Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

Xəstələr üçün hazırladıqları forma ilə qələbə qazandılar – indi ISEF-ə hazırlaşırlar



Azərbaycanın elm və təhsil mühitində yetişən yeni nəsil gənclər artıq beynəlxalq arenaya inamla addımlayırlar. “Sabahın alimləri” layihə müsabiqəsində riyaziyyat kateqoriyası üzrə qızıl medal qazanan Gəncə məktəbliləri – Ömər Abdullayev və Salman Sadıxzadə bu uğurun parlaq nümunələrindəndir. Onların hazırladığı “EquaLife” layihəsi isə yalnız müsabiqə işi deyil, real problemlərə yönəlmiş innovativ həll kimi diqqət çəkir.

“Azərbaycan müəllimi” uğur qazanan məktəblilərlə həmsöhbət olub.“Uğura gedən yol bəzən yuxusuz gecələrdən keçir”

Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Ömər Abdullayev artıq məktəb illərindən həm akademik nailiyyətləri, həm də innovativ layihələri ilə diqqət çəkib: “9-cu sinif buraxılış imtahanında 291 bal toplamışam, keçən il “Ən yaxşı təqdimat”ın finalçısı olmuşam, TİMO, AMO, SASMO, IMEC kimi olimpiadalardan medallarım var, “Teknofest”də ilk mərhələdən komanda yoldaşımla keçdik. Eyni zamanda komanda yoldaşımla “risetogether.az” könüllülük proqramının yaradıcısıyıq”.
Ömərin üzərində çalışdığı layihə - “EquaLife” müasir dövrdə ciddi səhiyyə problemlərindən birinə innovativ yanaşma təqdim edir. O, layihənin mahiyyətini belə izah edir:
“Layihəmizin əsas məqsədi uzun müddət hərəkətsiz qalan insanlarda yaraların yaranmasının qarşısını almaqdır. Biz aşağı maliyyə tələb edən, geyilə bilən bir forma hazırladıq ki, o, sensorlar vasitəsilə bədənin mövqeyini və təzyiq paylanmasını izləyir. Toplanan məlumatlar maşın öyrənməsi ilə analiz olunaraq real vaxtda risk səviyyəsi müəyyən edilir. Risk artdıqda istifadəçiyə xəbərdarlıq göndərilir ki, mövqeyini dəyişsin. Layihənin əsas ideyası texnologiyanı istifadə edərək bu problemi daha əlçatan və effektiv şəkildə həll etməkdir”.

Layihə üzərində iş prosesi isə heç də asan olmayıb. Texniki çətinliklər komandanı yeni həll yolları axtarmağa vadar edib: “Biz ilk başda akselerometr və maqniometrdən istifadə etmişdik. Ancaq sonra "Drift" xətası yarandı və bunun qarşısını almaq üçün uzun müddət çalışıb giroskop əlavə etdik və xətanın qarşısını ala bildik”.
Həm dərslərdə yüksək nəticə göstərmək, həm də layihə üzərində çalışmaq böyük intizam tələb edir. Ömər bu barədə də danışır:
“Həm dərslərə çalışmaq, həm də layihə üzərində işləmək üçün gündəlik saatlarımı bölmüşdüm. Günümüzün çox hissəsini layihəyə sərf edir, zamanımız olmadıqda yatmadan da hazırlaşırdıq”.
Onun fikrincə, uğurun açarı ilk addımı atmaqdır: “Ən çətin iş ilk uğuru qazanmaqdır. Ondan sonra digər uğuru qazanmaq üçün səndə motivasiya yaranır”.
Ömərin qarşısında duran ən böyük məqsədlərdən biri isə beynəlxalq arenada Azərbaycanı təmsil etməkdir. Hazırda o və komanda yoldaşı Amerikaya getməyə hazırlaşır: “Azərbaycanı ABŞ-də dünyanın ən böyük elm və təhsil sərgilərindən birində - ISEF də təmsil etmək bir şagird üçün ən böyük xoşbəxtlik və məsuliyyətdir. İnanırıq ki oradan da qızıl medalla qayıdacayıq”.
Ömər gələcəyini informasiya texnologiyaları sahəsində görür: “Məncə, dünya ilə uyğunlaşmalıyıq, biz IT sahəsi üzrə inkişaf etsək, ölkəmiz daha da irəli gedər”.
Gələcək planları isə olduqca iddialıdır:“10 il sonra özümü dünyanın qabaqcıl universitetlərindən biri olan MIT-də təhsilimi tamamlamış və IT sahəsində ideyaları və fikirləri qəbul görmüş bir şəxs olaraq görməyi ümid edirəm”.
Ömərin otağı onun uğur tarixçəsini əks etdirir: “Mənim otağımda yarışlardan qazandığım medallar, hədiyyələr, təltifnamələr kolleksiyam var və onlar mənə motivasiya verir”.
O, uğursuzluqdan qorxmadığını da açıq şəkildə ifadə edir:“Dəfələrlə uğursuzluğun olub. Məncə, uğursuzluq uğura aparan yoldur”.“Uğurun ən böyük sirri inamdır”

Ömərin komanda yoldaşı Salman Sadıxzadə isə Gəncə şəhəri Əhməd Cavad adına 2 saylı tam orta məktəbin 10-cu sinif şagirdidir. O, həm akademik nailiyyətləri, həm də innovativ layihəsi ilə diqqət mərkəzinə düşməyi bacarıb.

