Xəbər lentiwidget-title-icon

Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb
UNEC 30 ölkədən 128 universitetlə tərəfdaşdır - Rektor
Rezidentura üzrə qəbul imtahanı keçiriləcək
"ADPU tələbələri NARAZIDIR: 'Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər' iddiası"
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Məktəblərdə mədəniyyətin tədrisi nələri dəyişəcək? - MÖVQE
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı
"Siniflər doludur, müəllimlər isə çatışmır" - Rus bölmələrini nə gözləyir?
Nazirdən mesajlar, "Son zəng" tədbirləri, məktəblərdə qadağalar... -“Həftənin təhsil icmalı”
Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək
Tovuzda keçiriləcək qabiliyyət imtahanlarının yeri dəyişdirildi

Naxçıvan Təhsil Nazirliyi və bp əməkdaşlığa başlayır

Aprelin 10-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bp arasında əməkdaşlıq sazişi imzalanıb.

AzEdu.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində keçirilən görüşdə Təhsil naziri Elxan Nəcəfov dövlət- özəl tərəfdaşlığı çərçivəsində imzalanan sazişin əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, bu təşəbbüs Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi müstəvisində dövlət-özəl əməkdaşlığı olaraq ilk addımdır. bp ilə icra ediləcək bu əməkdaşlıq istedadlı şagirdlərin erkən aşkarlanması və onların beynəlxalq olimpiadalara hazırlanması üçün yeni imkanlar yaradacaq.

Həmçinin müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi Naxçıvanda təhsilin keyfiyyətinin daha da yüksəlməsinə xidmət edəcək.

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə bu sazişi imzalamaqdan çox məmnunuq. Bu, əməkdaşlığımız üçün bir başlanğıc nöqtəsidir və regionda bacarıqların uzunmüddətli inkişafına və potensialın gücləndirilməsinə verdiyimiz önəmi bir daha vurğulayır. Saziş birgə fəaliyyətimiz üçün möhkəm zəmin yaradaraq yerli ehtiyaclar və prioritetlər nəzərə alınmaqla istedadlı şagirdlərə dəstək, tədris və öyrənmə imkanlarının genişləndirilməsi, eləcə də ümumi və peşə təhsili infrastrukturunun təkmilləşdirilməsi istiqamətində yeni təşəbbüslərin həyata keçirilməsinə imkan verəcək.

Sazişi Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov və bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıb.

Qeyd edək ki, sazişə əsasən bp tərəfindən muxtar respublikanın bir neçə təhsil müəssisələrində kimya laboratoriyalarının qurulması və ya mövcud laboratoriyaların zənginləşdirilməsi, peşə təhsili müəssisələrində isə istehsalat emalatxanalarının zənginləşdirilməsi və ya yeni emalatxanaların yaradılması nəzərdə tutulur.

Həmçinin şirkət tərəfindən muxtar respublikanın ümumtəhsil müəssisələrində tədris aparan 30 nəfər perspektivli və metodoloji dəstəyə ehtiyacı olan ingilis dili müəlliminin ixtisasartırma və təlim proqramlarına cəlbi, istedadlı şagirdlərin (riyaziyyat, informatika, fizika və kimya fənləri üzrə) aşkarlanması, onların yerli və beynəlxalq olimpiadalara hazırlığının dəstəklənməsi həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, yeni 2-i istehsalat emalatxanası Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində, 2 yeni laborotoriyalar isə, Heydər Əliyev adına tam orta məktəbdə və Naxçıvan Qızlar Liseyində yaradılacaq.
İmzalanma mərasimindən sonra laborotoriyaların və istehsalat emalatxanalarının yaradılacağı təhsil müəssisələrinə baxış keçirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər