Xəbər lentiwidget-title-icon

Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır
155 azərbaycanlı dünyanın TOP-10 universitetlərində təhsil alacaq - Nazir müavini
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
5000-dən çox müəllim üçün müsahibə mərhələsi başladı
Yenə səhv suallar, yenə müəllimlərin taleyi ilə oynanılmağa davam edir...
1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?

Dissertasiya yazılır, elm yaranmır - Magistratura necə dəyişməlidir?



Ötən gün Milli Məclisdə müzakirə olunan mövzulardan biri magistratura təhsilinin mövcud vəziyyəti ilə bağlı olub. Belə ki, parlamentin Elm və təhsil komitəsinin iclasında deputat Vasif Qafarov magistr dissertasiyalarının elmə real töhfə vermədiyini bildirərək, bu mərhələnin vaxt itkisinə çevrildiyini vurğulayıb. O, magistratura pilləsinin gücləndirilməsini və əsas elmi hazırlığın doktorantura səviyyəsində cəmlənməsini təklif edib.

Maraqlıdır, magistratura mərhələsinin ləğvi və ya sadələşdirilməsi zamanı akademik kadrların keyfiyyətini qorumaq üçün hansı dəstək mexanizmləri tətbiq olunmalıdır?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, bu mövzu son dərəcə aktualdır:

176488

"Azərbaycanın Avropa ali təhsil məkanına inteqrasiya prosesi artıq otuz ildən çoxdur ki, davam edir. Lakin bu müddət ərzində sovet dövründən miras qalmış bəzi struktur elementləri hələ də saxlanılır və bu amil elmi səmərəliliyin artmasına ciddi maneə yaradır. Xüsusilə magistratura pilləsinin mövcud vəziyyəti, eləcə də fəlsəfə doktoru və elmlər doktoru olmaqla iki pilləli doktorantura sistemi müasir dövrün tələbləri ilə ziddiyyət təşkil edir. Akademik kadr hazırlığının optimallaşdırılması, vaxt itkisinin qarşısının alınması və beynəlxalq standartlara uyğun vahid elmi dərəcə modelinə keçid artıq zəruri bir ehtiyacdır.

Milli Məclisin deputatı və həmkarım Vasif Qafarovun da qeyd etdiyi kimi, magistr dissertasiyalarının böyük əksəriyyəti elmi dövriyyəyə daxil olmur və real praktiki əhəmiyyət daşımır. Vasif müəllim özü də alim kimi müasir elmin qlobal tendensiyalarını yaxşı bilir və magistr dissertasiyalarının mövcud tələblərə cavab verməməsi ilə bağlı səsləndirdiyi narahatlıqlar tam əsaslıdır. Bu fikirlərlə razılaşmamaq mümkün deyil.

Hesab edirəm ki, magistratura pilləsi mütləq şəkildə iki istiqamət üzrə təşkil olunmalıdır: ixtisas (peşə yönümlü) magistraturası və tədqiqat magistraturası. Bu yanaşma Azərbaycanın da qoşulduğu beynəlxalq təhsil standartlarında geniş tətbiq olunur.

Peşəkar kadr hazırlığına yönəlmiş magistratura pilləsində dissertasiya əvəzinə praktiki layihələr, tətbiqi araşdırmalar, startaplar və real sektorla bağlı işlər icra edilməlidir. Akademik karyera qurmaq istəyənlər üçün isə tədqiqat magistraturasından birbaşa doktoranturaya keçid mexanizmi yaradılmalıdır".

Hazırda Azərbaycanda magistr dissertasiyalarının əksəriyyəti formal xarakter daşıyır:

"Bir çox hallarda bu işlər magistrantların özləri tərəfindən deyil, elmi rəhbərləri tərəfindən yazılır. Bu isə həm akademik etika baxımından, həm də elmi keyfiyyət nöqteyi-nəzərindən ciddi problemlər yaradır. Magistrantların əksəriyyəti sərbəst elmi tədqiqat aparmaq, elmi məqalə yazmaq və nəticələrini beynəlxalq elmi mühitdə təqdim etmək bacarıqlarına malik deyil.

Bunun bir neçə əsas səbəbi var. Bir tərəfdən, universitetlərdə real tədqiqat mühiti kifayət qədər formalaşmayıb. Digər tərəfdən isə magistr dissertasiyalarının mövzuları köhnəlmiş, təkrarlanan və elmi yenilikdən uzaqdır. Nəticədə magistr işi sadəcə formal bir sənəd kimi hazırlanır, müdafiə olunur və diplom əldə etməklə proses yekunlaşır.

Xarici təcrübə isə tamamilə fərqli mənzərə ortaya qoyur. Aparıcı ölkələrdə istedadlı tələbələrin elmi fəaliyyətə cəlb olunması hələ bakalavr pilləsindən başlayır. Onlar tədqiqat qruplarına daxil edilir, komanda şəklində elmi layihələrdə iştirak edir, laboratoriyalarda, sənaye müəssisələrində və beynəlxalq tədqiqat mərkəzlərində çalışırlar. Tədqiqat magistraturasında bu bacarıqlar daha da dərinləşdirilir və magistrantlar təhsillə yanaşı vaxtlarının böyük hissəsini elmi mühitdə keçirirlər.

Azərbaycanda isə nə magistratura, nə də doktorantura pilləsində bu imkanlar yetərli səviyyədə mövcuddur. Problemin yalnız məqalə əsaslı müdafiə sisteminə keçidlə həll olunacağı da real deyil. Çünki hazırkı vəziyyətdə həm magistrantların, həm də doktorantların əhəmiyyətli hissəsi keyfiyyətli elmi məqalə yazmaq bacarığına sahib deyil. Halbuki nüfuzlu elmi bazalarda- Scopus, Web of Science, PubMed və digər indekslərdə dərc olunan məqalələr, onlara edilən istinadlar və elmi nəticələrin təsiri əsas meyar olmalıdır.

Bu yanaşma əsasən fundamental və tətbiqi elm sahələrinə aiddir. Humanitar elmlərdə imkanlar nisbətən məhdud olsa da, bu sahələr üçün də konkret və ölçülə bilən akademik tələblər mövcud olmalıdır".

Vahid doktorantura modelinə keçid məsələsinə gəldikdə isə, hesab edirəm ki, Azərbaycan bu sahədə ciddi şəkildə gecikib:

"Sovet dövründən qalma iki pilləli doktorantura sistemi ölkənin beynəlxalq elmi rəqabət qabiliyyətini zəiflədir. Elmlər doktorluğu pilləsi ləğv edilməli, vahid fəlsəfə doktoru (PhD) modeli tətbiq olunmalıdır. Professorluq və digər ali elmi adlara yüksəliş isə yüksək beynəlxalq publikasiya, sitat indeksi və real elmi töhfələr əsasında həyata keçirilməlidir.

Bu dəyişikliklərin reallaşması üçün “Təhsil haqqında” qanunda və elmi dərəcələrə dair normativ aktlarda köklü islahatlara ehtiyac var. Hazırkı mərhələdə elmi dərəcələrin verilməsinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi düzgün yanaşmadır, çünki universitetlərin əksəriyyəti buna hələ hazır deyil. Lakin mərhələli şəkildə, pilot layihələr vasitəsilə bu səlahiyyətlər seçilmiş universitetlərə ötürülə bilər".

Gənc alimlər üçün stimullaşdırıcı mexanizmlər xüsusi əhəmiyyət daşıyır

"Doktorantura artıq sadəcə təhsilin davamı kimi deyil, tam hüquqlu iş yeri kimi qəbul edilməlidir. Yüksək potensiallı tədqiqatçılara davamlı əməkhaqqı, dövlət və beynəlxalq qrantlar, eləcə də sənaye ilə əməkdaşlıq imkanları yaradılmalıdır.

Eyni zamanda elmi mövzular dövlətin və özəl sektorun strateji ehtiyaclarına uyğunlaşdırılmalı, elmi nəticələrin praktiki tətbiqi stimullaşdırılmalıdır. Akademik keyfiyyətin qorunması üçün isə akademik etika, xüsusilə plagiatla mübarizə mexanizmləri daha da gücləndirilməlidir. Bütün elmi işlərin vahid dövlət antiplagiat bazasında toplanması və şəffaflığın təmin edilməsi vacibdir.Bundan əlavə, doktorluq dissertasiyalarının müdafiəsində opponetlərdən ən azı birinin beynəlxalq səviyyədə tanınmış xarici mütəxəssis olması məcburi tələbə çevrilməlidir.

Nəticə etibarilə, magistratura və doktorantura pillələrinin optimallaşdırılması, vahid doktorluq modelinə keçid və elmi fəaliyyətin keyfiyyət meyarları əsasında qiymətləndirilməsi Azərbaycan elminin inkişafı üçün qaçılmazdır. Elmi səmərəlilik artıq diplomların sayı ilə deyil, beynəlxalq elmi mühitdə iştirak, istinadlar, keyfiyyətli nəşrlər və elmi nəticələrin real təsiri ilə ölçülməlidir.Bu baxımdan hörmətli Vasif Qafarovun və digər deputatların səsləndirdiyi fikirlərlə tam razıyam və hesab edirəm ki, bu istiqamətdə islahatların həyata keçirilməsi artıq təxirəsalınmazdır",- deyə fikrini yekunlaşdırıb.

Oxşar xəbərlər


Bütün xəbərlər

Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır
155 azərbaycanlı dünyanın TOP-10 universitetlərində təhsil alacaq - Nazir müavini