli qaydalar?

Müraciətlərdə diqqət çəkən əsas məsələlərdən biri peşə təhsili müəssisələrində idarəetmə və sənəd qəbulu mexanizmlərinin vahid şəkildə tətbiq olunmaması ilə bağlı iddialardır.

Belə ki, məlumatlara görə, ayrı-ayrı peşə təhsili mərkəzlərində rəhbərliyin yanaşmasından asılı olaraq fərqli qaydalar formalaşıb. Bu isə eyni qəbul prosesi çərçivəsində müxtəlif müəssisələrdə fərqli münasibətin ortaya çıxmasına səbəb olur. Əgər şəxs qəbul qaydalarına uyğun olaraq rəsmi şəkildə peşə təhsili müəssisəsinə qəbul olunubsa, onun sənədlərinin hansı əsasla qəbul edilməməsi məsələsi ciddi suallar doğurur.

“Yerlər üçüncü mərhələyə saxlanılır” iddiası

Redaksiyaya daxil olan məlumatlarda daha bir ciddi iddia da irəli sürülür. İddialara görə, bəzi müəssisələrdə birinci mərhələdə qəbul olunan şəxslərin sənədlərinin qəbulunda müxtəlif problemlərin yaradılmasının səbəblərindən biri boş yerlərin növbəti - ikinci və üçüncü qəbul mərhələlərinə saxlanılmasıdır.

Bu iddiaların nə dərəcədə əsaslı olduğu isə müvafiq qurumlar tərəfindən araşdırılmalıdır.

Məsələ burasındadır ki, belə bir yanaşma varsa, bu, peşə təhsili almaq istəyən və rəsmi qəbul nəticəsində yer qazanmış şəxslərin hüquqları ilə bağlı ciddi suallar yaradır. Digər tərəfdən, redaksiyaya daxil olan məlumatlarda sənəd qəbulu prosesində müxtəlif xoşagəlməz halların da baş verdiyi iddia edilir. Bu hallar da ayrıca araşdırma tələb edir.

Bir neçə müavin barədə aidiyyəti qurumlara müraciət edilib

Məlumata görə, artıq bir neçə peşə təhsili mərkəzinin təlim-tərbiyə işləri üzrə müavini barədə aidiyyəti qurumlara müraciətlər edilib. Həmin müraciətlərdə sözügedən şəxslərin fəaliyyəti, qəbul prosesi zamanı davranışları və rəsmi qəbul almış şəxslərin sənədlərinin hansı əsaslarla qəbul edilməməsi məsələlərinin araşdırılması tələb olunur.

Əgər faktlar təsdiqini taparsa, bu zaman yalnız ayrı-ayrı vəzifəli şəxslərin davranışı deyil, peşə təhsili müəssisələrində qəbul və idarəetmə mexanizmlərinin necə işləməsi də ciddi şəkildə araşdırılmalıdır.

Çünki söhbət peşə təhsili almaq istəyən və qəbul nəticəsində buna hüquq qazanan şəxslərin gələcəyindən gedir.

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlıdır. Onun təyinatından sonra peşə təhsili sistemində problemlər daha da qabarıq olaraq hiss olunur və müavinlərinə nəzarəti itirib. Məlumatlara görə, İlqar Bayramlının müavinləri peşə sistemində böyük komanda formalaşdırıb və bu, onları artıq idarəolmaz vəziyyətə gətirib çıxarıb.

Təhsil Media

Oxşar xəbərlər

Bütün xəbərlər