Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

Məleykə Abbaszadə vəzifədən uzaqlaşdırılır -DİM-də geri sayım başladı

Uzun illərdir ölkənin imtahan sisteminə rəhbərlik edən Məleykə Abbaszadənin vəzifəsindən uzaqlaşdırılacağı ilə bağlı iddialar gündəmə gəlib. Məlumata görə, yaxın günlərdə Dövlət İmtahan Mərkəzində rəhbər dəyişikliyi baş verə bilər.

Bizimesr.com-a daxil olan məlumatda bildirilir ki, uzun illər əvvəl Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik edən, daha sonra isə Dövlət İmtahan Mərkəzinin sədri olan Məleykə Abbaszadənin fəaliyyətinə yaxın vaxtlarda xitam verilə bilər.

Mənbənin iddiasına görə, bu qərarın əsas səbəblərindən biri uzun illərdir keçirilən imtahanlar zamanı yaranan problemlər, eləcə də abituriyent və valideynlərin narazılığının getdikcə artmasıdır. Bildirilir ki, demək olar ki, hər il imtahan prosesində müxtəlif texniki və təşkilati problemlər ortaya çıxır və bu da geniş müzakirələrə səbəb olur.

İddialara görə, narazılıqların artdığı bir dövrdə problemlərin həlli istiqamətində ciddi addımlar atılmaması vəziyyəti daha da gərginləşdirib. Bəzi valideyn və abituriyentlər imtahanların təşkili ilə bağlı iradlarını səsləndirdikdə isə onların fikirlərinin nəzərə alınmadığı və tənqidlərin sərt qarşılandığının şahidi oluruq. Hətta Məleykə Abbaszadə abituriyentləri sərt şəkildə qınayaraq, onları savadsızlıqda günahlandırır. Hansı ki, bütün faktlar ortaya sərilir, iradlar sistemli ortaya qoyulur. Nəticədə isə hər dəfə Məleykə Abbaszadə "düz çıxır".

Məlumata əsasən, yaxın günlərdə Mərkəzin idarəetmə orqanları - Müşahidə Şurası və İdarə Heyətinin iclası keçiriləcək. Həmin iclasda qurum rəhbərliyinin fəaliyyəti müzakirə olunacaq və Məleykə Abbaszadənin vəzifədə qalması məsələsinə baxılacaq. Böyük ehtimalla Məleykə Abbaszadənin fəaaliyyəti qənaətbəxş hesab edilməyəcək.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin əsas idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir. Müşahidə Şurası Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. Şura Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən beş üzvdən – sədr və digər üzvlərdən ibarətdir.

Prezident İlham Əliyevin 23 iyul 2024-cü il tarixli sərəncamı ilə Müşahidə Şurasının tərkibi təsdiq edilib. Şuraya Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva sədrlik edir.

Şuranın digər üzvləri isə bunlardır:

İdris İsayev-elm və təhsil nazirinin müavini

Elnur Əliyev- iqtisadiyyat nazirinin birinci müavini

Anar Kərimov-maliyyə nazirinin birinci müavini

Rəşad Mustafayev – əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

İddialara baxmayaraq, məsələ ilə bağlı hələlik Dövlət İmtahan Mərkəzi tərəfindən rəsmi açıqlama verilməyib.

Mövzu ilə bağlı rəsmi mövqe təqdim olunacağı təqdirdə, qarşı tərəfin fikrini də dərc etməyə hazırıq.

Bizimesr.com

Oxşar xəbərlər

Bütün xəbərlər