Xəbər lentiwidget-title-icon

Kürdəmirdə şok iddia: Məktəb direktoru şagirdi döydü, məsələyə polis qarışdı
Sumqayıt şəhər 41 saylı məktəbdə vətənpərvərlik ruhunda ədəbi tədbir keçirilib
Fizika, tarix və coğrafiya fənləri üzrə RFO-nun nəticələri açıqlandı
Kollec tələbələri uşaq sığınacağında olublar
Vakant vəzifələr üçün daxili müsahibə elan olundu
DİM hazırlıq kurslarına qeydiyyata start verdi
MİQ-də iştirak etmək istəyənlər bu qədər ÖDƏYƏCƏK
Bağça müdirlərinin işə qəbul imtahanının nəticələri AÇIQLANDI
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
NDU-nun tələbəsi beynəlxalq müsabiqədə qızıl medal qazanıb
Məktəblilərimiz Beynəlxalq Mendeleyev Olimpiadasında 3 medal qazanıblar
Mayın 3-də keçiriləcək Azərbaycan dili imtahanının iştirakçılarının NƏZƏRİNƏ!
Nazir “Yüksəliş”in qalibləri ilə görüşüb
Taksi sürücüləri üçün imtahana qeydiyyat başladı
Bakı Dövlət Peşə Təhsil Mərkəzində sahibkarlarla görüş təşkil olunub
Maliyyə-İqtisad Kolleci beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığa başlayıb
Rektor: İnklüziv təhsil praktik mexanizmlərin inteqrasiyasını zəruri edir
Kamran İmanov: Süni intellektin əqli mülkiyyət subyekti olması haqqında danışmaq hələ tezdir
Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub
Şəmkir məktəblisi İngiltərənin nüfuzlu universitetinə qəbul qazandı
Tələbələr istehsal prosesi ilə tanış olublar
Ali məktəblərdə təcrübə rekordları - 30, 40, hətta 60 ilə yaxın STAJ
İmtahanlarda ən çox səhv edilən məqamlar - diqqətli olun!
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
​"Müəllim nüfuzuna 200 manatlıq zərbə: Yalan xəbərlər təhsilimizi məhv edir!"

Azərbaycan Universiteti Almatı Menecment Universiteti ilə əməkdaşlığı davam etdirir

Azərbaycan Universitetində Qazaxıstanın Almatı Menecment Universitetinin (AlmaU) rəhbərliyi ilə işgüzar görüş keçirilib. Görüşdə Almatı Menecment Universitetinin prezidenti Assylbek Kozhakhmetov, Biznes üzrə Magistratura Məktəbinin (Graduate School of Business) dekanı Ksenia Yuzhaninova - Karadenizli, Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov, rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova iştirak ediblər.

Universitetdən bildirilib ki, görüşdə tərəflər arasında 2018-ci ildə imzalanmış memorandumdan irəli gələn vəzifələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb. Əməkdaşlıq imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, yeni əməkdaşlıq istiqamətləri, birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə-müəllim mübadiləsinin intensivləşdirilməsi, MBA proqramı üzrə əməkdaşlıq və təcrübə mübadiləsi kimi məsələlər müzakirə olunub. Görüşdə Azərbaycan və Qazaxıstanın ali təhsil müəssisələri arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi, ali təhsilin qlobal çağırışlara cavab yolları, təhsil proqramlarının beynəlxalq akkreditasiyası kimi məsələlər də diqqət mərkəzində olub.

Qeyd edək ki, Qazaxıstanın Almatı şəhərində yerləşən universitet regionun biznes və idarəetmə təhsili sahəsində aparıcı ali təhsil müəssisələrindən biridir. 35 ildən artıq zəngin fəaliyyət tarixinə malik Almatı Menecment Universiteti postsovet məkanında biznes təhsilinin inkişafında pioner rolu oynayıb. Qazaxıstanda yaradılmış ilk biznes məktəbi kimi tanınır və ölkədə sahibkarlıq mühitinin formalaşmasına mühüm töhfələr verib. Biznes, idarəetmə, iqtisadiyyat və sahibkarlıq kimi sahələrdə geniş təhsil proqramları həyata keçirən universitet Qazaxıstanda MBA (Master of Business Administration) və DBA (Doctor of Business Administration) proqramlarını tətbiq edən ilk ali təhsil müəssisələrindən biridir.

Oxşar xəbərlər

Bütün xəbərlər