Xəbər lentiwidget-title-icon

Kürdəmirdə şok iddia: Məktəb direktoru şagirdi döydü, məsələyə polis qarışdı
Sumqayıt şəhər 41 saylı məktəbdə vətənpərvərlik ruhunda ədəbi tədbir keçirilib
Fizika, tarix və coğrafiya fənləri üzrə RFO-nun nəticələri açıqlandı
Kollec tələbələri uşaq sığınacağında olublar
Vakant vəzifələr üçün daxili müsahibə elan olundu
DİM hazırlıq kurslarına qeydiyyata start verdi
MİQ-də iştirak etmək istəyənlər bu qədər ÖDƏYƏCƏK
Bağça müdirlərinin işə qəbul imtahanının nəticələri AÇIQLANDI
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
NDU-nun tələbəsi beynəlxalq müsabiqədə qızıl medal qazanıb
Məktəblilərimiz Beynəlxalq Mendeleyev Olimpiadasında 3 medal qazanıblar
Mayın 3-də keçiriləcək Azərbaycan dili imtahanının iştirakçılarının NƏZƏRİNƏ!
Nazir “Yüksəliş”in qalibləri ilə görüşüb
Taksi sürücüləri üçün imtahana qeydiyyat başladı
Bakı Dövlət Peşə Təhsil Mərkəzində sahibkarlarla görüş təşkil olunub
Maliyyə-İqtisad Kolleci beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığa başlayıb
Rektor: İnklüziv təhsil praktik mexanizmlərin inteqrasiyasını zəruri edir
Kamran İmanov: Süni intellektin əqli mülkiyyət subyekti olması haqqında danışmaq hələ tezdir
Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub
Şəmkir məktəblisi İngiltərənin nüfuzlu universitetinə qəbul qazandı
Tələbələr istehsal prosesi ilə tanış olublar
Ali məktəblərdə təcrübə rekordları - 30, 40, hətta 60 ilə yaxın STAJ
İmtahanlarda ən çox səhv edilən məqamlar - diqqətli olun!
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
​"Müəllim nüfuzuna 200 manatlıq zərbə: Yalan xəbərlər təhsilimizi məhv edir!"

Azərbaycan Universitetində Vətən müharibəsi qəhrəmanları ilə görüş keçirilib

Azərbaycan Universitetində Vətən müharibəsi qəhrəmanlarının iştirakı ilə “Zəfər – qəhrəmanların səsində” adlı tədbir təşkil olunub.

Universitetdən AzEdu.az-a bildirilib ki, sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Sossfera” Sosial İnkişaf Klubu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Vətən müharibəsi qəhrəmanları Qəzənfər Ağayev, Ramazan Hudulov, müharibə iştirakçısı Fərid Bağırlı, agentliyin əməkdaşları, universitetin müəllim-tələbə kollektivi iştirak edib. 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Sosial Xidmət Agentliyinin Stasionar sosial xidmətlərin təşkili departamentinin müdiri Məftunə İsmayılova, Sosial işin təşkili kafedrasının müəllimi və “Sossfera” klubunun təsisçisi Ayxan Şahbazsoyun çıxışları dinlənilib. Çıxışlarda Vətən müharibəsində əldə olunan Zəfərin Azərbaycan xalqı üçün mənəvi əhəmiyyətindən bəhs olunub, bu Zəfərin ölkənin ərazi bütövlüyünün bərpasını simvollaşdırdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan xalqının Vətən müharibəsində yazdığı şanlı tarix və qəhrəmanlıq dastanının gələcəyə və yaddaşlara daşınmasına töhfə verməkdir.

Həmçinin bildirilib ki, Vətən müharibəsi iştirakçılarının sosial təminatının həyata keçirilməsi Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətlərindən birini təşkil edir. Çıxışların ardından Vətən müharibəsi qəhrəmanları Qəzənfər Ağayev, Ramazan Hudulov və müharibə iştirakçısı Fərid Bağırlı keçdikləri döyüş yolundan, Azərbaycan xalqının Vətən müharibəsi dövründə nümayiş etdirdiyi birlik və həmrəylikdən bəhs edib, cəbhə xatirələrini tələbələr ilə bölüşüblər. Çıxışlarda vurğulanıb ki, Qarabağ zəfəri xalqın inamı, ordunun gücü və Ali Baş Komandanın qətiyyəti və sərkərdəliyi ilə qazanılıb.

Qəzənfər Ağayev, Ramazan Hudulov və Fərid Bağırlı Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan döyüş yoldaşlarının igidlik və fədakarlığından da danışıb, onların xatirəsini yad ediblər. Sonda tələbələrin sualları cavablandırılıb, xatirə şəkli çəkdirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər