Xəbər lentiwidget-title-icon

1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Təmayül məktəblərdə işləmək istəyən müəllimlərin seçiminə BAŞLANILIR
Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?
Nazir müavini Həsən Həsənli Ağdaş rayonuna səfər edib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
Prezident Xalq şairinin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
Yeni təmayül tədris modeli: hüquqi və pedaqoji ziddiyyətlər modeli
9-cu siniflər üçün VACİB xəbər - Kolleclərdə ən aşağı keçid ballı İXTİSASLAR
5 qat RFO qalibi Qarabağ Universitetini seçib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan turnirə yekun vuruldu
Elmin İnkişafı Fondu tərəfindən keçirilən qrant müsabiqəsində qalib LAYİHƏ
BMU-da ikili diplom proqramı çərçivəsində 4 ixtisas üzrə qəbul davam edir
Beynəlxalq könüllülük layihəsinə qeydiyyata start verilib - WFID 7ci forumu
Yeni təmayül tədris modelinə niyə maraq yoxdur?
Vilayət Vəliyevin yerinə rektor təyin olundu

“İnnovasiya şəhərciyi”, yoxsa səhrada hovuz?

Təəssüf ki, “İnnovasiyalar üzrə Qlobal İnkişaf İndeksində” davamlı olaraq son pillələrdə oluruq. Postneft dövründə bizim əsas inkişaf istiqamətimiz innovativ inkişaf olmalıdır. Ölkədə son dövrlər rəqəmsal inkişafa dair xeyli qərarlar qəbul edilib. Deməli, hədəf düz təyin edilib. Bəs bu hədəfə gedən yolu, menecerlər düz layhələndirə bilirmi? Təcrübə göstərir ki, çox vaxt səhv edilir. Məsələn, “neft kapitalını, insan kapitalına çevirmək” kimi strateji hədəfə TN və ETN 20 il ərzində nail ola bilmədi. Səbəblər çoxdur, bu haqda illərdir ki, ətraflı yazır, şərh veririk. Problem budur ki, məmurlar, heç ictimai nəzarəti, ictimai rəyi də nəzərə almırlar. Amma, 5-10 nəfərin etdiyi səhvdən hamı, illərlə əziyyət çəkir.
Postneft dövrünə keçid mərhələsində belə səhvlər etmək daha ciddi ziyan verə bilər. Belə ki, artıq xeyli vaxt itirmişik, neft tükənir, maliyyə sıxıntıları var, amma elm, təhsil, innovasiya, rəqəmsallaşma sahələrində hələ də həll edilməyən xeyli problemlərimiz də var.
KİV-lərdə belə bir məlumat verildi ki, ETN “İnnovasiya şəhərciyi” tikir. İlk baxışda yaxşı qərar təsiri bağışlayır. Amma diqqətlə təhlil ediləndə, bunun ETN qəbul etdiyi növbəti səhv strateji qərarı olduğunu görürük.
Şüarlarla qurulan inkişaf modeli nə verə bilər? Son illər “innovasiya şəhərciyi”, “rəqəmsal transformasiya”, “startap ekosistemi” kimi terminlər inkişaf siyasətinin mərkəzi leksikonuna çevrilib. Lakin bu anlayışların geniş istifadə olunması onların real məzmunla dolu olması demək deyil. Əksinə, bir sıra hallarda terminologiyanın sürətli artımı institusional və elmi bazanın zəifliyini gizlədir.
İnnovasiya elm, təhsil, ideya və investisiyanın sintezidir. Belə bir inteqrasiya olmadan tikilən “innovasiya şəhərciyi”, struktur olaraq dekorativ layihədir.
İnnovasiya bina yox, sistem yaratmağı tələb edir. İnnovasiya fiziki infrastruktur deyil. O, aşağıdakı elementlərin qarşılıqlı təsirindən yaranır:
• Elm – yeni bilik istehsalı
• Təhsil – bilik ötürülməsi və bacarıq formalaşdırılması
• İdeya – yaradıcı fərziyyə və problem qoyuluşu
• İnvestisiya – riskin maliyyələşdirilməsi
Bu dörd komponentdən biri yoxdursa, sistem tam işləmir. İkisi yoxdursa, sistem ümumiyyətlə yaranmır. Üçü yoxdursa, “innovasiya” sözü yalnız inzibati etiketə çevrilir. Məqsəd nədir?
Əsas səhv budur ki, bir çox idarəetmə modellərində innovasiya nəticə kimi deyil, obyekt kimi qəbul edilir. Halbuki innovasiya tikilmir, o, istehsal olunur.“Əvvəl bina, sonra məzmun” yanaşmasının məntiqi problem. Mövcud yanaşmada tez-tez aşağıdakı ardıcıllıq müşahidə olunur: infrastruktur layihəsi elan olunur, fiziki kompleks tikilir, sonra da “orada innovasiya olacaq” deyilir. Amma innovasiya olmur. Necə ki, 35 ildə innovasiya olmadı, insan kapitalı yaranmadı, sabah da belə olacaq.
Bu model qlobal təcrübə ilə ziddiyyət təşkil edir. Ümumiyyətlə, beynəlxalq təcrübədə innovativ inkişafa bina tikməklə başlayan təhsil sistemi yoxdur. Məsələn, MIT, Stanford Universiteti, Kaliforniya texnoloji Universiteti bina tikməkdən başlamayıb. Bu qurumlarda proses tam əks istiqamətdə inkişaf edib, yəni, əvvəl elm və tədqiqat mühiti formalaşıb, insan kapitalı formalaşdırılıb, strateji və normativ sənədlər hazırlanıb, sonra texnoparklar və startap ekosistemləri yaranıb. Əvvəl beyin, sonra bina qurulmalıdır. Bina əvvəl olarsa, sonra bu binada boşluq olar.
ETN-nin innovasiyalar olmadığı halda “İnnovasiya şəhərciyi” tikmək təşəbbüsü, “səhrada hovuz tikmək” kimi bir işdir. Hər ikisi strateji boşluğun simvoludur. “Səhrada hovuz tikməkdən əvvəl su mənbəyi tapmalısan”. Bu metafora deyil, ETN-dəki idarəetmə məntiqinin diaqnozudur. Əgər 35 il ərzində elm və təhsil təlabatdan dəfələrlə az maliyyələşibsə, tədqiqat zəifdirsə, universitetlər bilik istehsal etmirsə, qrant sistemi formalaşmayıbsa, akademik motivasiya aşağıdırsa, alimlər davamlı olaraq cüzi maaşla işləyiblərsə, bu müddətdə heç bir innovasiya yaranmayıbsa, davamlı olaraq qlobal reytinqlərdə sondayıqsa, onda innovasiya şəhərciyi tikmək ideyası bir damla suyu olmayan “səhrada hovuz tikmək” olacaqdır. Bu halda, təbii ki, layihə inkişaf yox, infrastruktur illüziyası yaradır, maliyyə əbəs yerə buxarlanar.İnnovasiya ekosistemi yoxdur, bu səbəbdən bu investisiya səhvdir. Problemin əsas nöqtəsi texnologiya yox, resursların bölgüsüdür. Bir çox sistemlərdə vəsaitin böyük hissəsi tikintiyə yönəlir, kiçik hissə isə elmi tədqiqata ayrılır, halbuki innovativ iqtisadiyyatnda bu nisbət tərsinədir: əsas investisiya insan kapitalına, sonrakı mərhələdə isə infrastruktura yönəlməlidir. Nəticə olaraq formalaşan model betonla ölçülən inkişaf, biliklə ölçülməyən sistem yaradır.
İnnovasiyanın yoxluğu səbəb deyil, nəticədır. Ən ciddi yanlışlardan biri innovasiyanın olmamasını texnologiya çatışmazlığı ilə izah etməkdir. Halbuki səbəb daha dərindir. Əgər menecerlərdə sistemli və strateji düşüncə yoxdursa, institusional koordinasiya zəifdirsə, elmi məhsuldarlıq aşağıdırsa, bu halda innovasiya çatışmazlığı səbəb yox, nəticədir.
Dekorativ modernizasiya. Əgər innovasiya infrastrukturu real bilik istehsalı olmadan qurulursa, nəticədə yüksək xərcli layihələr, aşağı elmi məhsuldarlıq, zəif texnoloji transfer, simvolik inkişaf narrativi yaranır. Buna “formal modernizasiya” deyilir.
Bilik mərkəzli innovasiya sistemi yaradılmalıdır. Real innovasiya sistemi aşağıdakı mərhələlərlə qurulmalıdır:
1. Universitetlərin gücləndirilməsi
2. Elmi tədqiqatın maliyyələşdirilməsi
3. Startap və ideya ekosisteminin inkişafı
4. Sonda texnopark və innovasiua şəhərciklərinin yaradılması
Yəni, əvvəlcə system yaradılmalı, sonra infrastruktur qurulmalıdır.
ETN-nin əsas səhvi, həmişəki kimi, prioritetlərin səhv təyin edilməsindədir. İnnovasiya şəhərciyi ideyası özlüyündə yanlış deyil. Problem onun vaxtından əvvəl və məzmundan asılı olmadan tətbiq edilməsidir. Əgər innovasiya elm, təhsil, ideya, investisiya üzərində qurulmayıbsa, fiziki şəhərcik yalnız memarlıq layihəsi olaraq qalacaqdır.
İnnovasiya bina tikməklə yox, bilik istehsal etməklə yaranır. Su mənbəyi olmadan hovuz tikmək inkişaf deyil, illüziyadır. Bu ən yaxşı halda, bu layihə “səhrada ilğım” yarada bilər, problem həll etməz.

Dosent İlham Əhmədov

Oxşar xəbərlər

Bütün xəbərlər