Xəbər lentiwidget-title-icon

Azərbaycanın enerji siyasətinin uğurları və yeni inkişaf mərhələsi
Bir gündə 5 mindən çox abituriyent II cəhdə qeydiyyatdan KEÇDİ
Qəbulun II cəhdi: ən vacib mərhələdə bu səhvləri ETMƏYİN
Məktəblilər üçün Kembric imtahanlarına qeydiyyat elan olunub
UNEC-in direktoru “Dostluq” ordeni ilə təltif olunub
Azərbaycanın enerji siyasətinin uğurları və yeni inkişaf mərhələsi
Füzuli Təhsil Sektorunda Qanunsuzluq İddiaları: Mədinə Hallacovanın Bəyanatı
“LANDAU School”un “Nərimanov” korpusu bağlanır?
Şəhid ailəsi üzvü 14 müəllim iş yerini dəyişmək imkanı qazanıb
Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
MDU-da Kembric modelinə tam keçid edilib
Yeni pilot layihə Bakı məktəblərində tətbiq ediləcək
Qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri AÇIQLANDI
“Peşə seçimi” testlərində iştirak üçün qeydiyyat elan edilir
Bu universitetdə imtahanlarda süni intellekt tətbiq olunacaq
İçərişəhərdə uşaqlar üçün futbol meydançası yaradılıb
DİM valideynlərə çağırış edib: ALDANMAYIN!
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
Bu gündən yay imtahan sessiyası başlayır
"Nar" bu liseyin şagirdlərinə 20 notbuk HƏDİYYƏ etdi
Qəbul imtahanının II mərhələsinin II cəhdi üçün qeydiyyat başlayır
Fənn müsabiqələri və Lütfi Zadə olimpiadasının finalları baş tutub
Prezident İlham Əliyev: “Yaşıl enerji” imkanlarının genişləndirilməsi qarşıdakı dövrün əsas strateji hədəfidir
“ChatGPT" ilə əməkdaşlıq Azərbaycan təhsilinə nə vəd edir?

Azərbaycanın enerji siyasətinin uğurları və yeni inkişaf mərhələsi



Enerji təhlükəsizliyi müasir dövrdə dünya siyasətinin və iqtisadiyyatının əsas istiqamətlərindən birinə çevrilib. Qlobal enerji bazarında baş verən dəyişikliklər, yeni çağırışlar və enerji mənbələrinin şaxələndirilməsi istiqamətində aparılan siyasət beynəlxalq əməkdaşlığın əhəmiyyətini daha da artırır.

Belə bir şəraitdə Bakı Enerji Həftəsi təkcə Azərbaycanın deyil, bütövlükdə regionun və Avrasiya məkanının ən nüfuzlu enerji platformalarından biri kimi çıxış edir. Dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələrini, enerji şirkətlərini, investorları və ekspertləri bir araya gətirən bu tədbir qlobal enerji gündəliyinin müzakirə olunduğu mühüm beynəlxalq dialoq məkanına çevrilib.

2026-cı il iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın son otuz ildən artıq dövrdə həyata keçirdiyi enerji siyasətinin nəticələrini və gələcək inkişaf istiqamətlərini əhatə edən mühüm proqram xarakterli çıxış kimi diqqəti cəlb etdi. Dövlət başçısı qeyd etdi ki, vaxtilə Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan tədbir illər keçdikcə genişlənərək beynəlxalq enerji əməkdaşlığının aparıcı platformalarından birinə çevrilib. Məhz bu platformada 1996-cı ildə Azərbaycanın qaz strategiyasında dönüş nöqtəsi hesab edilən "Şahdəniz" müqaviləsinin imzalanması ölkənin müasir qaz sənayesinin əsasını qoydu və Azərbaycanın enerji təhlükəsizliyinə töhfə verən dövlət kimi mövqeyini möhkəmləndirdi.


Çıxışda diqqət çəkən əsas məqamlardan biri enerji təhlükəsizliyi ilə iqlim gündəliyi arasında balansın qorunmasının vacibliyi oldu. Son illərdə ənənəvi enerji resurslarına qarşı bəzi dairələrdə formalaşan mənfi yanaşmalara toxunularkən vurğulandı ki, dünya iqtisadiyyatının mövcud inkişaf səviyyəsində neft və qaz resursları hələ də mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi və ekoloji məsuliyyətin artırılması da enerji siyasətinin vacib istiqamətlərindən biri kimi qiymətləndirildi. Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurların əsasında 1994-cü ildə əsası qoyulan yeni neft strategiyası dayanır. Müstəqilliyin ilk illərində ağır sosial-iqtisadi böhran, işğal faktı, yüksək yoxsulluq və işsizlik səviyyəsi ilə üzləşən ölkə üçün təbii sərvətlərdən səmərəli istifadə inkişafın yeganə real yolu idi. Xarici investisiyaların cəlb edilməsi, enerji sektorunun beynəlxalq əməkdaşlığa açılması və əldə olunan gəlirlərin düzgün idarə olunması nəticəsində Azərbaycan qısa müddətdə iqtisadi sabitliyə nail oldu.

