Xəbər lentiwidget-title-icon

Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır
155 azərbaycanlı dünyanın TOP-10 universitetlərində təhsil alacaq - Nazir müavini
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
5000-dən çox müəllim üçün müsahibə mərhələsi başladı
Yenə səhv suallar, yenə müəllimlərin taleyi ilə oynanılmağa davam edir...
1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!

Dissertasiya var, nəticə yoxdur: elmdə nə baş verir?

Dissertasiya var, nəticə yoxdur: elmdə nə baş verir?
“Gələn ilin sentyabrından strukturlaşdırılmış doktorantura proqramına başlanılacaq”

Bunu elm və təhsil naziri Emin Əmrullayev müsahibələrinin birində bildirib.

Bu açıqlama maraqlı bir sualı gündəmə gətirir: məktəb və ali təhsildə mövcud olan metodoloji və analitik boşluqlar nəzərə alındıqda, sentyabrdan tətbiq olunacaq strukturlaşdırılmış doktorantura proqramı gənc tədqiqatçıların elmi fəaliyyətə hazırlıq səviyyəsini real olaraq artıra biləcəkmi?

AzEdu.az-a mövzu ilə bağlı Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov danışıb.

Müsahibimiz bildirib ki, bu problemlərin kökü təhsilin daha aşağı pillələrinə gedib çıxır:

“Nazirin fikirlərində əsasən bir neçə ciddi çatışmazlıq qabardılır. Bunlardan birincisi elmi düşüncə vərdişlərinin zəifliyidir. Elmi düşüncə dedikdə problemin formalaşdırılması, elmi təxəyyülün qurulması, həmin problemin arqumentlərlə əsaslandırılması və problemin həlli istiqamətində elmi yanaşmaların ortaya qoyulması nəzərdə tutulur.

İkinci mühüm məsələ analitik təfəkkürün zəif inkişaf etməsidir. Bu isə xüsusilə statistik düşüncə, məlumatlarla işləmə bacarıqları, məntiqi təfəkkür və ümumilikdə metodoloji hazırlıqla bağlıdır. Metodoloji hazırlıq dedikdə tədqiqat dizaynı, akademik yazı mədəniyyəti və düzgün metod seçmək bacarığı nəzərdə tutulur. Bu bacarıqların zəifliyi nazirin də vurğuladığı əsas problemlərdəndir və bu problemlərin kökü təhsilin daha aşağı pillələrinə gedib çıxır.

Söhbət orta məktəbdən, bakalavr və magistratura səviyyələrində təhsil prosesində yaranmış boşluqlardan gedir. Əslində məntiqi düşüncə və təfəkkür tərzi məhz orta məktəbdə formalaşmalıdır. Vaxtilə istedadlı uşaqlarla işin təşkili ilə bağlı dövlət proqramları çərçivəsində məktəblərdə kiçik akademiyaların yaradılması nəzərdə tutulmuşdu. Həmin akademiyaların normativ sənədlərinin hazırlanmasında iştirak etmişəm və təqdim etmişəm, lakin təəssüf ki, bu akademiyalar işlək mexanizmə çevrilə bilmədi. Bunun müxtəlif səbəbləri olsa da, burada məktəblərin məsuliyyəti böyükdür”.

Ali təhsilin bakalavr pilləsində də ciddi problemlərin mövcud olduğunu vurğulayıb:

“Orta məktəbdə şagirdlərə məntiqi düşüncə, təfəkkür və elmi yanaşma aşılanmalı, istedadlı şagirdlərlə iş düzgün qurulmalı, onların elmə marağı erkən mərhələdən formalaşdırılmalıdır. Bu iş məktəbdən başlamalıdır.

Ali təhsilin bakalavr pilləsində də ciddi problemlər mövcuddur. Metodoloji baza məhz bu mərhələdə formalaşmalı olduğu halda, yetərincə aşılanmır. Magistratura səviyyəsində isə vəziyyət daha da problematikdir. Magistr tələbələrinin əksəriyyəti müstəqil tədqiqat aparmaq bacarığına malik deyil. Halbuki magistratura ilk elmi pillə sayılır və bu mərhələdə tələbə müstəqil elmi tədqiqat aparmağı bacarmalı, laboratoriyalarda işləməli, məlumatlarla işləməyi, elmi ədəbiyyata çıxış və onlardan istifadə qaydalarını bilməli, akademik etikaya yiyələnməlidir. Təəssüf ki, bu proseslər çox vaxt formal xarakter daşıyır.

