Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

“Cərrahi Platforma” tədris portalı beynəlxalq istifadəyə hazırlanır

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrası ilə birgə hazırlanan “Cərrahi Platforma” tədris portalının təkmilləşdirilməsi işlərini həyata keçirir. Portal distant tədris texnologiyaları sahəsində real innovativ layihə kimi qiymətləndirilir. Gələcəkdə platformanın Azərbaycan Tibb Universitetinin digər kafedralarında, eləcə də bir sıra xarici ölkələrdə istifadəsinin təmin edilməsi nəzərdə tutulur.

Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Aqşin Paşayev məlumat verib. O bildirib ki, “Cərrahi Platforma” layihəsi institutla Azərbaycan Tibb Universiteti arasında həyata keçirilən elmi-innovativ əməkdaşlıq çərçivəsində hazırlanıb.

A.Paşayevin sözlərinə görə, layihənin əsas məqsədi tələbə, rezident və həkimlərin orqan xəstəlikləri, onların müayinəsi, diferensial diaqnostikası, konservativ müalicə üsulları və cərrahi əməliyyatlar haqqında zəruri biliklər qazanmasını təmin etməkdir.

Portalın strukturu və funksional imkanları barədə danışan baş mütəxəssis qeyd edib ki, burada xəstəliklərin diaqnozunun dəqiqləşdirilməsi, düzgün müayinə və müalicə taktikalarının seçilməsi ilə bağlı məlumatlar sual-cavab və slaydlar formatında təqdim olunur. İstifadəçilər professor-müəllim heyətinin praktiki təcrübəsinə əsaslanan məlumatlarla yanaşı, mühazirə materialları və mətnlərlə də tanış olmaq imkanına malikdirlər.

“Cərrahi Platforma” çoxdilli interfeysə malikdir və müxtəlif ölkələrdə təhsil alan və fəaliyyət göstərən tələbələr, rezidentlər, həkimlər, eləcə də xəstələr tərəfindən rahatlıqla istifadə oluna bilər.

A.Paşayev portalın funksional imkanlarının genişləndirilməsi istiqamətində mərhələli şəkildə işlərin aparıldığını, əlavə modullar və yeni funksionallıqların tətbiq edildiyini də vurğulayıb.

Oxşar xəbərlər

Bütün xəbərlər