Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

"Doktorantura təhsili dünya standartlarına uyğunlaşdırılmalıdır"

"Doktorantura təhsili dünya standartlarına uyğunlaşdırılmalıdır"

Ötən gün Elm və Təhsil Nazirliyi Milli Məclisdə müzakirə edilən doktorantura təhsilinin ikipilləli sistemdən birpilləli sistemə keçirilməsi məsələsinə münasibət bildirib. Beynəlxalq təcrübəyə əsasən, doktorantura səviyyəsi əksər ölkələrdə birpilləli sistem kimi təşkil olunub.

Doktorantura təhsilinin birpilləli sistemə keçirilməsi, hazırkı iki mərhələli (fəlsəfə doktoru və elmlər doktoru) sisteminin ləğv edilərək vahid doktorantura dərəcəsi ilə əvəz olunması deməkdir.

Bu, o deməkdir ki, doktorantlar əvvəlcə "fəlsəfə doktoru" (PHD) dərəcəsini alıb daha sonra "elmlər doktoru" pilləsinə keçmədən, birbaşa tam doktorluq dərəcəsi üzrə təhsil alacaqlar.

Maraqldıır, doktorantura təhsilinin birdən-birə tam doktorluq pilləsinə keçid edilərsə, elmi işlərin keyfiyyətinə necə təsir edə bilər?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil üzrə mütəxəssis Elçin Süleymanov qeyd edib ki, bu olduqca zəruri dəyişiklikdir:

“Bu mövzuda uzun müddət müzakirələr olsa da hələki “Ali təhsil haqqında” qanunda qəbul olmadığı üçün bir nəticə yoxdur. Lakin mən düşünürəm ki, bu, olduqca zəruri bir dəyişiklikdir. Demək olar ki, dünyanın əksər ölkələrində, o cümlədən bizim uzun müddət bir parçası olduğumuz post-sovet ölkələrində, erməni doktorluğu dərəcəsi artıq birpilləlidir.

Əslində, qeyd edim ki, elmlər namizədliyi sistemi dünyada çox az sayda ölkədə mövcuddur. Əksər ölkələrdə bu dərəcə birpilləli şəkildədir. Hesab edirəm ki, elmi dərəcənin mahiyyəti dəyişməlidir. Dünyanın bir çox yerində sadəcə elmi dərəcə və elmi vəzifə mövcuddur. Elmi dərəcə dedikdə, bu, təhsil dərəcəsini nəzərdə tutur. Yəni bakalavr, hətta subbakalavr, magistratura və doktorantura dərəcəsi nəzərdə tutulur. Doktorantura dərəcəsi isə tədqiqat aparmağa səlahiyyət verən bir dərəcədir. Bu, universitetdə pedaqoji və tədqiqat fəaliyyətini həyata keçirmək üçün lazımi bir səlahiyyət verir.Bu şəxs, eyni zamanda tədqiqat aparmaq və ali məktəblərdə müəllimlik etmək imkanı əldə edir. Əgər bu dərəcəyə sahib deyilsə, o zaman universitetdə professor köməkçisi olaraq fəaliyyət göstərə bilər. Lakin PHD dərəcəsinə sahib olduqdan sonra artıq universitetdə müəllim və ya tədqiqatçı olaraq işə götürülə bilər. Daha sonra həmin şəxsin məhsuldarlığına görə vəzifələr verilir".

"Doktorantura təhsili mütləq dünya standartlarına uyğunlaşdırılmalıdır", - deyə E. Süleymanov bildirib.

"PHD dərəcəsi olan bir şəxs universitetə müraciət etdikdə, əvvəlcə onu dosent köməkçisi, professor köməkçisi və daha sonra professor olaraq işə qəbul edirlər. Bu üç pillənin hər birinin konkret ölçülə bilən meyarları mövcuddur. Sovet ölkələrində, həmin diplom şəxsin müəyyən vəzifələrini avtomatik olaraq tutmasına kömək edirdi. Amma müasir dünya universitetlərində elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq tamamilə rəqabətə dayalı bir vəzifədir.

Azərbaycanda müzakirə edilən məsələ kompleks bir məsələdir. Doktorantura təhsilinə başlayan birinə elmi tədqiqat aparıb dissertasiya yazması tələb olunur. Amma dünyada doktoranturanın müəyyən bir krediti olan təhsil hissəsi və bundan sonra tədqiqat hissəsi mövcuddur. Yəni, bu təhsil hissəsində elmi tədqiqat aparmaq bacarıqları qazandırılırSonra keyfiyyətli tədqiqat tələb olunur. Bu, öz növbəsində, bakalavrda 240 kredit, magistraturada 120 kredit, doktoranturada isə yenə 240 kreditdir. Yəni, doktoranturanın təhsil yükü bakalavra bənzəyir. Burada 8, bəzən 10 fənn alınır və sonra tədqiqat hissəsinə keçilir. Bu prosesin sonunda bəzi ölkələrdə dissertasiya təqdim edərək PhD dərəcəsi alınır.

Əslində, bu təhsil sisteminin ən yüksək dərəcəsidir. Məqsəd isə odur ki, bu dərəcəni əldə edən şəxs artıq tədqiqat apara və pedaqoji fəaliyyətlə məşğul ola bilər. Bu dərəcəni əldə edən birisinin təkrar almasına ehtiyac yoxdur. Amma doktorantura təhsili mütləq dünya standartlarına uyğunlaşdırılmalıdır. Bu qayda qəbul edilərsə, alimlərin gəncləşdirilməsinə də kömək edəcəyini düşünürəm".

Oxşar xəbərlər

Bütün xəbərlər