Xəbər lentiwidget-title-icon

İlham Əliyev sərəncam imzalayıb
Azərbaycanda ali təhsil ocağı ləğv edildi
Qarabağ universiteti və tələbələri üçün xüsusi imkanlar yaradılacaq
Azərbaycan beynəlxalq yarışda 7 ixtisas üzrə təmsil olunacaq
“Baku ID 2026” innovasiya festivalı başa çatıb
Bakıda iki bağça fəaliyyətə başlayıb
Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI
SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI
Magistratura imtahanlarının modeli dəyişə bilərmi?- AÇIQLAMA
21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
LDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
“Tələbələri bu qədər sıxmaqla nəyə nail olmaq istəyirsiniz?”
Tələbələri təhdid edən şəxslə bağlı iddia: Yenidən universitetə bərpa olunacaq?
Məktəblər açıldı, təmir isə hələ bitmədi — uşaqlar məktəbə hansı yoldan gedir?
Şagirdlər dərsdə özbaşınadır? - Məktəbdə canlı yayım açmalarına REAKSİYA
Qazax kollecində “acı bağırsağı” kim uzadır?
Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq

ADPU Astarada keçirilən təhsil festivalında geniş stendlə təmsil olunub - FOTO

ADPU Astarada keçirilən təhsil festivalında geniş stendlə təmsil olunub - FOTO

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunan təhsil festivalında geniş stendlə iştirak edib.
ADPU-dan "tehsilmedia.info”a bildirilib ki, tədbir Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsi, Astara Rayon İcra Hakimiyyəti, Lənkəran Rayon Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən Astara rayonunun dənizkənarı park-bulvar kompleksində təşkil olunub.
Tədbirin açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin deputatları, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzində ucaldılan abidəsi ziyarət olunub.
Festivalın keçirilməsində məqsəd özəl sektor və ölkə üzrə təhsilin inkişafı üçün digər maraqlı tərəflər arasında regionda əməkdaşlıq platformasının yaradılmasına dəstək verməkdir.
Festivalda iştirak edən aparıcı ali təhsil müəssisələri arasında Azərbaycan Dövlət Pedaqoji Universiteti özünün geniş stendi və təqdim olunan təhsil xidmətləri ilə xüsusilə fərqlənib.
Universitetin stendi ilə tanış olan elm və təhsil naziri Emin Əmrullayevə son illər dövlətin yaxından dəstəyi ilə ADPU-da istər innovativ elmi-pedaqoji yanaşmaların tətbiqi, beynəlxalq əməkdaşlıq, istərsə də müasir tədris infrastrukturunun, laboratoriyaların yaradılması fonunda universitetdə qəbul planının tam dolduğu haqqında məlumat verilərək, keçirilən festivalda da cəmiyyətdə pedaqoji ixtisaslara və ADPU-ya böyük marağın təzahürünün əks olunduğu diqqətə çatdırılıb.
Ziyarətçilərin böyük marağına səbəb olan Pedaqoji Universitetin stendində son illərdə universitetdə aparılan elmi-tədqiqatların nəticələrinin əks olunduğu kitablar, dövri-elmi jurnallar, ADPU-nun 100 illik yubileyinə həsr olunmuş silsilə əsərlər, reklam və məlumat materialları nümayiş olunub. Hər peşə və yaş səviyyəsindən olan iştirakçılara, o cümlədən regionun məktəbli gənclərinə ali təhsilin bütün səviyyələri üzrə ADPU-nun təklif etdiyi geniş təhsil xidmətləri haqqında məlumat verilib, ziyarətçilərə hədiyyələr təqdim olunub.
Festival boyunca iştirakçılar kitab sərgilərində iştirak edib, düzgün ixtisas seçimi, təhsil tələbə kreditləri və s. ilə bağlı məlumatlandırılıb.

ADPU Astarada keçirilən təhsil festivalında geniş stendlə təmsil olunub - FOTO
ADPU Astarada keçirilən təhsil festivalında geniş stendlə təmsil olunub - FOTO
ADPU Astarada keçirilən təhsil festivalında geniş stendlə təmsil olunub - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər