Xəbər lentiwidget-title-icon

Kürdəmirdə şok iddia: Məktəb direktoru şagirdi döydü, məsələyə polis qarışdı
Sumqayıt şəhər 41 saylı məktəbdə vətənpərvərlik ruhunda ədəbi tədbir keçirilib
Fizika, tarix və coğrafiya fənləri üzrə RFO-nun nəticələri açıqlandı
Kollec tələbələri uşaq sığınacağında olublar
Vakant vəzifələr üçün daxili müsahibə elan olundu
DİM hazırlıq kurslarına qeydiyyata start verdi
MİQ-də iştirak etmək istəyənlər bu qədər ÖDƏYƏCƏK
Bağça müdirlərinin işə qəbul imtahanının nəticələri AÇIQLANDI
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
NDU-nun tələbəsi beynəlxalq müsabiqədə qızıl medal qazanıb
Məktəblilərimiz Beynəlxalq Mendeleyev Olimpiadasında 3 medal qazanıblar
Mayın 3-də keçiriləcək Azərbaycan dili imtahanının iştirakçılarının NƏZƏRİNƏ!
Nazir “Yüksəliş”in qalibləri ilə görüşüb
Taksi sürücüləri üçün imtahana qeydiyyat başladı
Bakı Dövlət Peşə Təhsil Mərkəzində sahibkarlarla görüş təşkil olunub
Maliyyə-İqtisad Kolleci beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığa başlayıb
Rektor: İnklüziv təhsil praktik mexanizmlərin inteqrasiyasını zəruri edir
Kamran İmanov: Süni intellektin əqli mülkiyyət subyekti olması haqqında danışmaq hələ tezdir
Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub
Şəmkir məktəblisi İngiltərənin nüfuzlu universitetinə qəbul qazandı
Tələbələr istehsal prosesi ilə tanış olublar
Ali məktəblərdə təcrübə rekordları - 30, 40, hətta 60 ilə yaxın STAJ
İmtahanlarda ən çox səhv edilən məqamlar - diqqətli olun!
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
​"Müəllim nüfuzuna 200 manatlıq zərbə: Yalan xəbərlər təhsilimizi məhv edir!"

Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub

Azərbaycan Universitetində Dünya Sosial İş Günü müxtəlif tədbirlərlə qeyd olunub. Birinci tədbir Sosial Xidmətlər Agentliyinin əməkdaşlarının iştirakı ilə keçirilib və “Sosial iş - Sosial rifah” mövzusuna həsr olunub. İkinci tədbir isə Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Sossfera” Sosial İnkişaf Klubu tərəfindən təşkil olunub.

AzEdu.az xəbər verir ki, sosial iş ixtisası üzrə təhsil alan I kurs tələbələrinin iştirak etdiyi “Sosial iş - Sosial rifah” adlı tədbiri giriş sözü ilə agentliyin Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin aparıcı mütəxəssisi Ləman Bayramlı açıb. Günün tarixi və mahiyyəti haqqında məlumat verən qonaq qeyd edib ki, Sosial İşçilərin Beynəlxalq Federasiyası 1983-cü ildə hər il mart ayının üçüncü çərşənbə axşamını Dünya Sosial İş Günü kimi elan edib. Bu günün qeyd olunmasında əsas məqsəd sosial işçilərin cəmiyyətin inkişafına verdiyi töhfələri vurğulamaqdır. Hər il qlobal gündəliyin mövzularından birinə həsr olunan Dünya Sosial İş Günü bu il “Ümid və harmoniyanın birgə qurulması: bölünmüş cəmiyyəti birləşdirmək üçün “Harambi Çağırışı” şüarı altında qeyd olunur. “Harambi” ifadəsi Keniya Respublikasının milli dili olan suahili dilində “Hamı birləşsin”, “Hamımız birlikdə işləyək” kimi mənaları ifadə edir.

Ardınca departamentin böyük mütəxəssisi Musa Əmrahov agentliyin fəaliyyəti, sosial iş peşəsinin praktiki tərəfləri barədə danışıb. Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin fəaliyyətini real keyslərlə izah edib. Musa Əmrahov çıxışında dünyada baş verən hadisələr fonunda Sosial iş ixtisasının daha çox əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

“Sossfera” klubunun təşkilatçılığı ilə keçirilən tədbir isə sosial iş ixtisası üzrə təhsil alan tələbələrin hazırladığı sosial keysin səhnələşdirilməsi ilə başlayıb. Səhnə vasitəsilə cəmiyyətdə mövcud olan sosial problemlər, həssas qrupların qarşılaşdığı çətinliklər və sosial işçilərin bu prosesdəki rolu nümayiş etdirilib.

Səhnənin ardından Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyova, kafedranın müəllimi, “Sossfera” klubunun təsisçisi Ayxan Şahbazsoy, klubun sədri Cansu Nəzərova, sosial işçi və təlimçilər Cəsur Mədətzadə və Emin Məmmədova söz verilib. Nigar Şahhüseynbəyova sosial işçilərin cəmiyyətin rifahının təmin edilməsində oynadığı rolu, Ayxan Şahbazsoy sosial layihələrin cəmiyyət üçün faydaları haqqında danışıb. Cansu Nəzərova sosial işçilərin insan həyatında yaratdığı müsbət dəyişikliklərin əhəmiyyətini vurğulayıb.

Cəsur Mədətzadə səhnələşdirilən keysə münasibət bildirib. O, qeyd edib ki, keys gənc sosial işçilərin nəzəri biliklərini praktikaya tətbiq etməsinə və cəmiyyətdə mövcud sosial problemlərin daha yaxşı anlaşılmasına xidmət edir. Həssas qrupların qarşılaşdığı çətinliklərin göstərilməsi ictimaiyyətin bu məsələlərə diqqətini artırır.

Tədbir Emin Məmmədovun iştirakçılarla sosial mövzuda interaktiv oyun keçirməsi ilə yekunlaşıb. Oyun zamanı iştirakçılar sosial problemlərə fərqli prizmadan yanaşmaq, empatiya qurmaq və sosial düşüncə bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.

Oxşar xəbərlər

Bütün xəbərlər