Xəbər lentiwidget-title-icon

İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı
“Sağlam məktəbli” layihəsi yeni tədris ilində də davam edir
Sevinc Orucovanı, prezidentin imzası və nazirin qərarını heçə sayacaq qədər arxayın edən NƏDİR??
Məktəbli geyimi ilə bağlı VACİB DETAL – Yalnız bu halda fərqli geyimə icazə veriləcək - AÇIQLAMA
Doktorantların və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək
“Məktəb acınacaqlı vəziyyətdədir, uçub-dağılır” - FOTO + VİDEO
28 universitet və təhsil müəssisəsinin iştirakı ilə sərgi keçiriləcək
"Bu gün Peşə məktəblərində Əmək Məcəlləsi kobud şəkildə pozulur..."

BMU “İnformasiya texnologiyaları” ixtisası üzrə abituriyentlər üçün geniş imkanlar yaradır

2026/2027-ci tədris ili üçün Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində qəbul aparılan daha bir ixtisas “İnformasiya texnologiyaları”dır.

AzEdu.az xəbər verir ki, informasiya texnologiyaları həyatın bütün sahələrinə dərindən nüfuz edən rəqəmsal texnologiyaların kommersiya və təşkilati problemlərin həllində tətbiqini öyrədir. Təhsil müddətində tələbələr proqramlaşdırma, kompüter şəbəkələri, verilənlər bazaları, informasiya təhlükəsizliyi, süni intellekt, maşın öyrənməsi və verilənlərin təhlili sahələrində müasir nəzəri bilik və praktik bacarıqlara yiyələnirlər. Bu ixtisas üzrə məzunlar tədqiqat, innovasiya və beynəlxalq akademik mühitdə fəaliyyət göstərmək üçün zəruri kompetensiyalar qazanır, həmçinin müxtəlif istiqamətlərdə uğurlu karyera qurmaq imkanı əldə edirlər. Onlar kompüter proqramçısı, proqram təminatı mühəndisi, kompüter sistemləri analitiki, kompüter şəbəkələri üzrə mütəxəssis, verilənlər bazası inzibatçısı, informasiya təhlükəsizliyi analitiki, veb proqramçı, süni intellekt mühəndisi, maşın öyrənməsi üzrə mütəxəssis, data analitiki və digər yüksək tələbat olan peşələrdə fəaliyyət göstərə bilərlər.

BMU-İNHA İDP “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən uğurla həyata keçirilir. Prezident İlham Əliyevin ötən il imzaladığı “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.

Proqramın tədrisi 3+1 modelinə əsaslanır. Təhsil müddətinin sonunda tələbələrə İNHA Universiteti tərəfindən “İnformasiya və kommunikasiya mühəndisliyi”, BMU tərəfindən isə “İnformasiya texnologiyaları” ixtisası üzrə bakalavr diplomu təqdim edilir.

Təhsilalanların Koreyada 1 illik tam təhsil və digər bütün xərcləri Dövlət Proqramı çərçivəsində qarşılanır.

İkili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzinin (DİM) bakalavriat səviyyəsi üzrə qəbul imtahanlarının nəticələri və İNHA Universiteti tərəfindən təşkil olunacaq daxili imtahan əsasında aparılır. BMU-İNHA İDP-də Azərbaycan vətəndaşı olan, DİM imtahanlarından uğurla keçən 1-ci ixtisas qrupu üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış abituriyentlər iştirak edə bilər. Seçim nəticəsində 26 nəfər tələbə “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil almaq hüququ qazanacaq.

Bundan əlavə, proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi və yazılı formada keçirilən riyaziyyat, fizika və ingilis dili üzrə daxili imtahandan da uğurla keçməlidir. Daxili imtahanda iştirak etmək üçün namizədlər tələb olunan sənədləri “onlayn anket”ə daxil etməlidir. Sənədlərin son qəbul tarixi 1 avqust 2026-cı il saat 23:55-dir. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir.

İDP-yə qəbul üçün daxili imtahan 4 avqust 2026-cı il tarixində keçiriləcək. İmtahan nəticələri isə 6 avqust 2026-cı il tarixində elan ediləcək.

BMU-İNHA İDP-yə qəbul olunmuş namizədlərin siyahısı Elm və Təhsil Nazirliyinə göndərilərək, DİM-də rəsmi olaraq qeydiyyata alınır. Əlavə olaraq, qəbul olunmuş namizədlər rəsmi BMU-İNHA İDP tələbəsi statusunu qazanaraq, DİM-in ixtisas seçimində (kodlaşdırma) iştirakdan azaddırlar. BMU-İNHA İDP-yə qəbul olunmayan namizədlərin DİM-in ixtisas seçimi (kodlaşdırma) mərhələsində iştirak etmələri üçün kifayət qədər vaxt nəzərdə tutulub.

Oxşar xəbərlər

Bütün xəbərlər