"Heydər Əliyev jurnalistdən birbaşa informasiya alırdı"
“SSRİ-nin dağılması Naxçıvandan başladı. Hesab edin ki, SSRİ kimi dövlətin sərhədləri Naxçıvanda dağıdıldı. 17 noyabrda Ali Məclisdə üçrəngli Azərbaycan bayrağı qaldırıldı. Heydər Əliyev Milli Məclisdə təklif etdi ki, bunu qəbul etməlisiniz. O vaxt SSRİ güclü idi. İmkan vermirdilər ki, milliləşmə başlasın. Bunu Heydər Əliyev bacardı”.
Redaktor.az xəbər verir ki, bu fikirləri “Milli Mətbuat - dövlətçilik və milli dəyərlərin keşikçisi” adlı tədbirdə “Səs” qəzetinin təsisçisi və baş redaktoru Bəhruz Quliyev səsləndirdi.
“Uzun illər Heydər Əliyevi jurnalist kimi müşayiət etmişəm. Heydər Əliyevin Azərbaycan jurnalistinə qarşı davranışı ən böyük nümunə idi. Mətbuatın inkişafı üçün çox böyük addımlar atıldı. Heydər Əliyev jurnalistdən birbaşa informasiya alırdı. Bundan sonra jurnalistikada inkişaf başladı. Jurnalist mükafatlandırıldı, yada düşdü. Elə vaxtlar var idi ki, jurnalist dövlətin yadına düşmürdü.
Bu gün dövlət idarəçiliyi üçün qərarlar verilir. Bu isə media vasitəsilə cəmiyyətə çatdırılır. Buna görə cənab Prezident çıxışlarında medianın fəaliyyətini dəyərləndirir”.




























