Xəbər lentiwidget-title-icon

Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb
UNEC 30 ölkədən 128 universitetlə tərəfdaşdır - Rektor
Rezidentura üzrə qəbul imtahanı keçiriləcək
"ADPU tələbələri NARAZIDIR: 'Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər' iddiası"
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Məktəblərdə mədəniyyətin tədrisi nələri dəyişəcək? - MÖVQE
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı
"Siniflər doludur, müəllimlər isə çatışmır" - Rus bölmələrini nə gözləyir?
Nazirdən mesajlar, "Son zəng" tədbirləri, məktəblərdə qadağalar... -“Həftənin təhsil icmalı”
Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək
Tovuzda keçiriləcək qabiliyyət imtahanlarının yeri dəyişdirildi

Nazirdən mesajlar, "Son zəng" tədbirləri, məktəblərdə qadağalar... -“Həftənin təhsil icmalı”

Nazirdən mesajlar, "Son zəng" tədbirləri, məktəblərdə qadağalar... -“Həftənin təhsil icmalı”
Təhsil sahəsində daha bir gərgin və hadisələrlə zəngin həftə geridə qaldı.

Bir tərəfdən minlərlə məzun məktəb illərinə “Son zəng” çalaraq vida etdi, digər tərəfdən isə qəbul imtahanları, müəllimlərin işə qəbulu, liseylərə qəbul və yeni tədris ili ilə bağlı proseslər sürətlə davam etdi.

Həftənin ən çox müzakirə olunan mövzuları sırasında isə texnologiyanın təhsilə təsiri süni intellektdən istifadə və dərsliklərin gələcəyi ilə bağlı məsələlər yer aldı.

AzEdu.az-ın “Həftənin təhsil icmalı” rubrikası çərçivəsində təhsil gündəmini müəyyən edən əsas hadisələri təqdim edirik.

Həftənin əvvəlində qəbul məsələləri ilə bağlı proseslər diqqət mərkəzində olub. I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin ikinci cəhdi üçün qeydiyyat yekunlaşdı. Son məlumata görə, 60 mindən çox abituriyent imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib.

Eyni zamanda, 2026-2027-ci tədris ili üzrə Bakı və regionlarda fəaliyyət göstərən bir sıra lisey və gimnaziyaların VII siniflərinə qəbul üçün elektron qeydiyyata start verildi. Qeydiyyat prosesi 19 iyunadək davam edəcək.

Həftə müəllimlər üçün də mühüm yeniliklərlə yadda qaldı. Müəllimlərin işə qəbulu müsabiqəsinin qeydiyyat mərhələsi başa çatdı və 40 mindən artıq namizəd sistemdə qeydiyyatdan keçdi. Məlumatların yoxlanılmasından sonra təsdiqlənən namizədlər ödəniş mərhələsinə keçəcək, test imtahanlarının isə iyulun əvvəlində keçirilməsi planlaşdırılır.

Həftənin ən çox müzakirə olunan mövzularından biri də nazir Emin Əmrullayevin müxtəlif çıxışlarında səsləndirdiyi fikirlər idi. Nazir bildirdi ki, uşaqların video kontentə marağı artıq reallıqdır və bunu qadağalarla dəyişmək mümkün olmayacaq. Onun sözlərinə görə, gələcəkdə elektron öyrənmə imkanları daha da genişlənəcək.

Nazir eyni zamanda süni intellektdən düzgün istifadə edilməməsinin uşaqların düşünmə qabiliyyətinə mənfi təsir göstərə biləcəyini vurğuladı. O qeyd etdi ki, şagirdlər süni intellektdən məsələnin həll yolunu öyrənmək əvəzinə hazır cavab almağa üstünlük verirlər ki, bu da gələcək üçün ciddi risk yaradır.

Ən çox rezonans doğuran fikirlərdən biri isə dərsliklərin gələcəyi ilə bağlı oldu. Emin Əmrullayev hesab edir ki, yaxın üç il ərzində süni intellekt texnologiyalarının inkişafı nəticəsində ənənəvi dərsliklər öz əhəmiyyətini böyük ölçüdə itirə bilər. Onun fikrincə, süni intellekt artıq bir çox hallarda daha keyfiyyətli izah və tapşırıqlar təqdim edir.

Rəqəmsal təhlükəsizlik də həftənin gündəmində idi. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov açıqladı ki, məktəblərdə “TikTok”a giriş bloklanıb, internet istifadəsi filtrdən keçirilir və 200-dən artıq təhlükəli məzmun üzrə məhdudiyyət tətbiq olunur.

Mədəniyyət sahəsində isə kitabxana sistemində çalışan informasiya texnologiyaları üzrə əməkdaşların attestasiyasının keçiriləcəyi açıqlandı. Bildirildi ki, peşəkar hesab olunan əməkdaşlar fəaliyyətlərini yeni sistemdə davam etdirəcək, uyğun olmayan şəxslərlə bağlı isə qanunvericiliyə uyğun qərarlar veriləcək.

İyunun 13-də ölkənin bütün ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirildi. Bu il 116 mindən çox şagird məktəblə vidalaşdı. İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən 25 məktəbdə də “Son zəng” qeyd olundu və onlardan 11-də bu tədbir ilk dəfə keçirildi.

Həftənin yaddaqalan görüntülərindən biri isə elm və təhsil naziri Emin Əmrullayevin Gəncədə məzunlarla birlikdə rəqs etməsi oldu.

Həftənin sonunda diqqətlər yenidən magistraturaya qəbul imtahanına yönəldi. İyunun 17-də təşkil olunan magistraturaya qəbul imtahanında qeyri-sabit və yağışlı hava şəraiti səbəbindən minlərlə bakalavr iştirak edə bilməmişdi. Dövlət İmtahan Mərkəzi məsələyə humanist yanaşaraq həmin şəxslər üçün imtahanın yenidən keçirilməsi barədə qərar qəbul etdi. Ötən həftəsonu magistraturaya qəbul imtahanının təkrar təşkil olunan mərhələsində 15 mindən çox bakalavr iştirak etdi.

Beləliklə, geridə qalan həftə təhsil sahəsində həm qərarlar, həm müzakirələr, həm də duyğulu anlarla yadda qaldı.

Oxşar xəbərlər

Bütün xəbərlər