Onun həyatında son dövrlərin ən yaddaqalan hadisələrindən biri isə beynəlxalq səviyyəli uğurudur:

“Bu yaxınlarda mən və komanda yoldaşım Ömər ISEF-ə vəsiqə qazandığımız haqqında sevindirici xəbər aldıq. ISEF dünyada məktəblilər üçün ən nüfuzlu elmi yarışmalardan biri hesab olunur və bu mərhələyə yüksəlmək bizim üçün böyük uğur və məsuliyyətdir. Vətənimizə medal ilə qayıtmaq istəyirik”.
Salman üçün bu təcrübə yeni qapılar açır:

“Bu təcrübənin gələcək planlarıma çox böyük təsiri olacağını düşünürəm. ABŞ-ə səfər mənə beynəlxalq mühitdə yeni biliklər əldə etmək, fərqli layihələrlə tanış olmaq və yeni insanlarla əlaqələr qurmaq imkanı verəcək. Gələcəkdə daha böyük layihələr üzərində işləmək, özümü elm və texnologiya sahəsində inkişaf etdirmək və ölkəmi beynəlxalq səviyyədə təmsil etmək istəyirəm”.Bununla yanaşı, Salman fərdi uğurları ilə də seçilir:

“Həmçinin bu il Respublika fənn olimpiadalarının (RFO) informatika fənni üzrə final mərhələsinə vəsiqə qazandım. Bu uğuru qazandığım üçün çox qürurluyam və bu məni daha da irəli getməyə həvəsləndirir”.
Salman və komanda yoldaşı tərəfindən hazırlanan “EquaLife” layihəsi sosial əhəmiyyətinə görə xüsusi seçilir. “Məncə, layihəmizi fərqləndirən əsas cəhət həll etdiyimiz problemin qlobal miqyasda aktual olması idi. Təzyiq yaraları dünyada bir çox insanları, xüsusilə hərəkətsiz xəstələr üçün ciddi problemdir. Biz isə bu problemə həm əlçatan, həm də texnoloji cəhətdən effektiv bir həll təklif etdik. Bu da layihəmizi digər iştirakçılardan fərqləndirirdi”.

Layihənin uğurunda komanda ruhunun xüsusi rolu olub:“Əslində komanda işində əsas məqsəd birlikdə effektiv nəticə əldə etməkdir, ona görə lider olmaq və ya olmamaq bizim üçün böyük fərq yaratmırdı. Biz ikimiz də çox çalışdıq və istəyimizə nail olduq”.

Bu yol isə çətinliksiz keçməyib:“Layihəmizin üstündə işləyəndə əslində çoxlu çətinliklərlə qarşılaşdıq. Bunlara həll yolu tapmaq çox vaxt apardı”.

Salman uğurun əsas şərtlərindən biri kimi vaxtın düzgün bölünməsini qeyd edir:

“Dərslərim və layihə işini balanslaşdırmaq üçün vaxtımı əvvəlcədən planlayırdım və prioritetlərə görə bölürdüm. Dərslərimə diqqət yetirdikdən sonra qalan vaxtımı layihəyə həsr edirdim. Bəzən gec saatlara qədər işləməli olurduq, ancaq buna dəyərdi”.

Onun tövsiyəsi isə sadə, amma effektivdir: “Uğur qazanmaq üçün şagirdlərə əsas tövsiyəm vaxtlarını düzgün planlamalarıdır. Gündəlik həyatlarını əvvəlcədən planlamaq və boş vaxtı səmərəli istifadə etmək çox vacibdir. Hər gün kiçik, amma davamlı çalışma vərdişi böyük nəticələrə gətirir”.
Onun uğurunun arxasında ailəsinin rolu böyükdür:

“Mənim üçün ən böyük motivasiya ailəmin mənə olan inamıdır. Onların mənə verdiyi dəstək və uğurlarımla qürur duymaları, mənə çox güc verir. Fərqi yoxdur mən uduzuram və ya uduram, onlar həmişə mənə dəstək verir”.



Salman uğursuzluqlardan da dərs çıxarmağı bacarıb:

"Birləşmiş Dünya Kolleclərinin (”UWC) Təqaüd Proqramını qazanmağa çox yaxın idim. Bunun üçün çox çalışmışdım. Final mərhələsinə kimi gəlmişdim. Ancaq axırda seçilmədim. Bu mənim üçün çox kədərli idi. Ancaq həyat davam edir. Əminəm ki, xeyirlisi bu idi. Uğursuz olandan sonra ailəm yenə də mənə çox böyük dəstək göstərdi. Onların sayəsində özümü itirmədim. Və sadəcə 4 gün sonra “Sabahın alimləri”ndən qızıl medal qazandıq”.

Sonda isə o, yaşıdlarına ümidverici mesaj ünvanlayır: “Onlara tövsiyəm odur ki, heç vaxt düşünməsinlər ki, onlarda alınmayacaq. Belə bir söz var: "heç nə mümkünsüz deyil". Əgər onlar inansalar, onlardada alınacaq. Uğurun ən böyük sirri inamdır”.

Oxşar xəbərlər


Bütün xəbərlər

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil