Dos. İlham Əhmədov Real olmayan data, təhsilə faydasızdır.
Bu ərəfədə Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda bir məmur belə bir fikir səslənmişdi: “Dəyərləndirmənin əsas məqsədi ölçmə nəticələrinə əsaslanaraq mövcud vəziyyəti təhlil etmək və bu nəticələrdən çıxış edərək inkişaf və idarəetmə istiqamətində düzgün qərarlar verməkdir”.
Bu fikir normal təhsil sisteminə malik olan ölkələrdə keçərlidir. Kölgə təhsili hakim olan ölkələrdə şagirdlərin qiymətləndirilməsi nəticə etibarı ilə məktəbin deyil, repetitorun fəaliyyətini qiymətləndirir. Bu təhlil və müvafiq qərarlar kimə yönələcək: məktəbə yoxsa repetitora? Belə formalaşan Dataların təhsilə nə faydası var? Bu Data məktəb reallığını əks etdirirmi? Rəsmi təhsili çökdürüb, biznes məqsədləri ilə repetitorluğu və kursları dəstəkləyən təhsil məmurları təhsilin düşmənləridir.
Bu proses 30 ildir davam edir. Problemə daha dərin baxış etsək məlim olar ki....
Təhsil sistemində yanlış indikator problemi. “Dəyərləndirmənin əsas məqsədi ölçmə nəticələrinə əsaslanaraq mövcud vəziyyəti təhlil etmək və bu nəticələrdən çıxış edərək inkişaf və idarəetmə istiqamətində düzgün qərarlar verməkdir”. Bu fikir Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan 10 illik yubiley konfransında səsləndirilmiş və prinsip etibarilə müasir qiymətləndirmə nəzəriyyəsinin əsas ideyalarından biridir. Lakin belə yanaşma yalnız bir şərtlə düzgün ola bilər: ölçülən data real təhsil davranışını əks etdirməlidir.
Dəyərləndirmənin klassik modeli. Normal təhsil sistemlərində məktəb əsas bilik mənbəyidir. Qiymətləndirmə məktəb nəticələrini ölçür, yaranan data tədris keyfiyyətini göstərir. Bu halda ölçmə, analiz, qərar prosesi düzgün işləyir.
“Kölgə təhsil”i təhsil sisteminin ciddi deformasiyasıdır. Kölgə təhsili rəsmi təhsilə paralel reallıq yaradır. “Kölgə təhsil” repetitor bazarını, hazırlıq kurslarını, məktəbdən kənar test öyrənmə sistemini inkişaf etdirir. Bu halda əsas nəticə dəyişir. Qiymətləndirmə sistemi məktəbin, şagirdin biliyini yox, repetitorluğn səmərəliliyini ölçülür.
Data problemi yaranır, yanlış obyektin ölçülməsi səhv statistika verir. Əgər şagirdin nəticəsi məktəbdə deyil, kursda formalaşırsa, məktəb statistik olaraq zəif görünür, repetitor real nəticə mənbəyinə çevrilir. Nəticədə təhsil sistemi öz real obyektini, datalar isə obyektivliyini itirir, saxta statistika yaranır. Bununla belə, bəzi “ekspert”lər bunu eTN-nin uğuru kimi qiymətləndirir, hətta “E.Əmrullayev yeganə nazirdir ki, datalardan faydalana bilir” kimi PR təşəbbüsləri edirlər. Əslində isə buna data demək olmaz. Belə dataya əsaslananlara menecer, bütün bu xaosu təbliğ edənlərə isə “ekspert” demək olmaz. Təhsilimizin tərs qurulmasının əsas səbəblərindən biri də məhz budur: səhv data, səriştəsiz menecer, təmənnalı “ekspert”.
Saxta data kimə lazımdır? Əgər data məktəbin fəaliyyətini ölçərsə, məktəb inkişaf real mənzəəni bilər, düzgü qərarlarlainkişaf edər. Əgər data repetitorun fəaliyyətini ölçərsə, qeyri- rəsmi sektor güclənir. Faktiki olaraq data məktəbin proseslərə real təsirini əks etdirmir.
Bu halda sistem paradoksu yaranır. Rəsmi təhsil sistemi zəifləyir, qeyri-rəsmi sistem güclənir, ölçmə sistemi isə bunu rəsmi təhsilin “inkişaf”ı kimi göstərir. Beləliklə, indikator yanlışlığı yaranır. .
Təhsil sistemində 30 illik təhrif və deformasiya. Əgər uzun müddət məktəb formal tədris mərkəzinə çevrilirsə, repetitorluq əsas bilik istehsalçısı olursa, onda təhsil statistikası real təhsili yox, kölgə təhsili bazarını ölçür.
İdarəetmədə problem yaranır, yanlış qərar vermə riski artır. Yanlış data əsasında yanlış qərarlar qəbul edilir, amma sistem çökməkdə davam edir. Bu şirkətlərdə olanikili mühasibatı xatırladır. Amma real problemi (kölgə təhsil) həll edilmir, qara bazar daha da güclənir. Sonda sistem özünə obyektiv diaqnoz təyin edə bilmir, deməli məktəb sistemində normal idarəetmə yoxdur.
Beynəlxalq təcrübə kimi OECD və PISA tipli qiymətləndirmə sistemləri göstərir ki, yalnız test nəticəsi kifayət deyil, öyrənmə mühiti də ölçülməlidir, məktəb və əlavə hazırlıq bir-birindən ayrılmalıdır.
Strateji problem yaranır, məktəb yoxsa bazar səmərəlidir? Bu sistemdə real rəqabət formalaşır, məktəb rəsmi qurum kimi, repetitorluq bazar iştirakçısı kimi rəqabətə girirlər və təhsil məmurlarının dəstəyi ilə bu mübarizədə repetitorluq bazarı daim qalib olur. Əgər bazar əsas nəticəni yaradırsa, rəsmi qurum statistik olaraq daha da zəifləyir.
Problemin həlli düzgün ölçmə modelinə keçidə bağılıdır. Bunun üçün ölçmə
1. Mənbələr ayrılmalıdır, məktəb nəticəsi nədən ibarətdir, əlavə hazırlıq nəticəsi nədən ibarətdir.
2. Formativ qiymətləndirmə, yalnız yekun imtahan yox, proses əsaslı ölçməyə də əsaslanmalıdır.
3. Məktəb daxilində real performans indikatorları kimi dərs iştiraklığı, sinif daxili nəticələr, layihə əsaslı öyrənməyə diqqət edilməlidir.
4. Repetitorluğun təsiri ayrıca ölçülməli, sistem xaricində ayrıca data yaranmalıdır.
Dəyərləndirmə sistemi yalnız texniki mexanizm deyil, o, təhsil sisteminin reallığına verilən diaqnozdur. Əgər diaqnoz səhvdirsə, idarəetmə qərarları da səhv olacaq. Təbii ki, belə təhsil, nazir də etiraf etdiyi kimi tərsinə qurulacaqdır.
Real təhsili ölçməyən data, təhsili inkişaf etdirə bilməz, onu deformasiya edər.



























