Xəbər lentiwidget-title-icon

Kürdəmirdə şok iddia: Məktəb direktoru şagirdi döydü, məsələyə polis qarışdı
Sumqayıt məktəbində vətənpərvərlik ruhunda ədəbi tədbir keçirilib
Fizika, tarix və coğrafiya fənləri üzrə RFO-nun nəticələri açıqlandı
Kollec tələbələri uşaq sığınacağında olublar
Vakant vəzifələr üçün daxili müsahibə elan olundu
DİM hazırlıq kurslarına qeydiyyata start verdi
MİQ-də iştirak etmək istəyənlər bu qədər ÖDƏYƏCƏK
Bağça müdirlərinin işə qəbul imtahanının nəticələri AÇIQLANDI
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
NDU-nun tələbəsi beynəlxalq müsabiqədə qızıl medal qazanıb
Məktəblilərimiz Beynəlxalq Mendeleyev Olimpiadasında 3 medal qazanıblar
Mayın 3-də keçiriləcək Azərbaycan dili imtahanının iştirakçılarının NƏZƏRİNƏ!
Nazir “Yüksəliş”in qalibləri ilə görüşüb
Taksi sürücüləri üçün imtahana qeydiyyat başladı
Bakı Dövlət Peşə Təhsil Mərkəzində sahibkarlarla görüş təşkil olunub
Maliyyə-İqtisad Kolleci beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığa başlayıb
Rektor: İnklüziv təhsil praktik mexanizmlərin inteqrasiyasını zəruri edir
Kamran İmanov: Süni intellektin əqli mülkiyyət subyekti olması haqqında danışmaq hələ tezdir
Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub
Şəmkir məktəblisi İngiltərənin nüfuzlu universitetinə qəbul qazandı
Tələbələr istehsal prosesi ilə tanış olublar
Ali məktəblərdə təcrübə rekordları - 30, 40, hətta 60 ilə yaxın STAJ
İmtahanlarda ən çox səhv edilən məqamlar - diqqətli olun!
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
​"Müəllim nüfuzuna 200 manatlıq zərbə: Yalan xəbərlər təhsilimizi məhv edir!"

Azərbaycan Universitetində Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Universitetində Siyasi və ictimai elmlər kafedrası və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Siyasi və ictimai elmlər kafedrasının müdiri, dosent Elvin Talışınski, Sosial işin təşkili kafedrasının baş müəllimi Lalə Babayeva, TGT sədri Hüseyn Rüstəmli, universitetin məzunu və aprel şəhidi Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanlının çıxışları dinlənilib.

Çıxışlarda qeyd olunub ki, Aprel döyüşləri Azərbaycan tarixində dönüş nöqtəsi və 2020-ci il Vətən müharibəsindəki tarixi Zəfərə gedən yolun başlanğıcı olub. Bu döyüşlər Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini, Azərbaycan xalqının sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirib. Dördgünlük müharibə bir daha göstərib ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, torpaqlarının azad olunması uğrunda mübarizəsini qətiyyətlə davam etdirəcək. Həmçinin vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının xatirəsini yaşatmaq, onların ömür yolunu gələcək nəsillərə tanıtmaq,
ideallarını qorumaq, bizə əmanət etdikləri ailələrinin və övladlarının yanında olmaq hər birimizin mənəvi borcudur. Onlar təkcə bir ailənin yox, bütün Azərbaycan xalqının övladıdır.

Tədbirdə TGT tərəfindən hazırlanmış və Aprel şəhidi Fəxrəddin Qurbanlıya həsr olunmuş videoçarx da nümayiş olunub. Videoçarxda şəhidin ailə üzvləri onunla bağlı xatirələrini bölüşüblər.

Tədbirdən bir gün əvvəl isə TGT üzvləri və şəhid Fəxrəddin Qurbanlı adına təqaüdə layiq görülən tələbələr şəhidin ailəsini və məzarını ziyarət ediblər. Şəhidin məzarı üzərinə qərənfillər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, Fəxrəddin Qurbanlı Azərbaycan Universitetinin Sosial iş ixtisası üzrə 2015-ci il məzunudur. 2016-cı il aprel ayının ilk günlərində təmas xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olub. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər