Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

Dəhşət!!! Məktəbli qızın atası özünü pəncərədən A. TDI.

Babək rayonunda məktəbli X. Əliyevanın sinif yoldaşlarının qarşısında təhqir olunduqdan sonra özünü məktəbin üçüncü mərtəbəsindən atdığı bildirilir.

Atası Səfa Əliyev qızının intihara cəhd etməyə sövq edildiyini iddia edir və hadisəyə görə məktəb rəhbərliyi ilə polis əməkdaşını məsul sayır.

Məktəblinin həyatını xilas etmək mümkün olsa da, atası onun hələ də ağır xəsarətlərin fəsadlarından əziyyət çəkdiyini bildirir.

Səfa Əliyev “Gündəlik Naxçıvan”a deyib ki, hadisə mayın 20-də Babək rayon 2 nömrəli tam orta məktəbdə şagirdlərin çantalarında kosmetik vasitələrin olub-olmadığını müəyyənləşdirmək məqsədilə keçirilən yoxlamadan sonra baş verib.

Onun sözlərinə görə, Naxçıvan Təhsil Nazirliyinin təşkil etdiyi yoxlamaya polis əməkdaşı da cəlb olunub:

“Qızım həmin vaxt sinifdə olmayıb, test yoxlanışında idi. Yoxlamada polis əməkdaşı, Təhsil Şöbəsinin əməkdaşı Rüstəm müəllim, məktəbin direktoru Aynurə Fətullayeva və direktor müavini Nəsimi müəllim iştirak ediblər.

Polis əməkdaşı şagirdlərin içində onun çantasını açıb içindəkiləri partanın üstünə töküb. İdman şalvarını silkələyəndə pomada və qaş düzəltmək üçün istifadə olunan kosmetik vasitələr tapılıb. Bundan sonra direktor qızımı çağırıb şagirdlərin qarşısında ağır söyüşlərlə təhqir edib.

Deyib ki, polis onun şəklini çəkib divara vuracaq. Sonra həyat yoldaşıma zəng edərək bildirib ki, qızınızın adı şöbəyə düşüb, şəklini çəkib şöbəyə vuracaqlar”.

Səfa Əliyevin sözlərinə görə, baş verənlərdən sonra qızı ciddi sarsıntı keçirib:

“ Qızım özünü pis hiss etdiyini deyib, lakin ona evə gəlməyə icazə verilməyib. Bundan sonra üçüncü mərtəbəyə qalxıb. Bir saatdan artıq orada oturub ağlayıb, amma heç kim onunla maraqlanmayıb.

Sonra özünü üçüncü mərtəbədən ataraq intihara cəhd edib. Təcili yardım gələndə nə bir müəllim, nə də təhsil işçisi yaxınlaşıb. Bizə də zəng edib məlumat verməyiblər. Mənə sonradan təcili yardımın sürücüsü zəng vurub xəbər verdi. Xəstəxanaya çatanda məktəbdən heç kim orada yox idi”.

Atası bildirir ki, məktəbli hadisə nəticəsində ağır xəsarətlər alıb və may ayında əməliyyat olunub:

“Qızımın çanaq sümüklərində qırıqlar var idi, qolu qırılmışdı, onurğası ciddi zədələnmişdi. Əməliyyat olundu, amma qolundakı və çanağındakı qırıqlar hələ də tam bərpa olunmayıb. Onurğasındakı zədənin də fəsadları qalıb.

Qızım hələ də həmin hadisənin psixoloji təsirindən çıxa bilməyib”.

Səfa Əliyevin sözlərinə görə, ailə hadisə ilə bağlı Babək Rayon Polis Şöbəsinə şikayət edib və araşdırma aparılıb. Lakin daha sonra işin bağlandığı bildirilib:

“Babək Rayon Polis Şöbəsinə şikayət etdik, araşdırma aparıldı. Prokurorluqda Sənan müəllimin yanında oldum. O mənə dedi ki, işi bağlamışam, artıq heç kim aça bilməz. Naxçıvan Təhsil Nazirliyi də indiyədək heç bir tədbir görməyib”.

Ata aidiyyəti qurumlardan hadisənin yenidən, obyektiv və hərtərəfli araşdırılmasını, qızına qarşı təhqir və psixoloji təzyiq göstərən, eləcə də onun vəziyyətinə laqeyd yanaşan şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edir.

Oxşar xəbərlər

Bütün xəbərlər