Nəticədə məktəb, bakalavr və magistratura pillələrində formalaşmalı olan bacarıqlar doktorantura mərhələsində ciddi çatışmazlıqlar kimi üzə çıxır. Əslində doktorantura pilləsində bu vərdişləri aşılamaq artıq gecdir. Strukturlaşdırılmış doktorantura müəyyən dəyişikliklər edə bilər: akademik yazı, data analizi, tədqiqat metodları kimi sahələrdə üstünlüklər yarada bilər. Eyni zamanda hesabatlılıq artar, elmi rəhbərdən asılılıq azalır və doktorantın müstəqil tədqiqat aparmaq bacarığı güclənə bilər. Beynəlxalq standartlara uyğunlaşma da bu modelin əsas üstünlüklərindəndir”.

Əvvəlki pillələrdəki boşluqlar aradan qaldırılmasa, doktoranturada gözlənilən tam effekt əldə olunmayacaq:

“Lakin burada bir risk də var. Bu, əslində gecikmiş müdaxilədir. Əgər elmi düşüncə doktorantura mərhələsində öyrədilirsə, bu artıq inkişaf modeli deyil, əvvəlki mərhələlərdə yol verilmiş boşluqların kompensasiyasıdır. Strukturlaşdırılmış doktorantura müəyyən boşluqları qismən aradan qaldıra bilər, amma onları tam həll etmək gücündə deyil.

Düşüncə tərzi orta məktəbdən başlayaraq bakalavr və magistratura pillələrində sistemli şəkildə formalaşdırılmalıdır. Əgər əvvəlki pillələrdəki boşluqlar aradan qaldırılmasa, doktorantura mərhələsində gözlənilən tam effekt əldə olunmayacaq.

Uzun illərdir gənc alimlər, magistrlər və doktorantlarla işləyirik və müşahidə edirik ki, onların bir çoxu müstəqil hərəkət etmək, elmi məqalə yazmaq bacarığına malik deyil. Daha dərinə gedəndə görürük ki, bəzən elmi rəhbərlərin özləri də yeni metodlar və yanaşmalarla işləməkdə çətinlik çəkirlər. Bu baxımdan elmi rəhbərlərin hazırlığı da son dərəcə önəmlidir”.

Elmi işlər çox vaxt formal xarakter daşıyır:

“Universitetlərdə və tədqiqat mərkəzlərində bu istiqamətdə illər boyu təlimlər keçirilsə də, proses davamlı xarakter daşımır. Elmi işlər çox vaxt formal xarakter alır: dissertasiya yazılır, təqdim olunur, amma real nəticə ortaya çıxmır. Halbuki bu tədqiqatlar dövlət büdcəsi hesabına maliyyələşdirilir və qoyulan vəsaitin elmi, iqtisadi və ictimai geri dönüşü olmalıdır. Əksər hallarda tədqiqat mövzuları köhnəlmiş, sənaye və iqtisadiyyatla əlaqəsiz olur. Tədqiqatçı sanki məqaləni özü üçün yazır. Tətbiq, real fayda və geri dönüş yoxdur. Bu isə ciddi problemdir.

Nəticə olaraq qeyd etmək istəyirəm ki, təhsilin əvvəlki pillələrində bu bacarıqlar formalaşdırılmadan, doktorantura mərhələsində strukturlaşdırılmış modelin tətbiqi doktoranturanı sanki magistraturanın gecikmiş versiyasına çevirir. Strukturlaşdırılmış doktorantura məktəb və ali təhsildəki problemləri avtomatik həll edə bilməz. Yalnız düzgün dizayn edildiyi halda yeni nəsil doktorantlar üçün müəyyən real nəticələr verə bilər. Amma sistemli islahatlar olmadan bu yanaşma yalnız müvəqqəti kompensasiya aləti rolunu oynayacaq”.

Oxşar xəbərlər

Bütün xəbərlər