Xəbər lentiwidget-title-icon

Kürdəmirdə şok iddia: Məktəb direktoru şagirdi döydü, məsələyə polis qarışdı
Sumqayıt şəhər 41 saylı məktəbdə vətənpərvərlik ruhunda ədəbi tədbir keçirilib
Fizika, tarix və coğrafiya fənləri üzrə RFO-nun nəticələri açıqlandı
Kollec tələbələri uşaq sığınacağında olublar
Vakant vəzifələr üçün daxili müsahibə elan olundu
DİM hazırlıq kurslarına qeydiyyata start verdi
MİQ-də iştirak etmək istəyənlər bu qədər ÖDƏYƏCƏK
Bağça müdirlərinin işə qəbul imtahanının nəticələri AÇIQLANDI
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
NDU-nun tələbəsi beynəlxalq müsabiqədə qızıl medal qazanıb
Məktəblilərimiz Beynəlxalq Mendeleyev Olimpiadasında 3 medal qazanıblar
Mayın 3-də keçiriləcək Azərbaycan dili imtahanının iştirakçılarının NƏZƏRİNƏ!
Nazir “Yüksəliş”in qalibləri ilə görüşüb
Taksi sürücüləri üçün imtahana qeydiyyat başladı
Bakı Dövlət Peşə Təhsil Mərkəzində sahibkarlarla görüş təşkil olunub
Maliyyə-İqtisad Kolleci beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığa başlayıb
Rektor: İnklüziv təhsil praktik mexanizmlərin inteqrasiyasını zəruri edir
Kamran İmanov: Süni intellektin əqli mülkiyyət subyekti olması haqqında danışmaq hələ tezdir
Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub
Şəmkir məktəblisi İngiltərənin nüfuzlu universitetinə qəbul qazandı
Tələbələr istehsal prosesi ilə tanış olublar
Ali məktəblərdə təcrübə rekordları - 30, 40, hətta 60 ilə yaxın STAJ
İmtahanlarda ən çox səhv edilən məqamlar - diqqətli olun!
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
​"Müəllim nüfuzuna 200 manatlıq zərbə: Yalan xəbərlər təhsilimizi məhv edir!"

​"Riyaziyyatdan '5', İnsanlıqdan '0' almasınlar deyə..."

Metodika üzrə mütəxəssis, təlimçi-pedaqoq Məmmədova Sevinc təhsil sahəsində çox maraqlı fikir ilə çıxış edir. Həmin yazını sizlərə təqdim edirik.

Azərbaycan təhsil sistemində şagirdin nailiyyəti dedikdə hələ də əsasən "akademik rəqəmlər" – KSQ və BSQ balları başa düşülür. Lakin müasir kurikulumun məqsədi yalnız bilikli deyil, həm də yetkin şəxsiyyət formalaşdırmaqdırsa, biz şagirdin tərbiyəvi və sosial inkişafını da rəsmi qiymətləndirmə mexanizminə daxil etməliyik. Bu baxımdan Türkiyənin "e-Okul" sistemində tətbiq edilən "Davranış dəyərləndirməsi " modeli bizim üçün mükəmməl bir nümunədir.

​Türkiyədə davranış qiymətləndirilməsi üçün aşağıdakı meyarlardan istifadə olunur:

1. ​Nəzakət və etika Qaydaları: Müəllimlərə və yoldaşlarına "Lütfən", "Təşəkkür edirəm" demək, salamlaşmaq.

2. ​Təmizlik və gigiyena: Şəxsi təmizlik (dırnaq, saç, geyim) və sinif otağını, partanı təmiz saxlamaq.

3. ​Qidalanma mədəniyyəti: Yemək zamanı qaydalara əməl etmək, qidanı israf etməmək, ətrafı bulamamaq.

4. ​Yardımlaşma və paylaşma: Ehtiyacı olan yoldaşına kömək etmək, əşyalarını və biliyini bölüşmək.

5. ​Məsuliyyət: Tapşırıqları vaxtında etmək, məktəb əmlakını qorumaq.

6. ​Dürüstlük: Yalan danışmamaq, səhvlərini etiraf etmək.

7. ​Ətraf Mühitə Həssaslıq: Bitkilərə və heyvanlara zərər verməmək, tullantıları zibil qutusuna atmaq.

​Türkiyədə davranış balları rəqəmlə deyil, dərəcələrlə ifadə olunur. Müəllim hər şagird üçün "e-Okul" sistemində bu üç variantdan birini seçir:​

1. Geliştirilmeli (Təkmilləşdirilməlidir): Şagird bu davranışda zəifdir, diqqət yetirilməlidir.

2. ​İyi (Yaxşı): Şagird qaydalara əsasən əməl edir.

3. ​Çok İyi (Çox yaxşı): Şagird nümunəvi davranış nümayiş etdirir.

​İbtidai siniflərdə: Qiymətləndirməni yalnız sinif müəllimi aparır, çünki o, şagirdi bütün gün müşahidə edir.

​Orta məktəblərdə: Hər fənn müəllimi öz dərsindəki müşahidələrinə əsasən sistemə qeydlər daxil edir, lakin yekun qərarı sinif rəhbəri (Şube Rehber Öğretmeni) digər müəllimlərlə məsləhətləşərək verir.

​Türkiyədə ibtidai sinif şagirdlərinin qiymət cədvəllərində fənlərdən əlavə bir neçə həyati meyar üzrə qiymətləndirmə aparılır. Bizim də bu təcrübədən bəhrələnməyimiz aşağıdakı boşluqları doldura bilər:

​Qidalanma Mədəniyyəti : Məktəblilər arasında qeyri-sağlam qidalanmanın (fast-food, energetik içkilər) artdığı bir dövrdə, şagirdin düzgün qidalanma vərdişinin müəllim tərəfindən izlənilməsi və stimullaşdırılması sağlam nəslin yetişməsinə birbaşa təsir edir.

​Təmizlik və Gigiyena : Şəxsi gigiyena və ətraf mühitə münasibət yalnız ailənin deyil, həm də məktəbin öhdəliyidir. Şagird bilməlidir ki, onun səliqəsi və partasını təmiz saxlaması riyaziyyat məsələsi həll etmək qədər dəyərlidir.

​Yoldaşlıq və etika : Bullinqin (məktəb zorakılığının) qarşısını almaq üçün şagirdlərin yoldaşlıq münasibətləri, empati qurma bacarığı və nəzakət qaydalarına əməl etməsi rəsmi olaraq "Çox yaxşı", "Yaxşı" və ya "İnkişaf etdirilməli" kimi qeyd olunmalıdır.

​Azərbaycan məktəblərində də gündəliklərə və ya elektron sistemlərə (e-məktəb) bu bölmələrin əlavə olunmasını təklif edirəm. Bu, valideynə övladının yalnız neçə "5" alması haqqında deyil, onun bir insan kimi hansı sosial boşluqları olduğu haqqında aydın mesaj verəcək.

​Nəticə etibarilə, təhsil yalnız "bilik ötürmək" deyil, həm də "vərdiş aşılamaqdır". Əgər biz uşağa təmizliyi, düzgün qidalanmanı və yoldaşlıq etikasını qiymətləndirmə predmeti kimi təqdim etməsək, onun akademik uğurları yarımçıq qalacaq.

Oxşar xəbərlər

Bütün xəbərlər