Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

DİM jurnalistika ixtisası üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib

DİM jurnalistika ixtisası üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
Cari ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, müsabiqə şərtlərini ödəyən və magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olmaq istəyən bakalavrlar 2026-ci il iyulun 6-dan 10-dək (saat 15:00-a qədər) Mərkəzin internet saytının müvafiq səhifəsində (//eservices.dim.gov.az/erizemag/erize) sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçərkən Bədən Tərbiyəsi və İdman Akademiyasının tədrisi ingilis dilində olan İdman jurnalistikası ixtisasını seçmək istəyənlər Jurnalistika ixtisaslaşmalarını seçmək üçün tələb olunan minimum 50 bal toplamaqdan əlavə ingilis dili üzrə nəticələri 20 baldan az olmamalıdır. Bu bakalavrlar qeydiyyat zamanı İdman jurnalistikası (tədris ingilis dilində) ixtisasını seçmək istədiklərini bildirməlidirlər.

Namizədlər 2026-ci il iyulun 14-dən "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanında iştirak ödənişlidir. Bakalavrlar qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üçün müəyyən olunan məbləği (40 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. Həmin məbləğ qeydiyyat zamanı bakalavrın "Şəxsi kabinet"inin hesabından çıxılır.

Bakalavrlar qeydiyyatdan keçərkən anket sorğusunu doldurmaqla yanaşı:

– özlərinin dövri mətbuatda çap olunmuş jurnalistika janrları üzrə 2-3 ədəd yazılarının skan edilmiş surətini, onlayn və audiovizual mediada yayımlanmış çıxışlarının elektron variantını (yazısını);

– təqdim edilən materialların müəllifə (bakalavra) məxsus olması ilə bağlı media subyekti tərəfindən verilmiş arayışın skan edilmiş surətini də magistratura@dim.gov.az elektron poçt ünvanına göndərməlidirlər.

İmtahanların iyulun 15-dən etibarən keçirilməsi nəzərdə tutulur. Bakalavrlar jurnalistika üzrə qabiliyyət imtahanında aşağıdakı sənədləri təqdim etməlidirlər:

– şəxsiyyətini təsdiq edən sənədi;

– "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni;

– dövri mətbuatda çap olunmuş jurnalistika janrları üzrə 2-3 ədəd yazılarını, onlayn və audiovizual mediada yayımlanmış çıxışlarının elektron variantını (yazısını);

– təqdim edilən materialların müəllifə məxsus olması ilə bağlı media subyekti tərəfindən verilmiş arayışı.

Qeyd olunan sənədlərdən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan bakalavr imtahana buraxılmır.

Hər bir bakalavr Qabiliyyət İmtahanı Komissiyası (QİK) qarşısında cavab verir. Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 30 dəqiqə vaxt ayrılır.

Qabiliyyət imtahanının quruluşu təxminən aşağıdakı kimidir:

1. Bakalavrın dövri mətbuatda, onlayn və audiovizual mediada yayımlanmış jurnalistika üzrə yazılarına baxış və onların qiymətləndirilməsi;

2. Şifahi müsahibə və yazılı tapşırıq (təhlil, redaktə, əməli yazı və s.).

Qabiliyyət imtahanının qısa təsviri aşağıda verilir:

1. QİK üzvləri bakalavrın dövri mətbuatda, onlayn və audiovizual mediada yayımlanmış jurnalistika üzrə yazılarını nəzərdən keçirir, onları təhlil edir və qiymətləndirirlər.

2. QİK üzvləri imtahan verən hər bir bakalavrın ümumi dünyagörüşünü, dünyada və ölkəmizdə cərəyan edən hadisələrdən və ictimai-siyasi proseslərdən xəbərdar olub-olmamasını, jurnalistikaya marağını, motivasiyasını, jurnalistika üzrə nəzəri biliklərini, media subyektləri ilə tanışlığını, jurnalistikanın cəmiyyətdə rolunu başa düşməsini, jurnalistin peşə etikası qaydalarına bələd olmasını və s. müəyyənləşdirmək məqsədi ilə təqdim edilmiş ədəbiyyat (mənbələr) çərçivəsində ona müvafiq suallar verirlər. Müsahibənin gedişində komissiya üzvləri bakalavrın maraq dairəsini, erudisiyasını və şəxsi keyfiyyətlərini, media subyektlərindən xəbərdar olmasını, müasir publisistlərin yaradıcılığı ilə tanışlığını, seçdiyi peşənin xüsusiyyətlərini başa düşməsini, yaradıcı tapşırıqları cəld və orijinal şəkildə həll etmək bacarığını, həmçinin obyektiv reallığın hadisə və təzahürlərini qiymətləndirməkdə müstəqil yaradıcı təfəkkür qabiliyyətini aşkara çıxaran əlavə suallar və yazılı tapşırıq verə bilərlər.

Şifahi sualları cavablandırarkən və ya yazılı tapşırıqları yerinə yetirərkən bakalavr intellektual səviyyəsini, dünyagörüşünü, jurnalistika sahəsində nəzəri və təcrübi biliklərini, ədəbi dili, dil və nitq normalarını bilməsini, müasir dil normalarını pozan orfoqrafik, qrammatik, durğu işarəsi və nitq səhvlərini tapmaq və düzəltmək qabiliyyətini nümayiş etdirməlidir.

Bakalavrın hər bir bənd (hissə) üzrə cavabı 5 ballıq şkala üzrə qiymətləndirilir (2 bənd üzrə maksimal bal: 10). Hər bir bənd üzrə ən azı 3, ümumilikdə qabiliyyət imtahanı üzrə isə 6 və daha çox bal toplamış bakalavrlar proqram və ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə 44 saylı proqramı və jurnalistika üzrə ixtisaslaşmaları seçmək hüququ qazanırlar.

Müsabiqə bakalavrın qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılır.

Yekun balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

magistraturaya qəbul imtahanında toplanılan bal;
ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);
ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal;
xarici dil üzrə testdən toplanılan bal.

Oxşar xəbərlər

Bütün xəbərlər