Bu gün ölkənin sosial-iqtisadi göstəriciləri həmin siyasətin uğurunu əyani şəkildə nümayiş etdirir. Yoxsulluğun minimum səviyyəyə enməsi, işsizliyin azalması, xarici borcun aşağı həddə saxlanılması və strateji valyuta ehtiyatlarının sürətlə artması enerji gəlirlərinin səmərəli idarə olunmasının nəticəsi kimi qiymətləndirilir. Dövlət Neft Fondu vasitəsilə formalaşdırılan ehtiyatlar ölkənin maliyyə dayanıqlığını təmin etməklə yanaşı, mühüm sosial və infrastruktur layihələrinin həyata keçirilməsinə də imkan yaradıb. Azərbaycanın enerji strategiyasının mühüm nəticələrindən biri də milli təhlükəsizliyin və müdafiə potensialının gücləndirilməsi olub. Son illərdə formalaşdırılmış iqtisadi imkanlar müasir ordunun qurulmasına, hərbi potensialın artırılmasına və nəticə etibarilə ölkənin ərazi bütövlüyünün bərpasına şərait yaradıb. Bu baxımdan enerji resurslarından əldə olunan gəlirlərin dövlət quruculuğu prosesində oynadığı rol xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin çıxışında enerji təhlükəsizliyi məsələsi xüsusi yer tutdu. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri regionun enerji xəritəsini dəyişdirən strateji layihələr kimi qiymətləndirilir. Xüsusilə Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayaraq Azərbaycanın etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirib. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və onların 10-u Avropa İttifaqının üzvüdür. Son illərdə ixrac coğrafiyasının genişlənməsi ölkənin enerji diplomatiyasının uğurlarını nümayiş etdirir. Yeni qaz yataqlarının işlənilməsi, "Azəri-Çıraq-Günəşli" dərin qaz layihəsi və digər perspektivli layihələr gələcəkdə Azərbaycanın enerji bazarındakı rolunu daha da artıracaq.

Azərbaycan artıq yalnız enerji resursları ixrac edən ölkə deyil, həm də beynəlxalq investisiya yatıran dövlətə çevrilib. SOCAR-ın Yaxın Şərq, Afrika və Mərkəzi Asiyada həyata keçirdiyi layihələr ölkənin enerji sektorunda əldə etdiyi təcrübənin və maliyyə imkanlarının göstəricisidir. Bununla yanaşı, neft emalı və neft-kimya sənayesində yaradılmış yeni imkanlar enerji sektorunun şaxələndirilməsinə xidmət edir.
Müasir dövrün əsas çağırışlarından biri olan yaşıl enerji keçidi də Azərbaycanın strateji prioritetləri sırasındadır. Ölkədə günəş, külək və hidroenerji layihələrinin sürətlə inkişaf etdirilməsi bu istiqamətdə atılan addımların miqyasını göstərir.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr yaşıl enerji zonasının formalaşdırılması məqsədinə xidmət edir. Qarşıdakı illərdə bərpaolunan enerji istehsal gücünün dəfələrlə artırılması nəzərdə tutulur. Eyni zamanda, Qara dəniz Enerji Kabeli layihəsi, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan elektrik bağlantısı və Mərkəzi Asiyanı Azərbaycan üzərindən Avropa ilə birləşdirəcək yaşıl enerji layihələri ölkənin enerji siyasətinin yeni mərhələyə daxil olduğunu göstərir. Bu təşəbbüslər Azərbaycanın enerji istehsalçısı olmaqla yanaşı, enerji və nəqliyyat qovşağı kimi rolunu da gücləndirir.

Bütün bu uğurların əsasında isə balanslaşdırılmış xarici siyasət, etibarlı tərəfdaşlıq münasibətləri və uzunmüddətli strateji planlaşdırma dayanır. Azərbaycanın təşəbbüsü ilə formalaşan enerji və nəqliyyat layihələri regionda əməkdaşlığın genişlənməsinə, iqtisadi inteqrasiyanın dərinləşməsinə və enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir.

Bakı Enerji Həftəsi çərçivəsində səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan enerji siyasətində əldə etdiyi uğurlarla kifayətlənmir, yeni layihələr və əməkdaşlıq formatları vasitəsilə qlobal enerji təhlükəsizliyinə töhfəsini artırmağa çalışır. Bu baxımdan Bakı Enerji Həftəsi yalnız enerji sahəsinin deyil, həm də beynəlxalq əməkdaşlığın, iqtisadi inkişafın və regional sabitliyin gələcəyini müzakirə edən mühüm platforma kimi öz əhəmiyyətini qoruyub saxlayır.

Oxşar xəbərlər


Bütün xəbərlər

Azərbaycanın enerji siyasətinin uğurları və yeni inkişaf mərhələsi
Bir gündə 5 mindən çox abituriyent II cəhdə qeydiyyatdan KEÇDİ
Qəbulun II cəhdi: ən vacib mərhələdə bu səhvləri ETMƏYİN
Məktəblilər üçün Kembric imtahanlarına qeydiyyat elan olunub
UNEC-in direktoru “Dostluq” ordeni ilə təltif olunub
Azərbaycanın enerji siyasətinin uğurları və yeni inkişaf mərhələsi
Füzuli Təhsil Sektorunda Qanunsuzluq İddiaları: Mədinə Hallacovanın Bəyanatı
“LANDAU School”un “Nərimanov” korpusu bağlanır?
Şəhid ailəsi üzvü 14 müəllim iş yerini dəyişmək imkanı qazanıb
Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
MDU-da Kembric modelinə tam keçid edilib
Yeni pilot layihə Bakı məktəblərində tətbiq ediləcək
Qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri AÇIQLANDI
“Peşə seçimi” testlərində iştirak üçün qeydiyyat elan edilir
Bu universitetdə imtahanlarda süni intellekt tətbiq olunacaq
İçərişəhərdə uşaqlar üçün futbol meydançası yaradılıb
DİM valideynlərə çağırış edib: ALDANMAYIN!
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
Bu gündən yay imtahan sessiyası başlayır